Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2084/2023 29.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi, doğum akt qeydində düzəliş edilməsi, aliment, həmçinin dövlət rüsumu və mediasiya xərcinə görə ödənilmiş pulun cavabdehdən tutulması tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh 29 aprel 2022-ci il təvəllüdlü X4 atası olmasının müəyyən edilməsi, AZ-İV № 762919 nömrəli doğum haqqında şəhadətnamədə ata qrafasında düzəliş edilərək Cavabdeh yazılması, uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 220 manat, X4 üç yaşına çatanadək onun xeyrinə 200 manat məbləğində alimentin tutulması və mediasiya üçün ödənilmiş 50 manat və dövlət rüsumu kimi ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırmışdır ki, İddiaçı 2021-ci ilin aprel ayından Cavabdeh ilə el adəti ailə həyatı qurmuşdur. Aralarında rəsmi nikah olmamışdır. Dəfələrlə təkid etməyinə baxmayaraq, cavabdeh rəsmi nikaha girməkdən yayınmışdır. Birgə yaşadıqları dövrdə 29 aprel 2022-ci il təvəllüdlü X8 doğulmuşdur. X8 hazırda onunla birlikdə valideynlərinin evində yaşayır. Cavabdeh hazırda Şərur rayonu, Püsyan kəndində yaşayır. X2 azyaşlıdır, 1 yaşı var. Uşaq hazırda onun himayəsindədir, uşağın bütün təminatı və zəruri xərcləri ilə daima özü maraqlanır. Uşaq azyaşlı olduğu üçün işləyə bilmir. Valideynlərinin maddi dəstəyi ilə övladının saxlanılması xərcələrini qarşılayır, lakin bu kifayət qədər olmadığından çətinlik çəkir. Buna görə də uşağın qidalanması və zəruri xərclərinin ödənilməsi üçün alimentin təyin edilməsinə ehtiyacı vardır. Uşaq doğularkən Cavabdeh onları tərk edib getdiyindən, uşağa atalıq vermədiyindən o, uşağa doğum haqqında şəhadətnamə alarkən məcburiyyət qarşısında qalıb öz soyadını uşağın soyadı kimi qeyd etdirmişdir. Eyni zamanda onu da qeyd edir ki, uşağın doğulması barədə xəstəxana arayışında atanın adı və soyadı qeyd olunmadığından Masallı Rayon Qeydiyyat Şöbəsinin 18 avqust 2022-ci il tarixli doğum haqqında arayışında uşağın atası qrafasında X7 yazılmışdır. Lakin uşağın atasının soyadı Abdullayevdir. Bunun da nəticəsində həmin arayışa uyğun olaraq X2na 18 avqust 2022-ci il tarixli, AZ-İV № 762919 nömrəli doğum haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamədə ata qrafasında X7 göstərilmişdir. 09 mart 2023-cü il tarixində atalığın müəyyən edilməsi və alimentin təyin edilməsi barədə tələblə bağlı Cavabdeh təklif göndərmişdir. Lakin həmin təklifə qarşı tərəf Cavabdeh münasibət bildirməmişdir. Ona görə də 27 mart 2023-cü il tarixində ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediasiya təşkilatına müraciət etmişdir. 05 aprel 2023-cü il tarixinə təyin edilmiş mediasiya prosesinin iclasında qarşı tərəf Cavabdeh iştirak etməmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddia ərizənin məzmununa uyğun izahat verərərək bildirmişdir ki, cavabdehlə ailə həyatı qurmuşdur. Pandemiya dövrünə düşdüyündən toy etməmişlər. Onların rsmi nikahları olmamışdır. xx.xx.2022-ci ildən ayrılmışlar, cavabdeh uşağa atalıq verməmişdir. Bu səbəbdən uşağın doğum şəhadətnaməsi və digər sənədlərdə onun soyadı qeyd edilmişdir. Hazırda uşağın saxlanmasına maddi çətinlik çəkir. Övladı azyaşlı olduğundan işləyə bilmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X1 rayonunda anadan olmuşdur, X3, anası isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan tibbi müayinə aktlarından görünür ki, İddiaçı hamiləlik müşahidə edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməməsi ilə bağlı 50 manat pul ödəmişdir. Məhkəmə iddiaçı tərəfin nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi atalığın müəyyən edilməsi hissəsində təmin, alimentin tutulması hissəsində qismən təmin edilməlidir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 2021-ci ilin iyul ayında ailə həyatı qurmuşdur. Qeyri-rəsmi nikahlarından 29 aprel 2022-ci il təvəllüdlü X8 adlı bir uşaq doğulmuşdur. Tərəflərin nikahı rəsmi qeyd edilmədiyinə görə uşağın atalığı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikahda olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda isə onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2. və 46.3-cü maddələrinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda, uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Göründüyü kimi, ailə qanunvericiliyinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1. və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Qeyd olunan maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, iddiaçı uşağın atalığı üçün rəsmi müraciət etdiyindən və cavabdeh atalıq barədə ərizə vermədiyindən atalıq müəyyən olunmalıdır. İşin halları ilə uşağın atasının Cavabdeh olması öz təsdiqni tapmışdır. Belə ki, iddiaya dair heç bir etirazını bildirməmiş, bununla uşağın atası olmasına razılığını nümayiş etdirmişdir. Bundan başqa uşağı saxlamaq, qayğısına qalmaq, maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Uşağın qayğısına qalmaq üçün yalnız maddi ehtiyacların qarşılanması kifayət deyil, valideyn öz borcunu elə yerinə yetirməlidir ki, uşaq ata və ya ana qayğısını mənəvi və psixoloji baxımdan hiss etsin. Ona görə uşağın saxlanılmasında valideyn kimi o, da iştirak etməli və aliment ödəməlidir. Bununla belə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən məhkəmə cavabdehin də maddi və ailə vəziyyətini, diqqətə layiq olan digər halları, nəzərə alaraq, aylıq aliment məbləğinin 200 manat müəyyən edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə iddianın AZ-İV № 762919 nömrəli doğum haqqında şəhadətnamədə ata qrafasında düzəliş edilərək Cavabdeh yazılması hissəsinə münasibətdə qeyd edir ki, atalıq müəyyyən olunduğu üçün, həmin hissəni də ehtiva edir. Odur ki, həəmin hissəyə əlavə dəyərləndirmə aparmapa zərurət yoxdur. İş materiallarından görünür ki, iddiaçı 50 manat dövlət rüsüumu, 50 manat mediyasiya xərci ödəmişdir. Ona görə də həmin tələb üzrə iddia əsaslı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233, 238 və 253-cü maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. 29 aprel 2022-ci il təvəllüdlü X4 atasının Cavabdeh olması müəyyən edilsin. 29 aprel 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Alimentin tutulmasının başlanğıcı 18 may 2023-cü il tarixdən hesablansın. Aliment tələbinə dair hissədə qətnamə dərhal icra edilsin. Mediasiya xərcinə görə ödənilmiş 50 manat və dövlət rüsumuna görə ödənilmiş 50 manat, cəmi 100 manat pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2084/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2084/2023
29.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver