Məhkəmə qərarları › İş №2(050)-1873/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1873/2024

01.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1873/2024 01.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs kimi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi qeyd edilmiş) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayon Aqrar İslahat Komissiyasının 06 yanvar 1998ci il tarixli 01 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ayrılmış 2.38 hektar torpaq sahəsinin verilməsinə dair JN 0001 Kod 80514018 nömrəli Dövlət aktının Ərizəçi, X6, X2, X5, X9, X8, X1, X3, Heybətova (Əliyeva) Elnazə Səlahəddin qızına və X4 məxsus olması faktının müəyyən edilməsi bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 23 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi Dövlət Aktında qeyd edilmiş adlarda yanlışlıqların düzəldilməsi barədə ərizəsinə cavab olaraq göstərilmişdir ki, ərizədə qeyd edilən məsələnin həlli ilə bağlı tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-0001 nömrəli dövlət aktının əsli və dövlət aktında qeyd olunmuş mülkiyyətçilərin şəxsiyyət vəsiqəsinin surəti ilə Masallı regional “ASAN xidmət” mərkəzinə müraciət edəcəkləri təqdirdə işin icrasına qanunamüvafiq qaydada baxıla bilər. Məhkəmə iş materiallarını araşdırarq hesab edir ki, ərizəçi qeyd edilən məsələnin həlli ilə bağlı tərtib olunmuş torpağın mülkiyyətə verilməsinə dair JN-0001 nömrəli dövlət aktının əsli və dövlət aktında qeyd olunmuş mülkiyyətçilərin şəxsiyyət vəsiqəsinin surəti ilə Masallı regional “ASAN xidmət” mərkəzinə müraciət etmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, ərizəyə mahiyyəti üzrə baxılmasına maneçilik törədən nöqsanlar ərizəçi tərəfindən aradan qaldırılmadığından və bu nöqsanları aradan qaldırmaq imkanı itirilmədiyindən, ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin baxılmamış saxlanmasına əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ vardır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar