Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2076/2023 17.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, 04 dekabr 2003-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 04 dekabr 2003-cü il tarixdə doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı il tarixdə doğulmuşdur. Heç bir psixi qusuru və ya digər yolxucu xəstəlikləri yoxdur. xx.xx.2003-cü il təvəllüdlü X7 nəvəsidir. Əlinin atası Bəxtiyar xx.xx.2022-ci ildə ölmüş, anası isə onu atıb getmişdir. Hazırda uşaq onun himayəsindədir və Masallı rayonu, Təzə Alvadı kəndində onunla birlikdə yaşayır. Nəvəsi X1 spastik serebral iflic xəstəliyi, uşaq serebral iflici, ətrafların tetraplegiyası, hərəki funksiya və yerişin kəskin pozulması, serebral iflicyerişin pozulması, aktiv hərəkətlərin məhdudluluğu, psixi inkişafdan geri qalma, nitkin və intellektin enməsi ilə müşahidə olunan xəstəlikdən əziyyət çəkir. Nəvəsi dəfələrlə müalicə olunmasına baxmayaraq, onun səhhətində irəliləyiş olmamışdır. O, öz hərəkətlərini dərk etmir, öz hərəkətlərinin nə ilə nəticələnəyəcəyini başa düşmür. Onun anadan olandan psixi və fiziki qusurları vardır. Əmək qabiliyyətsizdir, ona başqa bir şəxs tərəfindən qulluq edilməlidir. Odur ki, serebral iflic xəstəliyindən əziyyət çəkən nəvəsinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, nəvəsi müddədtsiz İ dərəcəli əlildir. Bir sıra sənədləşmə işlərinin aparılması nəvəsinin vəziyyəti səbəbindən mümkün olmur. Sonda Ərizəçi ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi bildirdi ki, ərizənin təmin edilməsinə etiraz edir. Ekspertizanın rəyinə əsasən uşaq fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilməz. Sonda Nümayəndə ərizənin rədd edilməsini xahiş etdi. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 04 dekabr 2003-cü ildə doğulmuşdur. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, 04 dekabr 2003-cü il təvəllüdlü X7 “kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici, ətrafların tetraplegiyası, hərəki funksiya və yerişin kəskin pozulması” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 06 dekabr 2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2023-cü il tarixli, 2155 saylı rəyindən görünür ki, X4 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. X7 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malikdir. X4 yalnız kobud nevroloji əlamətlər qeyd olunduğundan və onda psixi pozuntu aşkar olunmadığından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas yoxdur. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X3 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 xx.xx.2023-cü il tarixli, 2155 saylı rəyindən görünür ki, X4 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. X7 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malikdir. X4 yalnız kobud nevroloji əlamətlər qeyd olunduğundan və onda psixi pozuntu aşkar olunmadığından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas yoxdur. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas olmadığına görə ərizə təmin edilməmilidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilməsin. Ərizəçi 04 dekabr 2003-cü il tarixdə doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-2076/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2076/2023
17.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver