Məhkəmə qərarları › İş №2(050)-2069/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2069/2024

11.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2069/2024 11.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən hesablanmış 1443.22 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmkəndlisi X1 qaz sayğaclarına nəzarətçi işləmişdir. xx.xx.2023-cü il tarixində ona müraciət edərək, kürəkəninin yaşadığı evin qaz xəttinə birləşdirilməsi və sayğacla təmin edilməsinə ehtiyac olduğunu bildirmişdir. Həmçinin sayğacın ucuz başa gəlməsi ilə bağlı sayğacın onun adına sənədləşdirməsini istəmişdir. Amma buna baxmayaraq evin sahibi onlardır. Kamilə sayğac üçün 250 manat pul verilmişdir. Kamil sözügedən evə kiminsə istifadəsində olan sayğacı quraşdırmış və sayğacın üzərində 1443.22 qəpik borc oluşdur. Kamilə sayğacın üzərində borc olması barədə bildirdikdə, Kamil ona narahat olmamasını bildirilmişdir. Kamilə nə deyilmiş olsa da, məhəl qoymamış, boş ver demişdir. Lakin hazırda Kamil işdən azad olunmuşdur. Odur ki, məcbur olub həmin borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilmısini xahiş etmişdir. Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. iş materiallarında olan: Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı aktdan görünür ki, 2023-cü ilin iyun ayında Masallı rayon Kolatan kənd sakini İddiaçı yaşadığı fərdi yaşayış evinə abonent kodu **********410 olan “Elster” tipli, G-4T markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Abonentin saldosundan görünür ki, ona aid evə verilən təbii qazın sərfiyyatını qeydə almaq üçün xx.xx.2023-cü ildə sayğac quraşdırılmış, abonentin saldosunda onun sayğac göstəricisinə əsasən borcu 2023-cü ilin may ayında 1443.22 manat borc hesablanmışdır. Təbii qazın dəyərinin ödənilməsi barədə bildirişdən görünür ki, Abonent İddiaçı xx.xx.2024-cü il tarixdə 4.08 manat ödəniş etmiş, onun yekun borcu 1447.06 manat göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiy qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, abonentə aid evə verilən təbii qazın sərfiyyatını qeydə almaq üçün xx.xx.2023-cü ildə sayğac quraşdırılmış, abonentin saldosunda onun sayğac göstəricisinə əsasən borcu 2023-cü ilin may ayında 1443.22 manat borc hesablanmışdır. Halbuki, qeyd edildiyi kimi abonentə aid evə sayğac quraşdırılarkən, sayğacın üzərində 1443.22 manat məbləğində sərfiyyat olmuşdur. Cavabdeh borcun hansı əsasla hesablanması barədə məhkəməyə sübut təqdim etməmişdir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı aid abonentin saldosuna hesablanmış 1443.22 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı aid abonentin saldosuna hesablanmış 1443.22 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar