Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-197/2025 19.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh Masallı regional Cavabdehndə notariat ofisinə qarşı (üçüncü şəxslər X4, X33, X27, X34, X28, X29 və X35) miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin bərba edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3ndan miras qalmış buraxılış ili 1984, rəngi ağ, sedan tipli, Vaz 21063 minik markalı, 44BF264 dövlət qeydiyyat nişanlı avtomobildən ibarət əmlaka mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzürlü hesab edilərək uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1968-ci ildə anadan olmuşdur. X3 xx.xx.2021-ci il tarixdə anası X36 xx.xx.2021-ci il tarixdə ölmüşdür. X3 ölənədək ondan Vaz 21063 minik markalı, 44BF264 dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. X1 birinci növbə vərəsəsi kimi o, bacı və qardaşları və rəhmətə getmiş qardaşı Şövlətin övladları qalmışdır. Lakin ondan başqa digər vərəsələr mirasın qəbulundan notarial qaydada imtina etmişlər. X3 xx.xx.2021-ci ildə öldükdən sonra vərəsəliyin qəbulu ilə bağlı ərizə ilə notariat kontoruna müraciət etməmişdir. Bu yaxınlarda Notariat Kontoruna müraciət etdikdə isə mirasın qəbul müddətinin buraxıldığı üçün vərəsəlik işinin notarial qaydasında sənədləşdirilməsinin mümkün olmaması barədə ona imtina verilmişdir. İmtinada isə vərəsəliklə bağlı müddətin ötürüldüyü qeyd edilmişdir. Həmin mirası qəbul etmək istəsə də, lakin digər vərəsələr Rusiya Federasiyasında yaşadıqlarından bir vərəsə isə vəfat etdiyindən mirasın qəbulu barədə notariat kontoruna vaxtında ərizə verməmişdir. Odur ki, mirasın qəbulu ilə bağlı buraxılmış müddət bərpa edilə bilər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Masallı regional Cavabdehndə notariat ofisi və üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: AA№373037 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, X10 mülkiyyətində VAZ-21063 minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 1984-cü il buraxılışlı, ******* mühərrik nömrəli, E1081627 ban və mühərrik nömrəli nəqliyyat vasitəsi vardır. ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 07 ayının 26 günündə 800 № ilə qeyd edilmişdir. nikah haqqında arayışdan görünür ki, X23 ilə X36 arasında Masallı rayon Yeyənkənd kənd ərazi nümayəndəliyində 24 iyul 1965-ci il tarixdə, 25 nömrəli nikah akt qeydi tərtib edilmiş, nikah bağlandıqdan sonra ərə İskəndərov, arvada Məcidova soyadı verilmişdir. ölüm haqqında şəhadətnamədən görünür ki, X36 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 02 ayının 19 günündə 157 № ilə qeyd edilmişdir. doğum haqqında arayışdan görünür ki, xx xxxxxxx 1968-ci il təvəllüdlü X6 atası X23, anası X30r. doğum haqqında arayışdan görünür ki, 22 oktyabr 1973-cü il təvəllüdlü X24 atası X23, anası X30r. doğum haqqında arayışdan görünür ki, 02 aprel 1971-ci il təvəllüdlü X11 atası X23, anası X30r. ölüm haqqında şəhadətnamədən görünür ki, X31 10 oktyabr 2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 10 ayının 17 günündə 650 № ilə qeyd edilmişdir. Masallı regional Cavabdehndə notariat ofisinin xüsusi notariusu Əlövsət İbrahimovun 17 noyabr 2024-cü il tarixli, 1677 saylı məktubundan görünür ki, vərəsəliyin qəbul müddəti keçdiyi səbəbindən vərəsəlik işini notariat qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlər qaytarılmışdır. Masallı RİHB-nin Yeyənkənd kənd ərazi nümayəndəsi tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixli, 476 saylı arayışda göstərilir ki, X12 vərəsələri İddiaçı, X34, X28 və X18r (vəfat edib). Onun başqa vərəsələri yoxdur. 17 noyabr 2024-cü il tarixli, **********886 saylı X25 notariat ofisinə olan ərizəsindən görünür ki, 22 iyul 2021-ci il tarixdə vəfat etmiş atası X7 miras qalmış əmlakı faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyil. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. 06 noyabr 2024-cü il tarixli, **********196 saylı X14 notariat ofisinə olan ərizəsindən görünür ki, 22 iyul 2021-ci il tarixdə vəfat etmiş atası X7 miras qalmış əmlakı faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyil. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. 06 noyabr 2024-cü il tarixli, **********197 saylı X2 notariat ofisinə olan ərizəsindən görünür ki, 22 iyul 2021-ci il tarixdə vəfat etmiş qaynatası X7 10 oktyabr 2024-cü ildə vəfat etmiş əri X19 düşən miras əmlakın ona çatan hissəsini faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyil. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. 15 noyabr 2024-cü il tarixli, **********706 saylı X15 notariat ofisinə olan ərizəsindən görünür ki, 22 iyul 2021-ci il tarixdə vəfat etmiş babası X7 10 oktyabr 2024-cü ildə vəfat etmiş atası X19 düşən miras əmlakın ona çatan hissəsini faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyil. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. 15 noyabr 2024-cü il tarixli, **********704 saylı X13 notariat ofisinə olan ərizəsindən görünür ki, 22 iyul 2021-ci il tarixdə vəfat etmiş babası X7 10 oktyabr 2024-cü ildə vəfat etmiş atası X19 düşən miras əmlakın ona çatan hissəsini faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyil. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. 06 noyabr 2024-cü il tarixli, **********195 saylı X16 notariat ofisinə olan ərizəsindən görünür ki, 22 iyul 2021-ci il tarixdə vəfat etmiş babası X7 10 oktyabr 2024-cü ildə vəfat etmiş atası X19 düşən miras əmlakın ona çatan hissəsini faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyil. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. 06 noyabr 2024-cü il tarixli, **********194 saylı X26 notariat ofisinə olan ərizəsindən görünür ki, 22 iyul 2021-ci il tarixdə vəfat etmiş babası X7 10 oktyabr 2024-cü ildə vəfat etmiş atası X19 düşən miras əmlakın ona çatan hissəsini faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyil. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X23 ilə X36 arasında nikah bağlanmışdır. Onların nikahlarından İddiaçı, X34, X28 və X31 adlı övladları doğulmuşdur. X22 xx.xx.2021-ci il tarixdə, X36 xx.xx.2021-ci il tarixdə vəfat etmişlər. X7 VAZ-21063 minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 1984-cü il buraxılışlı, ******* mühərrik nömrəli, E1081627 ban və mühərrik nömrəli nəqliyyat vasitəsi miras kimi qalmışdır. Onun birnci növbə vərəsələrindən X31 vəfat etmişdir. Digər birinci növbə vərəsələr X34 və X28 notarial qaydada ərizə verərək, atalarından qalmış miras əmlakı qəbul etmək niyyətində olmadıqlarını bildirmişlər. Vəfat etmiş X17 birinci növbə vərəsləri X4, X33, X27, X29 və X32r. Onlarda öz növbələrində notarial qaydada ərizə verərək, X8 qalmış miras əmlakı qəbul etmək niyyətində olmadıqlarını bildirmişlər. İddiaçı atasından qalmış VAZ-21063 minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 1984-cü il buraxılışlı, ******* mühərrik nömrəli, E1081627 ban və mühərrik nömrəli nəqliyyat vasitəsini faktiki olaraq miras əmlak kimi qəbul etdiyini bildirir. Müddətin ötürülməsini isə vərəsələrin ölkə xaricində yaşadıqlarından vaxtında miras əmlakdan imtina üçün müraciət edə bilməmələri olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mərhum atası X12 birinci növbə vərəsəsidir. Həmçinin digər birinci növbə vərəsələr miras əmlakdan imtina etdiklərindən və onların aralarında mübahisə olmadığından iddia təmin edilməli və mərhum X7 miras qalmış əmlakın qəbul edilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilərək uzadılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixdə ölmüş X7 miras qalmış VAZ-21063 minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 1984-cü il buraxılışlı, ******* mühərrik nömrəli, E1081627 ban və mühərrik nömrəli nəqliyyat vasitəsindən ibarət mirasın qəbul edilməsi üçün İddiaçı tərəfindən buraxılmış müddət üzrlü hesab edilsin və İddiaçı mirası qəbul etməsi müddəti 3 (üç) ay uzadılsın. 3 (üç) aylıq müddət qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-197/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-197/2025
19.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver