Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-191/2025 07.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1986-ci il tarixdə Masallı rayonu, Həsənli kəndində anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X6 xx.xx.1986-cı ildə Masallı rayonu, Həsənli kəndində anadan olmuş və hazırda da həmin kənddə onun himayəsində yaşayır. X9 anadangəlmə epilepsiya, tez-tez baş verən qıcolma tutulmaları xəstəliyindən əziyyət çəkir və hazırda öz hərəkətlərini dərk etmir, fəaliyyət qabiliyyəti yoxdur. Onun bütün ehtiyaclarını o qarşılayır, ona qulluq edir, qardaşının kənar qulluğa ehtiyacı vardır. Qardaşına dövlət tərəfindən xəstəliyi ilə bağlı hər ay dərmanlar verilir və Masallı Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır. Qardaşı hazırda tam fəaliyyət qabiliyyətsizdir, onun gündəlik tələbatı ilə özü məşğul olur, onun əqli geriliyi vardır və hərkətlərini başa düşmür. Hazırda hərəkətlərini dərk etmir və hər hansı hərəkət edə bilmir. Qardaşının fəaliyyət qabiliyyəti olmadığı üçün müəyyən sənədləşmə işlərinin həyata keçirilməsindən məhrum olmuşdur. O da onun üzərində qəyyum olaraq təyin olunmadığı üçün onun adından hər hansı sənədləşmə işlərini həyata keçirə bilmir. Dövlət tərəfindən verilən müavinətlərdən istifadə edə bilmir. Qardaşına dövlət tərəfindən təyin olunan pensiyanın belə alınması mümkün deyildir. Onun üzərində qəyyum təyin olunmağı barədə İcra Hakimiyyətinə də müraciət etmiş, onun məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsiz hesab olunduğu halda qəyyum təyin oluna biləcəyi göstərilmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, ekspert tərəfindən də qardaşının fəaliyyət qabiliyyətinin olmaması barədə rəy verilmişdir. Ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1988-ci il təvəllüdlü Ərizəçi atası X7, anası X5r. doğum haqqında arayışdan görünür ki, 05 fevral 1986-cı il təvəllüdlü X2 atası X8, anası X5r. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 27 oktyabr 2024-cü il tarixli elektron çıxarışdan görünür ki, 05 fevral 1986-cı il təvəllüdlü X3 epilepsoya xəstəliyi və tez-tez baş verən qıcolma tutmaları xəstəliyi aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 31 yanvar 2025-ci il tarixli, 268 saylı rəyindən görünür ki, X1 xəstəliyi nəticəsində yaranmış əqli gerilik, tez-tez baş verən qıcolma tutmaları formasında psixi xəstəlikdən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. Ərizəçinin məhkəməyə ünvanlandığı ərizədə göstərilir ki, onun bütün ehtiyacları özü tərəfindən qarşılanır, onun kənar qulluğa ehtiyacı var, belə ki, qardaşında əqli gerilik olduğu üçün o, öz hərəkətlərini başa düşmür və hər hansı bir hərəkət edə bilmir. Göstərilənləri nəzərə alaraq xx.xx.1986-cı il təvəllüdlü X6 yuxarıda göstərilən diaqnozlu xəstəliklə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X2 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 31 yanvar 2025-ci il tarixli, 268 saylı rəyindən görünür ki, X1 xəstəliyi nəticəsində yaranmış əqli gerilik, tez-tez baş verən qıcolma tutmaları formasında psixi xəstəlikdən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. Ərizəçinin məhkəməyə ünvanlandırdığı ərizədə göstərilir ki, onun bütün ehtiyacları özü tərəfindən qarşılanır, onun kənar qulluğa ehtiyacı var, belə ki, qardaşında əqli gerilik olduğu üçün o, öz hərəkətlərini başa düşmür və hər hansı bir hərəkət edə bilmir. Göstərilənləri nəzərə alaraq xx.xx.1986-cı il təvəllüdlü X6 yuxarıda göstərilən diaqnozlu xəstəliklə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 05 fevral 1986-cı il təvəllüdlü Masallı rayonu, Həsənli kəndində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. X14
Məhkəmə qərarları › İş №2(050)-191/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-191/2025
07.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver