Məhkəmə qərarları › İş №2(050)-1846/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1846/2024

21.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1846/2024 21.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (X1) qarşı “evdən və torpaq sahəsindən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsinə, Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi, evə dair sahiblik və istifadə hüququnun tanınması” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (üçüncü şəxs kimi qeyd edilmiş X1) qarşı “evdən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı əsasında torpağın mülkiyyətə verilməsinə dair JN-268A kod 80503028 saylı Şəhadətnamə ilə mülkiyyətində olan Masallı rayonu Boradigah qəsəbəsi, M.Əzizbəyov küçəsində (Babaser kəndində) yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaqda olan fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu Babaser kəndində arvadı ilə birlikdə şəxsi mülkiyyətlərində 0.06 ha həyətyanı torpaq sahələri vardır. Həmin torpaq sahəsi Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə mülkiyyətlərinə verilməklə adlarına torpağın mülkiyyətə verilməsinə dair JN-268A kod 80503028 saylı şəhadətnamə tərtib edilmişdir. Həmin torpaq sahəsində 2010-cu ildə fərdi yaşayış evi inşa etmişlər. 2013-cü ildə həmkəndlisi olmaqla Rusiya Federasiyasında yaşayan Bəyverdi İmaməliyev ona müraciət edərək Astara rayonuna gəlin köçmüş bacısı Cavabdeh1 ərinin vəfat etməsini, orada evdən çıxarılmasını 3 uşağı ilə birlikdə küçədə qalmasını bildirib, ona məxsus evdə müvəqqəti yaşamasına icazə verməyini xahiş etmişdir. Əsasən Bakı şəhərində yaşamaqla kənddə olan evdən istifadə etmədiyindən və həmkəndli olduqlarından buna razılıq vermişdir. Həmin vaxtdan cavabdehlər ona məxsus yuxarıda göstərilən evdə məskunlaşmışlar. Cavabdeh1 uşaqları böyüməklə əsasən Bakı şəhərində yaşayıb arabir kəndə gəldiklərindən, həmçinin özləri də kəndə köçmək istədiklərindən 2024-cü il tarixdə cavabdehlərdən evlərini və torpaqlarını tərk etmələrini tələb etsələr də, sonuncular buna əhəmiyyət verməmişlər. Bu barədə Bəyverdi İmaməliyevə bildirdikdə, o, məsələni özünün yoluna qoyacağını bildirib, Azərbaycana gəlsə də, cavabdehlər ona da əhəmiyyət verməmişlər. Nəticədə cavabdehlərin mülkiyyətində olan torpaqdan və onun üzərində olan evdən istifadələri qeyri-qanuni olmaqla mülkiyyət hüquqlarının pozuntusudur. Qanunvericiliyin tələbinə əsasən cavabdehlərin mülkiyyətində olan torpaqdan və onun üzərindəki evdən istifadəsi qanunsuz olmaqla mülkiyyət hüquqlarının pozuntusu olduğundan onlar həmin daşınmaz əmlakdan çıxarılmalıdırlar. Eyni zamanda qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “torpaq sahəsi və torpaq sahəsində tikilmiş fərdi yaşayış evi ilə bağlı çəkdiyi xərclərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddiaçının iddiası təmin edilərsə qarşılıqlı iddiasının təmin edilməsini, torpağın alınması üçün ödənilmiş 7000 manatın və əlavə olaraq evin tikintisinə və təmirinə çəkilmiş xərclərin ilkin iddiaçıdan alınaraq qarşılıqlı iddiaçıya verilməsi və hər iki iddia üzrə tələbin eyni zamanda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra araşdırmanın gedişində qarşılıqlı iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia ərizəsi üzrə tələbi dəyişdirərək, sözü gedən torpaq sahəsi ilə bağlı İddiaçı ilə Cavabdeh1 arasında “şifahi formada bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və istifadə hüququnun tanınmasını” xahiş etmişdir. Qarşılıqlı iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə əvvəllər Rusiya Federasiyasının İrkutsk şəhərində yaşamışlar. Həyat yoldaşı Şahin spirtli içkiyə meyilli olduğundan və Rusiyada yaşaya bilmədiklərindən İrkutsk vilayəti, Bratski rayonu, Vixorevka şəhəri, Pionerskaya küçəsi, ev 14, mənzil 3 ünvanında yerləşən mənzillərini satışa qoyaraq ailəsi ilə birlikdə Azərabaycana qayıdaraq Masallı şəhərində Füzuli küçəsində kirayədə məskunlaşmışlar. Rusiya Federasiyası tərəfindən verilmiş 16 mart 2000-ci il tarixli, 38A 52880 nömrəli hüququn dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, onlara məxsus İrkutsk vilayəti, Bratski rayonu, Vixorevka şəhəri, Pionerskaya küçəsi, ev 14, mənzil 3 ünvanında yerləşən mənzilləri 14 mart 2000-ci il tarixdə Daşınmaz Əmlak Üzrə Hüquqların və onunla X11 Reyestrində № 38-01/03-5/2000-381 qeydə alınmışdır. Onlar 2006-cı ildə İrkutsk vilayəti, Bratski rayonu, Vixorevka şəhəri, Pionerskaya küçəsi, ev 14, mənzil 3 ünvanında yerləşən mənzillərini satmışlar. Həyat yoldaşı Şahin mütəmadi spirtli içki qəbul etdiyinə görə ondan pul istədiyindən o, satdığı evin pulunu saxlamaq üçün bacısı Qızxalaya vermişdir. Bir az keçdikdən sonra qardaşı Bəyverdi satdıqları evin pulunu ondan alver etməsi üçün istəmişdir. Qardaşına həmin pula Masallıdan ev alacağını bildirdikdə, qardaşı ona bildirmişdir ki, “sən pulu ver mən alver edim, sən ev alanda pulu sənə qaytaracam”. O, da qardaşı olduğundan ona inanıb bacısı Qızxalaya bildirmişdir ki, evin pulunu alver etməsi üçün qardaşına versin. Masallı şəhərində kirayə yaşdıqlarından, vəziyyətləri yaxşı olmadığından kirayələrdən canlarını qurtarmaq üçün ev almaq qərarına gəlmişlər. O, qardaşı Bəyverdiyə zəng vuraraq ona alver üçün verdiyi pulu ev almaq üçün qaytarmasını bildirmişdir. İlk öncə o, Masallı şəhərindən ev almaq istəsə də, qardaşı Masallı rayonu Babser kəndində Tərlan adlı şəxsin həyətyanı torpaq sahəsi satdığını bildirmiş, o da qardaşı Bəyverdi ilə razılaşmışdır. Qardaşı ilə birlikdə Tərlanla görüşüb torpağın qiymətini 7000 manata razılaşdırmışlar. 5000 manatı dərhal, 2000 manatı isə sonra vermişlər. Daha sonra qardaşı evin tikintisi üçün ustalara danışıb özü Rusiyaya getmişdir. Onun iştirakı ilə orada 2010-cu il tarixdə iki mərtəbəli ev tikmişlər. Ustaların yeməyini pulunu da özü vermişdir. Daha sonra isə qardaşı da olmadan şəxsən özü o evi təmir etdirmiş və orada uşaqları ilə birlikdə yaşamağa başlamışlar. 2024-cü ildə qardaşı Bəyverdinin maddi vəziyyəti pişləşdiyindən ona evi sataraq pulunu ona verməyini bildirmişdir. O, buna etiraz etmişdir. Ondan sonra qardaşı ilə münasibətləri korlanmışdır. Qardaşı hər vəchlə hədə-qorxu, şər böhtanla evi satdırıb pulunu ələ keçirmək istəsə də, buna nail ola bilməmişdir. Qardaşı onların evini satdıra bilmədiyindən qərəzli olaraq onlara torpağı satan İddiaçıla dostuluq münasibətlərindən istifadə edərək onu qabağa verərək məhkəmədə onlara qarşı iddia qaldırılmışdır. Onu qabağa verməsinə səbəb isə o, torpağı pul verib alsa da, öz adına keçirtməməyi ilə bağlıdır. Torpaq İddiaçı adında olduğundan bundan istifadə edərək onu və ailə üzvlərinin pul verib aldıqları torpaqdan və min bir əziyyətlə tikdikləri evdən çıxarmaq istəyirlər. Saxta iddia ilə çıxış edən İddiaçı 14 il ərzində bir dəfə də olsun həmin torpaq sahəsinə gəlməmiş, lakin torpaq sahəsi ilə yanaşı torpaq sahəsində tikilən evdən çıxmasını tələb etmişdir. Qardaşı onları evini əlindən almaq üçün kənd camaatını öyrədərək, guya həmin evdə onun qızlarının əxlaqsızlıqla məşğul olması ilə polisə şikayət etdirib yalan məlumatlar yaymışdır. İddiaçı ona və ailə üzvlərinə qarşı qaldırdığı iddianın heç bir əsası yoxdur. Onun yeganə səhvi ondan torpağı alandan sonra adına rəsmiləşdirməməyidir. O, İddiaçı vicdansızlıq edərək şifahi alqı-satqı yolu ilə satdığı torpaq sahəsini 14 il keçdikdən sonra tələb etməsini düşünməmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş ilkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı izahatında bildirmişdir ki, Bakı şəhərində yaşayır. 2010-cu ildə Masallı rayonu Babaser kəndində özünə məxsus torpaq sahəsində ev tikmişdir. Ev təmir edilməmişdir, təkcə pəncərələri olmuşdur. 2013-cü ildə tanışı və həmkəndlisi olan Bəyverdi ona bacısı Vəziyyənin ərinin vəfat etməsini, bundan sonra onun üç uşaqla Masallı şəhərində çətin vəziyyətdə yaşadıqlarını bildirərək, evi yaşamaq üçün onlara verməsini xahiş etmişdir. O, da onsuz da Bakı şəhərində yaşadığını, evi istifadə etmədiyini bildirərək, evi müvəqqəti yaşamaq üçün onlara verilməsinə Bəyverdi ilə razılaşmışdır. Lakin, onlardan kirayə üçün pul istəməmiş, əvəzində evdə lazım olan təmir işlərini görmələrini bildirmişdir. Hazırda isə arabir kəndə gəlmək istədiyindən və öz evində qalmaq istədiyindən cavabdehlərdən evinin qaytarılmasını istəyir. Lakin, cavabdehlər bundan imtina edirlər. Eyni zamanda izahatında bildirmişdir ki, məhkəməyə təqdim edilmiş CD diskə yerləşdirilmiş polis şöbəsində onun izahatının alınmasını əks etdirən videogörüntülərin polis şöbəsində təzyiq altında çəkildiyini, onu polis şöbəsindən buraxmayacaqlarından qorxduğu üçün məcbur qalıb həmin torpaq sahəsini Cavabdeh1 satıb qarşılığında pul aldığı ilə bağlı izahat vermişdir. İddiasını müdafiə edir və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, sözügedən evi Tərlan 2010-cu ildə tikmişdir. Evin yaşamaq üçün cavabdehlərə verilməsi barədə razılaşma Bəyverdi ilə olmuşdur. Bunu Bəyverdi özü də izahatlarında göstərmişdir. Razılaşmaya əsasən cavabdehlər həmin evdə yaşadıqları müddətdə kirayə pulu ödəmirlər, əvəzində isə zəruri təmir işlərini görürlər. Qarşılıqlı iddia üzrə cavabdehlərin iddia tələbinin dəqiqləşdirilməsinə dair iddia tələbi əsassızdır. Belə ki, onların iddia etdikləri kimi tərəflərin arasında nə şifahi qaydada, nə də ki yazılı qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. Tərəflər arasında yazılı formada olan və təsdiq edilmiş belə bir müqavilə mövcud olmamışdır. Yalnız belə bir müqavilə mövcud olduğu halda alqı-satqı müqaviləsinin başlanmış hesab edilməsi barədə iddia irəli sürülə bilərdi. Belə bir müqavilə mövcud olmadığından qarşılıqlı iddia tələbi də rədd edilməlidir. Odur ki, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş olunur. Əvvəlki məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh4 iddianı qəbul edərək izahatında bildirmişdir ki, onlar ailəlikcə Rusiya Federasiyasında yaşamışlar. Sonradan Azərbaycana köçmüşlər. Bir müddət Masallı şəhərində yaşamışlar. Həmin vaxt Rusiyada yaşayan dayısı Bəyverdi onlara kömək etmiş, dolanmaqları üçün hər ay 200 dollar pul göndərmişdir. Dayısı Bəyverdi Azərbaycana gələndən sonra qardaşına demişdir ki, pulları yoxdur, onlar üçün ev alsın. Daha sonra dayısı Azərbaycana gəldikdən sonra Tərlan adlı dostundan onun Babaser kəndində olan boş qalmış evini onun bacısına və uşaqlarına verməsini xahiş etmişdir. 2013-cü ildə həmin evə köçmüşlər. Onlar evə köçəndə ev boş və təmirsiz olmuşdur. Sonradan dayısı Bəyverdi onlara pul göndərmiş və ev təmir olunmuşdur. Onların Rusiyada olan evləri çoxdan satılmışdır, pulu da xərclənib getmişdir. Həmin evin pulundan kənddə olan evin təmirinə heç bir məbləğ xərclənməmişdir, bütün xərcləri dayısı Bəyverdi çəkmiş, onları dayısı böyütmüşdür. İddianı qəbul edir. Evdən çıxmağa razıdır. Çünki ev onların deyil, Tərlana məxsusdur. Hətta dayısı 2016-cı ildə bacısının toyu olanda da onlara 12000 dollar pay pul göndərmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş üçüncü şəxs X2 izahatında bildirmişdir ki, uzun illərdir Rusiya Fderasiyasında yaşayır. 2012-ci ildə vəfat etmiş qardaşının il mərasiminə gəlmişdir. Gəldikdən sonra bacısı Vəziyyə və onun üç azyaşlı uşağı çətin şəraitdə Masallı şəhərində yaşadıqlarını görmüşdür. Vəziyyətləri çox ağır olmuşdur. Onların bu vəziyyətinə bir qardaş kimi kömək etmək məqsədi ilə tanışı və həmkəndlisi olan Tərlandan onun Babaser kəndində boş qalmış evini müvəqqəti yaşamaları üçün bacısı Vəziyyəyə verməsini xahiş etmişdir. Tərlan da özü Bakı şəhərində yaşadığından həmin evdən istifadə etmədiyini və evi Vəziyyə və onun uşaqlarının qalması üçün ona vermişdir. Həmin vaxt da o, Tərlana evi ona təhvil verdiyini və bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. Tərlandan evi pul verib almamışdır. Ev cavabdehlərə verilərkən təmirsiz olmuşdur, lakin o, Rusiyadan bacısına pul göndərmiş və evi təmir etmişlər. Hazırda isə Tərlan öz evinə gəlmək istəyir. Lakin, Məhəbbətdən başqa digər cavabdehlər evi və torpağı Tərlana geri qaytarmaq istəmirlər. Tərlan da evi ona təhvil verdiyinə görə, evi ondan tələb edir. Bundan başqa o, cavabdehlərə ata həyətlərində də evin olduğunu, həmin evdə gedib yaşamalarını bildirsə də, cavabdehlər evdən çıxmamışlar. Məhkəmə icasında iştirak etmiş cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək bildirmişdir ki, sözügedən evin yerləşdiyi torpağı Tərlan 7000 manata Bəyverdinin vasitəsilə Vəziyyəyə satmışdır. Həmin pul Vəziyyənin Rusiyada satdığı evin pulu olmuşdur. Alqı-satqı rəsmi qaydada deyil, şifahi formada olmuşdur. Cavabdehləri evdən çıxarmaq məqsədi ilə əvvəlcə Bəyverdi onlara evdən çıxmalarını bildirmişdir. Cavabdehlər isə aldıqları torpaq sahəsində tikdikləri ev onların pulu ilə tikildiyindən evdən çıxmaqdan haqlı olaraq imtina etmişlər. Bu zaman Bəyverdi onları evdən çıxarmaq üçün torpaq sahəsinin Tərlanın adına olmasından istifadə edərək Tərlanın vasitəsi ilə onları evdən çıxarmaq istəmişdir. Tərlan özü də qeyd edilən mübahisə ilə əlaqədar olaraq Polis şöbəsində videogörüntü ilə izahat verərkən həmin torpağı və evi Bəyverdiyə pulla satdığını dəfələrlə qeyd etmişdir. Bundan başqa evin 2010-cu ildə məhz Bəyverdinin başçılığı ilə tikilməsinə sübut kimi odur ki, ev tikildikdə elektrik sayğacı Bəyverdinin adına rəsmiləşdirilmişdir. Bu da onu göstərir ki, evi Tərlan tikməmişdir, həmin topaq Vəziyyənin Rusiyada satdığı pulun hesabına alınmış və ev də Vəziyyə tərəfindən Bəyverdiyə göndərilmiş pulla tikilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, sorğu əsasında Masallı RPŞ-dən əldə edilmiş material vardır. Belə ki, Masallı RPŞ-nin TB-nin tədqiqatçısı polis kapitanı X10 tərəfindən qəbul edilmiş, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Masallı rayonu Babaser kəndində yaşayan Cavabdeh1 xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-yə teleqram ilə müraciət edərək həmkəndlisi İddiaçı ona pul qarşılığında Masallı rayonu Babaser kəndində torpaq satmasını və torpağı adına keçirməyərək ona qarşı dələduzluq etməsi barədə şikayəti üzrə araşdırma aparılmışdır. Araşdırma zamanı cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin araşdırma zamanı polisə izahatı alınmış İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh1 həmkəndlisidir. Onunla əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. X8 Cavabdeh1 qardaşıdır. 2008-ci il tarixdə Bəyverdi İmanquliyevə 5000 ABŞ dolları qarşılığında şifahi razılaşma əsasında bacısı Vəziyyə üçün ev tikmək məqsədi ilə Masallı rayonu, Babaser kəndində yerləşən 6 sot həyətyanı torpaq sahəsini satmışdır. Torpağı satdıqdan sonra, Bəyverdinin mərhum bacısı Xanımbacı adlı şəxs 5000 ABŞ dollar pulu vermişdir. Bundan sonra həmin torpaq sahəsində Cavabdeh1 üçün ev tikintisinə başlanılmışdır. Ev tikildiyi müddətdən etibarən Cavabdeh1 ailəsi ilə birlikdə həmin ünvanda yaşamışdır. 2024-cü ilin aprelində Bəyverdi İmanquliyev xahiş etmişdir ki, həmin torpaq sahəsi onun adına sənədləşdirilsin. Bəyverdi ilə birlikdə Vəziyyənin yaşadığı ünvana gəlmişlər. Lakin, həmin vaxt Vəziyyə mübahisə edərək onları həyətdən qovmuş və nalayiq ifadələrlə söyərək təhqir etmişdir. Acığa düşərək həmin torpaq sahəsinin adına olduğu üçün Vəziyyənin həmin ünvandan çıxmasını tələb etmişdir. Əsl həqiqətdə torpağı satdığı müddətdən etibarən Vəziyyə orada yaşamışdır və həmin müddət ərzində Vəziyyədən heç bir kirayə haqqı almamışdır. Sadəcə torpaq satmışdır və sonradan ev tikilmişdir. Bundan başqa Bəyverdi ilə Vəziyyə arasında mübahisə olduğu üçün Bəyverdi pul təklif edərək həmin torpaq sahəsini onun adına keçirməsini xahiş etmişdir. Bəyverdi evi satdıqdan sonra müəyyən qədər ona pul verəcəyini vəd vermişdir. Məhkəmə icaslarında iştirak etmiş Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, onlar ailəlikcə Rusiya Federasiyasında yaşamışlar. Onların orada evləri olmuşdur. Həmin ev 2006-cı ildə satılmışdır. Atası spirtli içki aludəçisi olduğundan evin pulunun xərclənməməsi üçün pulları anası Vəziyyə öz bacısına, yəni xalasına saxlamaq üçün vermişdir. Dayısı Bəyverdi isə iş quracağını bildirərək, həmin pulları xalasından almış və lazım olanda Vəziyyəyə özünün qaytaracağını bildirmişdir. Onlar 2006-cı ildə Masallı şəhərinə gələrək kirayələrdə yaşamışlar. Ev satılarkən isə başqa bir şəxsə etibarnamə vermişlər, evi o, satmış pulu da xalasına vermişlər. Bu zaman anası Vəziyyə dayısı Bəyverdiyə onların evinin satışından əldə etdikləri pula onlar üçün ev almasını istəmişdir. Bəyverdi də 2010-cu ildə onlar üçün Babaser kəndində torpaq alıb ev tikdirmişdir. 2013-cü ildə həmin evə köçmüşlər və evi təmir edib orada yaşamışlar. Sonralar dayısı Bəyverdinin arvadı ilə münasibətləri korlanmışdır. Mübahisə yarandıqdan sonra dayısı onları evdən qovacaqlarını demişdir. Həmin vaxt evi onları özləri öz pulu ilə tikdiklərini, evin özlərinə məxsus olmalarını bildirdikdə mübahisə böyümüş və dayısı Rusiyadan gəldikdən sonra, onları şərləməyə başlamışdır. Bu barədə hüquq mühafizə orqanlarına şikayətlər edərək izahatlarında bildirmişlər ki, guya onlar evlərində əxlaqsızlıq yuvası açmışlar. Bu barədə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar da qəbul edilmişdir. Əgər ev onların olmasaydı, şikayətçilər şikayətlərində nəyə görə öz evlərində deyə şikayətdə göstərirdilər. Bu səbəblərdən də, dayısı onları evdən çıxarmaq məqsədi ilə, torpağın Tərlanın adında qalmasından istifadə edərək, evin və torpağın tərlana məxsus olmasını göstərərək, Tərlandan və kənd sakinlərindən istifadə etməklə onları evdən çıxarmaq istəyirlər. Məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh3 iddianı qəbul etməyərək Cavabdeh2 verdiyi izahatla eyni məzmunda izahat vermişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını, mülahizə və dəlillərini dinləyib hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixdə Masallı RİHB-nın Boradigah qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş, “Ev təsərrüfatlarının uçotu” kitabından çıxarışdan görünür ki, Masallı rayon İHB-nın Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Boradigah qəsəbə Babaser kəndi üzrə 1 saylı kitabının 80ci səhifəsində İddiaçı 0.06 ha torpaq sahəsində 2010-cu ildə tikilmiş 2 (iki) mərtəbəli, ümumi sahəsi 220 kv.m olan fərdi yaşayış evi vardır. xx.xx.2024-cü il tarixdə Masallı RİHB-nın Boradigah qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş məktubdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Cavabdeh1 Masallı rayon Babaser kəndində yerləşən İddiaçı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən verilmiş JN 268A nömrəli, 80503038 kodlu Şəhadətnamə ilə ayrılmış 0.06 ha həyətyanı torpaq üzərində tikilmiş 2 mərtəbəli fərdi yaşayış evində qeydiyyatdadır, orada yaşayır və xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh4 onun ailə üzvləri olmaqla onlar da qeyd edilən ünvanda qeydiyyatdadırlar. Həmin yaşayış evi 2010-cu il tarixdə tikilmişdir. Cavabdeh1 həmin evdə 2013-cü il tarixdən yaşayır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-268A Kod 80503028 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998ci il tarixli, 058 saylı qərarına əsasən İddiaçı və X4 0.06 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Masallı RPŞ-nin TB-nin baş tədqiqatçısı polis mayoru Ariz Səfərov tərəfindən qəbul edilmiş, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Masallı rayon Babaser kənd sakini Cavabdeh2 DİN-nin 102 xidmətinə zəng edərək qardaşı Məhəbbət Quliyevin onun üzərinə gələrək öldürməklə hədələməsi, evin şüşələrini sındıraraq həyatlarının təhlükədə olması barədə, eyni zamanda Cavabdeh1 Masallı RPŞ-nin Boradigah PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə, axşam saatlarında oğlu Məhəbbətin yaşadığı evə hücum edərək onu və qızlarını ölümlə hədələməsi və evin pəncərələrini sındırması, həmçinin xx.xx.2024-cü il tarixdə, Masallı rayon Babaser kənd sakinləri, Sədi Rüstəm, Coşqun Şahbazov və digərlərinin Masallı Rayon purokurorluğuna şikyət ərizəsi ilə müraciət edərək Könül, Vəziyyə və Zərifə birlikdə Masallı rayon Babaser kəndində olan evlərində əxlaqsızlıq yuvası təşkil edərək müxtəlif rayon və kəndlərdən dəvət etdikləri şəxslərlə eyşişrət məclisləri düzəldərək, intim münasibətdə olmaları barədə şikayətlər əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Rusiya Federasiyası tərəfindən verilmiş 16 mart 2000-ci il tarixli, 38A 52880 nömrəli hüququn dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 və X3 məxsus İrkutsk vilayəti, Bratski rayonu, Vixorevka şəhəri, Pionerskaya küçəsi, ev 14, mənzil 3 ünvanında yerləşən mənzilləri 14 mart 2000-ci il tarixdə Daşınmaz Əmlak Üzrə Hüquqların və onunla X11 Reyestrində № 38-01/03-5/2000-381 qeydə alınmışdır. 30 avqust 2019-cu il tarixli, “Azəriqaz” İB Lənkəran RQİİ ilə Vəziyyə Fərman qızı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı” müqaviləsindən və abonentin saldosundan görünür ki, həmin müqavilə Cavabdeh1 məxsus Masallı rayonu Babaser kəndində yerləşən evi qazla təmin etmək üçün rəsmiləşdirilmişdir. "xxxx" ASC-nin abunə haqqında məlumat cədvəlindən görünür ki, xx.xx.2010-cu il tarixdən Masallı rayonu Babaser kəndində yerləşən fərdi yaşayış evindəki elektrik sayğacı Bəyverdi İmaməliyevin adınadır. Masallı RPŞ-nin TB-nin tədqiqatçısı polis kapitanı X10 tərəfindən qəbul edilmiş, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Masallı rayonu Babaser kəndində yaşayan Cavabdeh1 xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nə teleqram ilə müraciət edərək həmkəndlisi İddiaçı ona pul qarşılığında Masallı rayonu Babaser kəndində torpaq satmasını, torpağı adına keçirməyərək uzun müddət keçdikdən sonra torpağı ondan tələb etməklə ona qarşı dələduzluq etməsi barədə şikayəti əsasında araşdırma aparılmış, cinayət hadisəsi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin araşdırma zamanı İddiaçı videoçəkiliş vasitəsi ilə izahatı alınmış, izahatında qeyd edilən torpaq sahəsini Cavabdeh1 5000 dollar qarşılığından satdığını bildirmiş, Bəyverdi İmaməliyevin xahişi ilə torpaq sahəsi ilə bağlı şəhadətnamə onun adına olduğundan məqsədli şəkildə torpaq sahəsindən çıxarılma ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini etiraf etmişdir. İddiaçı videoçəkişlə alınmış video materialın köçürüldüyü CD disk məhkəməyə təqdim edilmiş, məhkəmə iclasında CD diskə baxış keçirilmiş, həmin çəkiliş zamanı İddiaçı yazılı izahatında göstərdiklərini təsdiq etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1846/2024 saylı qərardadından görünür ki, ATB (X6) bankının zolotoy korona sistemi vasitəsi ilə Cavid İmaməliyevin adından Cavabdeh1 adına xx.xx.2012-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər hansı məbləğdə pulun göndərilib-göndərilməməsi ilə bağlı məlumatlar "xxxx" ASC və "xxxx" ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”ndan götürülməsi qərara alınmışdır. "xxxx" ASC-nin 23 avqust 2024-cü il taixli, 4202 saylı məktubundan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1846/2024 saylı qərardadında qeyd olunanları nəzərə alaraq, əməliyyatların sistemdə saxlanma müddəti 5 il olduğu üçün qeyd olunan xx.xx.2012-ci il tarixdən etibarən “Zolotaya Korona” sistemi vasitəsilə aparılan köçürmə əməliyyatlarını aşkar etmək mümkün olmamışdır. “Əmanətlərin Sığortalanması Fondu”nun 24 avqust 2024-cü il taixli, **********2443 saylı məktubundan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1846/2024 saylı qərardadının icrasına dair sorğuya cavab olaraq "xxxx" ASC ləğv edildiyindən, sistemlər işlək olmadığından tələb edilən məlumatların əldə edilməsi imkan xaricində olması bildirilmişdir. Məhkəmə iclasında sorğu əsasında və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilmiş, CD diskdə İddiaçı torpaq sahəsini təxminən 14 il əvvəl Bəyverdiyə satdığını bildirmişdir. Aralarında müqavilə olmamışdır. Həmin vaxt Vəziyyəni görməmişdir. Bəyverdi həmin vaxt Rusiyada olduğundan pulu ona Bəyverdinin vəfat etmiş bacısı Xanımbacı vermişdir. Torpağı satarkən orada ev və ya hər hansı bir tikili olmamışdır. Orada Vəziyyə yaşamış, ev tikmişdir. Sonradan Bəyverdi ona həmin evi ona satması barədə sənədləşdirmə etmək lazım olduğunu bildirmişdir. Daha sonra onlar sahə rəisi ilə Vəziyyənin qaldığı həmin evə getmişlər. Vəziyyə onları evdən qovmuşdur. Bəyverdi evi onun adına keçirdikdən sonra ona pul verəcəyini vəd etmişdir. Əlavə olaraq təqdin edilmiş CD disklərə baxış keçirilmiş, həmin CD disklərdə Məhəbbətin bacıları ilə yaxşı münasibətdə olması, birlikdə ad günü və digər məclislərdə, o cümlədən Babaser kəndində yerləşən evdə olan ailəvi masada yeyib-içməklərinin videogörüntüləri və fotoşəkilləri əks olunmuşdur. Həmçinin digər disklərə yerləşdirilmiş səs yazılarına qulaq asılarkən müəyyən edilmişdir ki, İddiaçı torpaq sahəsini 5000 dollara Bəyverdiyə satmasını, pulu onun bacısı Xanımbacının ona verməsini etiraf etmişdir. O, torpağı satarkən orada tikilinin olmadığını, sonradan özlərinin ev tikməsini də bildirir. O, torpağı satdıqdan sonra heç vaxt ora getməmiş, çünki artıq oranı Bəyverdiyə satmış və Bəyverdinin bacısı Vəziyyə uşaqları ilə orada yaşamışılar. Hazırkı vəziyyətdə isə sənədləşmə olarsa, o torpağı və evi Vəziyyənin oğlu Məhəbbətin adına rəsmiləşdirilməsinin tərəfdarıdır. Beləliklə, məhkəmə tərəfindən işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı adına JN-268A kod 80503028 saylı şəhadətnamə əsasında Masallı Rayonu Babaser kəndində 06 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində 2010-cu il tarixdə iki mərtəbəli ev tikilmiş, 2013-cü il tarixdən etibarən hal-hazirki vaxtadək həmin evdə Cavabdeh1 övladları ilə birlikdə yaşayır. Qeyd edilən hallar işin mübahisə edilməyən hallarıdır. İşin mübahisə edilən halları isə odur ki, İddiaçı izahatında qeyd edilən torpaq sahəsini satmadığını və həmin torpaq sahəsində yerləşən evi özünün inşa etdiyini, həmin əmlakları müvəqqəti olaraq həmkəndlisi Bəyverdinin xahişi ilə 2013-cü il tarixdə onun bacısı Cavabdeh1 müvəqqəti istifadəsinə verdiyini qeyd etmişdir. Cavabdeh1 isə həmin torpaq sahəsini qardaşı Bəyverdi ilə birlikdə 2010-cu il tarixdə şifahi alqı-satqı yolu pulunu ödəyərək İddiaçı aldığını, orada 2010-cu il tarixdə öz vəsaitini hesabına ikibərtəbəli ev tikdiyini, 2013-cü il tarixdən isə orada yaşamağa başladığını qeyd etmişdir. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarını nəzərdən keçirib, məhkəmə araşdırması zamanı toplanmış sübutları bir-biri ilə qarşılıqlı müqayisə etməklə belə nəticəyə gəlir ki, ilkin İddiaçı iddiası, eyni zamanda qarşılıqlı iddiaçının iddiası rədd edilməlidir. Məhkəmə ilkin iddia tələbinə münasibət bildirərək aşağıdakıları qeyd edir: İddiaçı Tərla Talıbov ona məxsus torpaq sahəsini 2010-cu il tarixdə satmaq niyyəti ilə cavbadeh Cavabdeh1 ixtiyarına vermiş, həmin vaxtdan iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtadək həmin torpaq sahəsi ilə bağlı heç bir iddia qaldırmamaqla həmin torpaq sahəsinə dair heç bir gözləntisinin olmadığını ifadə etmişdir. O, məhkəmə iclaslarında izahat verərkən bir-biri ilə ziddiyyətli izahatlar verərək, gah həmin torpaq sahəsini satmadığını, bunun qarşılığında pul almadığını bildirmiş, gah da torpaq sahəsini cavabdehə satdığını, lakin torpağın pulunun ona tam şəkildə verilmədiyini bildirmişdir. İddiaçı həmin torpaq sahəsini həqiqətən də Cavabdeh1 satmaq niyyətinin olması məhkəmə iclasında tədqiq edilmiş əlavə sübutlarla da müəyyən edilmişdir. Belə ki, həmin mübahisəyə məhkəmədə baxıldığı müddətdə Cavabdeh1 Masallı Rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək İddiaçı ona 2010-cu il tarixdə torpaq sataraq pulunu aldığını, lakin uzun müddət sonra heç bir əsas olmadan həmin torpağın sənədinin özünün adına olmasından istifadə edərək ona həmin torpaq sahəsini satmamasını bildirməklə dələduzıluq etdiyini qeyd etmişdir. Qeyd edilən xüsusatla bağlı Polis şöbəsində araşdırma aparılarkən İddiaçı videoçəkilişlə izahatı alınmış, o, həmin izahatında əslində 2008-ci il tarixdə Bəyverdi İmaməliyevə 5000 ABŞ dolları qarşılığında şifahi razılaşma əsasında bacısı Vəziyyə üçün ev tikmək məqsədi ilə Masallı rayonu, Babaser kəndində yerləşən 6 sot həyətyanı torpaq sahəsini satmışdır. Torpağı satdıqdan sonra, Bəyverdinin mərhum bacısı Xanımbacı adlı şəxs 5000 ABŞ dolları pulu ona vermişdir. Bundan sonra həmin torpaq sahəsində Cavabdeh1 üçün ev tikintisinə başlanılmışdır. Ev tikildiyi müddətdən etibarən Cavabdeh1 ailəsi ilə birlikdə həmin ünvanda yaşamışdır. 2024-cü ilin aprelində Bəyverdi İmaməliyev xahiş etmişdir ki, həmin torpaq sahəsini onun adına sənədləşdirilsin. Bəyverdi ilə birlikdə Vəziyyənin yaşadığı ünvana gəlmişlər. Lakin, həmin vaxt Vəziyyə mübahisə edərək onları həyətdən qovmuş və nalayiq ifadələrlə söyərək təhqir etmişdir. Acığa düşərək həmin torpaq sahəsinin adına olduğu üçün Vəziyyənin həmin ünvandan çıxmasını tələb etmişdir. Eyni zamanda məhkəmə iclasında tədqiq edilmiş səs yazılarına qulaq asılarkən müəyyən edilmişdir ki, İddiaçıla mübahisə tərəfi olan cavabeh Cavabdeh2 arasında olan dialoq zamanı İddiaçı polis şöbəsinə verdiyi izahatın məzmuna uyğun formada danışaraq ona məxsus torpaq sahəsini Bəyverdi İmaməliyev vasitəsi ilə Cavabdeh1 satdığını etiraf etmişdir. İddiaçı məhkəmə iclasları zamanı iddiasını müdafiə edərkən torpaq sahəsini və orada tikdiyini iddia etdiyi evlə bağlı suallara cavab verərkən ardıcıl detallı izahatlar verə bilməmiş, həmin evi özünün tikdiyini iddia etsə də, həmin evin hansı formada, neçə otaqlı olması ilə bağlı sualları cavablandıra bilməmiş, sadəcə olaraq torpaq sahəsinin sənəd üzrə ona məxsus olmasını bildirərək iddiasını müdafiə etmişdir. İddiaçı polis şöbəsində təzyiqlərə məruz qaldığından orada verdiyi izahatın həqiqəti əks etdirmədiyini bildirsə də, ona təzyiq edilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda 13 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı da İddiaçı Cavabdeh2 sualına cavab olaraq torpaq sahəsini Cavabdeh1 5000 dollara deyil, 7000 dollara satdığını qeyd edərək ona 2000 dollar pulun verilmədiyini mübahisələndirmişdir. Buradan da tam aydın olmuşdur ki, İddiaçı polis şöbəsində izahat verdiyi zamanda da həqiqəti bildirmiş, pulun bir qisminin ona verildiyini, bir qisminin isə verilmədiyini bildirməsi artıq onun torpaq sahəsini satmaq niyyəti ilə pul qarşılığında cavabdehlərə verdiyini dolayısı yolla etiraf etmişdir. Həmçinin, məhkəmə iddiaçının izahatını alınmış digər izahatlarla müqayisə edib təhlil etməklə qeyd edir ki, cavabdehlər izahatlarında qeyd etmişdilər ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən əvvəl dayıları Bəyverdinin və qardaşı Məhəbbətin onlarla aralarında mübahisələri yaranmış, mübahisənin yaranmasına səbəb guya onların həmin sözü gedən evdə əxlaqsızlıq yuvası kimi istifadə etmələri ilə əlaqədar olmuşdur. Bununla bağlı qardaşı Məhəbbət kənd camaatını öyrədərək bununla bağlı polis şöbəsinə şikayət edilməsinə nail olmuş və bu barədə araşdırma aparılmışdır. Bundan sonra dayısı Bəyverdi və qardaşı Məhəbbət onların həmin evdən çıxmalarında maraqlı olmuş, vasitə kimi torpaq sahəsi şəhatənamə ilə adında olan İddiaçı ələ alaraq iddia ərizəsi ilə məhkəməyə müaciət etməsinə nail olmuşdular. Məhkəmə cavabdehlərin qeyd etdiklərini digər sübutlarla birlikdə qiymətləndirərək həqiqətə uyğun məlumatlar kimi qəbul edir. Çünki iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Bəverdi İmaməliyevlə bacısı və bacısı qızaları arasında həqiqətən də mübahisə olduğu və bununla bağlı polis şöbəsində araşdırma aparıldığı iş materiallarında olan müvafiq materiallarla tam şəkildə müəyyən edilmişdir. Cavabdeh4 dayısı Bəyverdi ilə əlbir olaraq bu kimi əmələ yol verməsi cavabdehin məhz özünün verdiyi izahatı ilə təsdiq edilmişdir. Belə ki, Cavabdeh4 iddia ərizəsində “cavabdeh” qismində göstərilməsinə baxmayaraq, məhkəmə iclasında iddianı qəbul etdiyini, evin dayısı tərəfindən tikildiyini və onlara dayısının baxdığını bildirmişdir. İddiaçı Cavabdeh2 ilə dialoqunu əks etdirən səs yazılarında da İddiaçı həmin torpaq sahəsini satdığını etiraf etməklə yanaşı, torpaq sahəsinin Cavabdeh4 adına rəsmiləşdirmək istədiyini qeyd etmişdir. Bir tərəfdən iddiaçı Cavabdeh4 iddia ərizəsində cavabdeh kimi qeyd edir, digər tərəfdən isə onun adına torpaq sahəsini rəsmiləşdirmək istəməsi onu göstərir ki, İddiaçı iddia ərizəsi ilə məqsədli şəkildə müraciət etməsinə Cavabdeh4 və Bəverdi İmaməliyev sövq etmişdir. Eyni zamanda yuxarıda qeyd edilən hallar göstərir ki, iddiaçının torpaq sahəsindən və evdən çıxarılma ilə bağlı iddia tələbi onun həqiqi hüquqi niyyətini və iradəsini əks etdirməmiş, başqa şəxslərin mənafeləri üçün hüquqdan suiistifadə edilməklə irəli sürülmüşdür. Cavabdeh4 bir tərəfdən bacılarından şikayət etməsi, digər tərəfdən isə bacılarına qarşı izahat verərək həmin evə özlərinin heç bir aidiyyətinin olmadığnı izahatında göstərməsi onun qərəzli mövqe tutmasını, yaranmış vəziyyətdən istifadə edib iddia tələbini könüllü şəkildə qəbul edib, həmin evdən bacılarını və anasını çıxarmaq məqsədinə çatmaq istəməsi açıq-aşkar bəlli olmuşdur. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən İddiaçı, Cavabdeh4, eləcə də mərhum Bəyverdi İmaməliyevin torpaq sahəsinin Cavabdeh1 pul müqabilində satmaq niyyəti ilə verilməməsi, torpaq sahəsində tikilmiş evin Cavabdeh1 məxsus olmaması ilə bağlı izahatlarında göstərdiklərinin həqiqəti əks etdirməyən məlumatlar kimi qəbul edir, onların qeyd etdikləri işin digər müəyyən edilmiş halları ilə təkzib edildiyindən həmin məlumatları iş üçün sübut əhəmiyyəti daşımaması qənaətinə gəlir. İddiaçı mülkiyyətində olan torpaq sahəsini şifahi razılaşma yolu ilə Cavabdeh1 pulunu alaraq satmaq məqsədi ilə onun istifadəsinə verdiyi, torpaq sahəsini verdiyi zaman fərdi yaşayış evinin mövcud olmadığı, sonradan Cavabdeh1 şəxsi vəsaiti hesabına fərdi yaşayış evini tikdiyi işin müəyyən edilmiş halları ilə tam təsdiq edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərindən həmin torpaq sahəsini tələb etməklə hüququndan açıq-aşkar sui-istifadə etmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Həmin növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin həqiqiliyi, tərəflərin əsl hüquqi niyyəti ilə bağlı faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Məhəmə bütün qeyd edilənləri əsas götürərək qənaətə gəlir ki, baxmayaraq ki, qeyd eidlən 0,6 ha torpaq sahəsi torpaq şəhatənaməsi ilə İddiaçı və onun arvadına məxsusdur, o, həmin torpaq sahəsini 2010-cu il tarixdə şifahi razılaşma yolu ilə Cavabdeh1 istifadəsinə vermiş və bunun qarşılığında pul almış, uzun müddət ərzində qeyd edilən torpaq sahəsindən mülkiyyətçi kimi heç bir gözləntisi olmamış, hazırda isə torpaq sahəsinin sənədlə onun adına olmasından istifadə edərək iddia tələbi ilə məhkəmyəə müraciət etməklə vicdanlı hərəkət etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələblərinə qiymət verərək hesab edir ki, torpaq sahəsinə dair şifahi şəkildə razılaşma yolu ilə bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi tərəflər arasında 2010cu il tarixdə şifahi razılaşma yolu ilə torpaq sahəsinin alqı-satqısı həyata keçirilmiş, torpaq sahəsi qarşılıqlı iddiaçı Cavabdeh1 istifadəsinə verilmiş, hal-hazırki vaxtadək həmin torpaq sahəsi onun tərfindən istifadə edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında daşınmaz əmlak hesab edilən torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın alqı-satqısına dair tələblərə riayət edilmədiyindən həmin müqavilənin bağlanmış hesab edilməsi qeyrimümkündür. Məhkəmə qeyd edir ki, ərizəçi torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbini irəli sürdüyündən Mülki Məcəllənin daşınmaz əmlakın alqı-satqısı müqaviləsi ilə bağlı normaları əsas götürülməklə qeyd edilən məsələyə qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139-1.1.3-ci maddəyə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların qeydə alınması üçün əsasdır. 144.1-ci maddəyə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 646.1-ci maddəyə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.1-ci maddəyə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi daşınmaz əmlakın alqı-satqı müqaviləsi alıcı və satıcı arasında bağlanmaqla, müqavilənin etibarlı hala gətirilməsi üçün həmin müqavilənin yazılı formada bağlanaraq notariat qaydada təsdiqlənməsi tələb olunur. Əks halda həmin müqavilələr etibarsız müqavilələr hesab edilir. Müqavilələrin etibarlılığı ilə bağlı Mülki Məcəllədə aşağıda sadalanan normalar nəzərdə tutulmuşdur: Azərbaycan Respubliksı Mülki Məcəlləsi: 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2.-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4-cü maddəsinə əsasən susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Qeyd edilən normaların təhlili bir daha onu göstərir ki, daşınmaz əmlaklarla bağlanmış müqavilələr bir mənalı şəkildə yazılı notariat qaydada təsdiqlənməlidir. Göründüyü kimi, qanunvericilik şifahi bağlana bilən əqdin bağlanmış hesab edilməsi üçün şəxsin əqdi bağlamaq iradəsinin onun rəftarından asılı olaraq bağlanmasını mümkün hesab etdiyi halda, lakin daşınmaz əmlakla bağlı şifahi qaydada iradənin ifadə edilməsini hər hansı haldan asılı etmədən müavilənin bağlanmış hesab edilməsinə səbəb olmadığını göstərmişdir. Qanunvericiliyin qeyd edilən normalarında göstərilən tələblərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarı qəbul edilmiş, həmin qərarda daşınmaz əmlaklarla bağlı şifahi razılaşmaların etibarlı müqavilə kimi sayıla bilib-bilməməsi ilə bağlı hüquqi mövqe irəli sürülmüşdür. Həmin qərarda göstərilən hüquqi mövqelər aşağıdakı kimi olmuşdur. Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Lakin şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329-cu maddəsi). Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Göründüyü kimi, konstitusiya Məhkəməsi açıq-aşkar şəkildə göstərmişdir ki, müəyyən formaya tabe tutulan əqdləri mütləq şəkildə bir tərəf tamamilə və qismən icra etmişdirsə, qarşı tərəf həmin əqdi notarial qadada təsdqlənməsindən yayınırsa, həmin əqdlər məhkəmə tərəfindən etibarlı hala gətirilə bilər. Ardınca göstərmişdir ki, notarial qaydada təsdiq edilməli əqdlər mütləq formada sadə yazılı formada bağlanmalıdır. Hazırki mülki işdə isə qarşılıqlı iddiaçı müqavilənin sadə yazılı formada bağlanmasına riayət etməmiş, şifahi formada razılaşaraq torpaq sahəsini üzərində sahibliyi həyata keçirmişdir. Göstərilənlərlə əsasən məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbi barədə qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, ilkin və qarşılıqlı iddia tələbləri təmin olunmadığından iddiaların qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş dövlət rüsumları iddiaçıların özlərinə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia və qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar