Məhkəmə qərarları › İş №2(050)-185/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-185/2023

10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-185/2023 10.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək Masallı Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 65 saylı qərarı ilə 0,08 hektar həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə” dair JN-1290F KOD 80500018 saylı şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-cu il tarixli, 65 saylı qərarı ilə onlara və ailə üzvlərinə 0,08 ha torpaq həyətyanı torpaq sahəsi verilmiş və bununla bağlı “Torpağın mülkiyyətə verilməsinə” dair JN-1290F KOD 80500018 saylı şəhadətnamə tərtib edilmişdir. Şəhadətnamədə adı Ərizəçi1 əvəzinə X14, Ərizəçi2 əvəzinə X1, Ərizəçi3 əvəzinə X2, Ərizəçi4 əvəzinə X3 qeyd edilmişdir. Yol verilmiş səhv onların təqsiri deyil, şəhadətnaməni tərtib etmiş orqanın təqsiridir. Lakin həmin orqan artıq mövcud deyil. Yol verilmiş səhv onların mülkiyyətlə bağlı hüququnu pozur. Odur ki, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməli olmuşlar. Ərizəçi X34 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 və maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Ərizəyə əlavə olunmuş: “Torpağın mülkiyyətə verilməsinə” dair JN-1290F KOD 80500018 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998ci il tarixli, 65 saylı qərarı ilə X20, X5, X16, X21, X17, X26, X10, X7, X18, X6 və X19 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi1 xx xxx 1978-ci il tarixdə Masallı rayonu, Ərkivan kəndində doğulmuşdur, atası X31, anası Ərizəçi2dır. Doğum haqqında arayışdan görünür ki, X12 xx xxxxxx 1956-cı il tarixdə Masallı rayonu, Ərkivan kəndində doğulmuşdur, anası X8r. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X31 ilə X12 arasında 28 iyul 1975-ci il tarixdə bağlamış nikah, 30 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra ərə (arvada) Babayev (a) soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, X22 xx xxxx 1976-cı il tarixdə Masallı rayonu, Ərkivan kəndində doğulmuşdur, atası X31, anası Ərizəçi2dır. Nikah haqqında şəhadə şəhadətnamənin surətindən görünür ki, X27 ilə X22 arasında 17 avqust 1994-cü il tarixdə bağlamış nikah, 48 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra ərə (arvada) Paşayev (a) soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi4 xx xxxx 2002-ci il tarixdə Masallı rayonu, Xıl kəndində doğulmuşdur, atası X23, anası X4r. Masallı Rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 11 oktyabr 2022-ci il tarixli, 2051 saylı arayışdan görünür ki, “Torpağın mülkiyyətə verilməsinə” dair JN-1290F KOD 80500018 saylı şəhadətnamədə Ərizəçi1 əvəzinə X34, Ərizəçi2 əvəzinə X9, X13 əvəzinə X11, Ərizəçi4 əvəzinə X3 texniki səhv olaraq qeyd edilmişdir. Onlar eyni şəxslərdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Ərizəçi1 ünvanlanmış 02 noyabr 2022-ci il tarixli, **********78 saylı məktubdan görünür ki, “Torpağın mülkiyyətə verilməsinə” dair JN-1290F KOD 80500018 saylı şəhadətnamədə düzəliş edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər içtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün qanuni əsaslar var. Ərizəçilər qeyd olunan faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədikləri üçün məhkəməyə müraciət etmişlər. Tələb əsaslı və qanunauyğundur. Odur ki, ərizə təmin edilməli, Masallı Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 65 saylı qərarı ilə 0,08 hektar həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə” dair JN-1290F KOD 80500018 saylı şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Masallı Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 65 saylı qərarı ilə 0,08 hektar həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə” dair JN-1290F KOD 80500018 saylı şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar