Məhkəmə qərarları › İş №2(050)-206/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-206/2024

22.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-206/2024 22.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, 18 avqust 2005-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 18 avqust 2005-ci il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı 18 avqust 2005-ci il təvəllüdlü X1 rayonu, Boradigah qəsəbəsində doğulmuş və onunla birlikdə Masallı rayonu, Türkoba kəndində yaşayır. X4 dərin dərəcəli əgli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu (F73.1), nitqin təsir və anlamaq qabiliyyətinin pozulmaları (F80.1 və F80.2) müşahidə olunan psixi xəstəliyindən əziyyət çəkir və bu diaqnozla qeydiyyatdadır. Hərəkətlərini ölçüb-biçə bilmir, onların nə ilə nəticələnəcəyini dərk etmir, psixi qüsurları vardır. Birinci dərəcəli əlildir. Ona başqa bir şəxs tərəfindən qulluq edilməlidir. Odur ki, qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət edilmişdir. Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, qızı müddədtsiz İ dərəcəli əlildir. Bir sıra sənədləşmə işlərinin aparılması qızının vəziyyəti səbəbindən mümkün olmur. Ekspert tərəfindən də qızının fəaliyyət qabiliyyətinin olmaması barədə rəy verilmişdir. Sonda Ərizəçi ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, ərizənin təmin edilməsinə etiraz etmir. İş materiallarında olan: Doğum haqqında arayışdan görünür ki, Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş 18 avqust 2005-ci il təvəllüdlü X2 atası X6, anası Ərizəçidır. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, 18 avqust 2005-ci il təvəllüdlü X4 “F73 çox ağır əqli gerilik, dərin dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları, İQ-7” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2024-cü il tarixli, 167 saylı rəyindən görünür ki, 18 avqust 2005-ci il təvəllüdlü X3 “dərin əqli gerilik” müəyyən edilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dər etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. X3 əqli geriliyə səbəb olan patalogiya anadangəlmə olduğundan və erkən yaşlarından əqli gerilik əlamətləri özünü biruzə verdiyindən onu Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş yaş həddində fəaliyyət qabiliyyətli hesab edilməli olduğu dövrdən fəaliyyət qabiliyyətsiz olması müəyyən edilir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X2 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2024-cü il tarixli, 167 saylı rəyindən görünür ki, 18 avqust 2005-ci il təvəllüdlü X3 “dərin əqli gerilik” müəyyən edilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dər etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. X3 əqli geriliyə səbəb olan patalogiya anadangəlmə olduğundan və erkən yaşlarından əqli gerilik əlamətləri özünü biruzə verdiyindən onu Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş yaş həddində fəaliyyət qabiliyyətli hesab edilməli olduğu dövrdən fəaliyyət qabiliyyətsiz olması müəyyən edilir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 18 avqust 2005-ci il təvəllüdlü Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar