Məhkəmə qərarları › İş №2(050)-1969/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1969/2023

12.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1969/2023 12.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X3 (sədrlik edən), məhkəmə iclasının katibi X2, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayndəsi Nümayəndə iştirakları ilə. İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" ASC-nin Masallı EŞ-nə, X6 Təchizatı və Satışı İdarəsinə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" ASC-nin Masallı EŞ-nə, X6 Təchizatı və Satışı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli R 104186 saylı aktın etibarsız hesab edilməsi və əsassız olaraq hesablanmış 633 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Masallı rayonu Hənəli kəndində yaşayış evi vardır. Həmin ev elektrik enerjisi ilə təmin edilmiş, qaydalara və qanunlara uyğun olaraq sayağacın sərf etdiyi aylıq elektrik enerjisinin pulunu da tam ödəmişdir. Bu vaxta kimi heç vaxt sayağaca müdaxilə edilməmiş, əlavə xəttdən istifadə etməmişdir. xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-in əməkdaşları onun evində quraşdırılmış sayağaca baxış keçirmiş, baxış zamanı sayağacın giriş naqili zədələnmiş, buna görə isə günahkar o, olmuşdur. Bunu bəhanə edərək ona akt tərtib edilmişdir. Həmin tarixdə, yəni xx.xx.2018-ci ildə onun barəsində AKT R 104186 saylı akt tərtib edilmiş, sayağacın giriş naqili zədələnməsi qeyd etmişdir. Həmin tarixdə akt tərtib edilmiş, bir neçə şəxs imzalamış o, isə imza etməkdən imtina etmişdir. Buna səbəb isə o, sayağaca heç bir müdadxilə etmədiyi olmuşdur, çünki işıq idarəsinin işçiləri özləridə bilmirlər ki, akta nə yazsınlar. O, sayğacın giriş naqilinə müdaxilə edə bilməz. Göründüyü kimi, heç bir əsas olmadan qanunsuz olaraq ona əlavə 633 manat sərfıyyat hesablanmışdır. Halbuki o, qeyd edilən məbləğdə işıq sərf etməmişdir. Onun evi bir ay ərzində 100 manat yazmır. Necə ola bilər ki, ona 633 manat işıqdan istifadə etməsi yazılsın. Halbuki, qanunvericilik işıqdan istifadə qaydalarının pozulması halında 1 aylıq istifadə göstəricilərini əsas tutulmasını qeyd etmişdir. Evinin X1 yükü amperemaj cihazı ilə yoxlamadan ona əsassız olaraq sərfiyyat hesablamışlar. Göründüyü kimi, cavabdeh təşkilat qanunsuz olaraq akt tərtib etmiş, akt əsasında amperamaj cihazı ilə evin yükü yoxlanılmadan əsassız sərfiyyat hesablamışdır. Odur ki, aktın etibarsız hesab edilməsini və əsassız yerə hesaablanmış borcun silinməsi barədə qətnamə çıxanlmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, borcunu hər zaman vaxtında ödəmişdir. Bu səbəbdən akt etibarsız hesab olunmalı, borc məbləği silinməlidir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tam əsassızdır, iddiaçı xx.xx.2018-ci il tarixli R 104186 saylı aktın etibarsız hesab edilməsi barədə heç bir sübut təqdim etməmiş və tələbini əsaslandırmamışdır. Həmçinin iddiaçıya hesablanmış borcun məbləği 633 manat deyil, 365 manat 86 qəpikdir. Odur ki, iddia əsassız olduğundan ümumilikdə rədd edilməlidir. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan 25 iyul2018-ci il tarixli, R 104186 saylı aktda qeyd olunmuşdur ki, Masallı rayonu Həsənli kəndində yaşayan abonent məmmədov Nuhi soltanağa oğluna məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacın giriş naqili zədələnməsi müəyyən edilmişdir. İşdə olan Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər barədə sənəddən görünür ki, iddiaçıdan 356.86 manat pul hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Eyni qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində tərtib edilmiş 19 dekabr 2022-ci il tarixli, NDM 030351 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış sərfiyyatın silinməsini xahiş etsə də, həmin aktın etibarsızlığı ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, cavabdeh təşkilat tərəfindən təqdim edilmiş görüntülərlə müəyyən edilmiş hallar iddiaçının dəlillərini təkzib edir. Belə ki, həmin görüntülər ilə iddiaçının qeyd etdiyi xüsusat, yəni istifadə etdiyi elektrik enerjisinin kənar xəttdən istifadə etməməsini təsdiq etmir. Əksinə "xxxx" ASC tərəfindən təqdim edilmiş görüntülər elektrik enerjisinin kənar xəttdən istifadə etməsini təsdiq edir və aktın əsaslı olması qənaətinə gəlməyə imkan verir. Məhkəmə iddianın tərtib edilmiş mübahisəli aktla əlaqədar dəymiş ziyan tələbi hissəsinə münasibətdə qeyd edir ki, aktın etibarsız hesab edilməsi hissədə iddia təmin edilmədiyindən prosessual qənaət prinsipi baxımından hesablanmış borcun sislinməsi tələbi hissədə iddianın əsaslı olub-olmaması müzakirə edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçının cavabdeh "xxxx" ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi» barədə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar