Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-192/2023 12.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Masallı Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 62 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə onlara 2,16 ha hektar torpaq sahəsinin verilməsinə dair JN 0001 KOD 80520059 nömrəli Dövlət aktının X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-cu il tarixli, 62 saylı qərarı ilə ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2,16 ha hektar torpaq sahəsi verilmiş və bununla bağlı “Torpağa mülkiyyətə hüququna” dair JN-0001 KOD 80520059 saylı Dövlət aktı tərtib edilmişdir. Dövlət aktında anası X1 adı səhvən Abdullayeva Natavan kimi qeyd edilmişdir. Yol verilmiş səhv onların təqsiri deyil, Dövlət aktını tərtib etmiş orqanın səlahiyyətli şəxsinin təqsiridir. Lakin həmin orqan artıq mövcud deyil. Yol verilmiş səhv onların mülkiyyət hüquqlarını pozur. Odur ki, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə olunmuş: “Torpağa mülkiyyət hüququna” dair JN-0001 KOD 80520059 saylı Dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 62 saylı qərarı ilə X10, Abdullayeva Natavana, X5, X6, X7, Ərizəçi, X14, X11 və X8 2,16 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Doğum haqqında arayışdan görünür ki, X4 17 noyabr 1959-cu il tarixdə Masallı rayonu, Ləngan kəndində doğulmuşdur, atası X12, anası X16r. Nikah haqqında arayışdan görünür ki, X15 ilə X4 arasında 02 dekabr 1981-ci il tarixdə bağlamış nikah, 44 № ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra ərə (arvada) Abdullayeva (a) soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1992-ci il tarixdə Masallı rayonu, Təklə kəndində doğulmuşdur, atası X15, anası X3r. Masallı Rayon İcra Hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli, 1141 saylı arayışdan görünür ki, “Torpağa mülkiyyət hüququna” dair JN-0001 KOD 80520059 saylı Dövlət aktında X1 adı texniki səhv olaraq Abdullayeva Natavan yazılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi publik hüquqi şəxs tərəfindən Ərizəçi ünvanlanmış 02 noyabr 2022-ci il tarixli, **********77 saylı məktubdan görünür ki, “Torpağa mülkiyyət hüququna” dair JN-0001 KOD 80520059 saylı Dövlət Aktına düzəliş edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər içtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün qanuni əsaslar var. Ərizəçi qeyd olunan faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Tələb əsaslı və qanunauyğundur. Odur ki, ərizə təmin edilməli, Masallı Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 62 saylı qərarı ilə 2,16 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna” dair JN-0001 KOD 80520059 saylı Dövlət aktının X2 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Masallı Rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli, 62 saylı qərarı ilə 2,16 hektar kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “Torpağa mülkiyyət hüququna” dair JN-0001 KOD 80520059 saylı Dövlət aktının X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-192/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-192/2023
12.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver