Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-209/2023 13.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, 10 aprel 1962-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10 aprel 1962-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, bacısı X6 ruhi-əsəb xəstəsi kimi qeydiyyatdadır. Ona neçə illərdir o, baxır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası rəy də vermişdir. Bu vaxta kimi Mübarəkənin qulluğunun tutur, onun gündəlik tələbatı ilə məşqul olur. Xəstə bacısının onun qəyyumluğuna verilməsi ilə bağlı İcra Hakimiyyətinə müraciət etsədə, məsələ müsbət həllinin tapmamış, şəxsin fəaliyyət qabiliyyəti olmaması məhkəmə qaydasında müəyyən olunması yazılı şəkildə bildirilmişdir. Bacısı fəaliyyət qabiliyyəti olmadığından onun müalicəsinin davam etdirilməsi, dövlət tərəfindən müəyyən edilmiş bir sıra güzəşt və müavinətləri almaqla yanaşı onun hər hansı bir sənədlərinin alınmasında, şəxsiyyət vəsiqəsinin, xarici pasport kimi digər sənədlərin düzəldilməsində çətinliklər çəkir. Bu da bacısının hüquqlarını həyata keçirməkdən məhrum olmasına səbəb olmuşdur. Odur ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini bildirməmişdir. Buna görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Masallı rayonu, Ərkivan kəndində doğulmuş xx.xx.1962-ci il təvəllüdlü X1 atası X4, anası X7r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Masallı rayonu, Ərkivan kəndində doğulmuş xx xxxxxx 1982-ci il təvəllüdlü Ərizəçi atası X8, anası X7r. xx.xx.2023-cü il tarixli nikah haqqında arayışdan görünür ki, X9 və X5 arasında 25 may 1983-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə (arvada) Həsənov (a) soyadı verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2022-ci il tarixli, ********** nömrəli arayışdan görünür ki, X6 ümumi xəstəlik səbəbindən İ dərəcəli əlil kimi sosial müavinət alır. Masallı RİH başçısı aparatının xx.xx.2022-ci il tarixli, M-06-214 nömrəli məktubundan görünür ki, X2 fəaliyyət qabiliyyəti olmaması barədə məhkəmə qətnaməsindən sonra qəyyum təyin edilə biləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 xx.xx.2023-cü il tarixli, 564 saylı rəyindən görünür ki, 10 aprel 1962-ci il təvəllüdlü X3 “Şizofreniya. Psixi qüsur halı” xroniki psixi xəstəlik müəyyən edilir. X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarına malik deyil, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X1 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 564 saylı rəyində qeyd olunmuşdur ki, 10 aprel 1962-ci il təvəllüdlü X3 “Şizofreniya. Psixi qüsur halı” xroniki psixi xəstəlik müəyyən edilir. X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarına malik deyil, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10 aprel 1962-ci il təvəllüdlü Masallı rayonu, Ərkivan kəndində doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-209/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-209/2023
13.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver