Məhkəmə qərarları › İş №2(050)-1874/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1874/2023

12.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1874/2023 12.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədirliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı borcun azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 029424 saylı akt əsasında hesablanmış 862.52 manat cərimənin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsi barədə vəsatət verərək İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında eyni predmet barəsində və eyni əsasla mülki işə Masallı Rayon Məhkəməsində (hakim:Habil Bəhmənovun sədirliyi ilə) baxılmış və iddia tələbinin rədd edilməsinə dair xx.xx.2022-ci il tarixli, 2(050)-2773/2022 saylı qətnamə çıxaılmışdır. Daha sonra iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında həmin mülki işə Şirvan Apellyasiya Məhkəməsində baxılaraq, apellyasiya şikayətinin təmin edilməməsi və Masallı Rayon Məhkəməsinin 2(050)-2773/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair 2(106)- 331/2023 saylı qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı vəsatətin təmin edilməməsini xahiş etdi. Masallı Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(050)-2773/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və 862.52 manat borcun silinməsi barədə məhkəmədə iddia qaldırmış və onun iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2(106)-331/2023 saylı qətnaməsindən görünür ki, Bağışov X1 Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(050)-2773/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, onun apellyasiya şikayəti təmin edilməmiş və Masallı Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(050)-2773/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən əgər hazırda mübahisələndirilən 862.52 manat borcun düzgün hesablanılmadığı müəyyən edilsəydi onun iddiası rədd deyil, qismən təmin edərək, borc azaldılardı. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəyə qiymət verilmişdir. Bunun əksi məntiqi baxımından ilk dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət edilən iddianın qismən təmin edilməsinə səbəb olardı. Hazırki mübahisə üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin: 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2022-ci il tarixli, 029424 saylı akt əsasında hesablanmış 862.52 manat cərimənin azaldılması barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar