Məhkəmə qərarları › İş №2(050)-2104/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2104/2025

30.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2104/2025 30.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında yazılmış borcun silinməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarizli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 6480 kub metr borcun silinməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən borcla bağlı abonent saldosunu iş materiallarına əlavə etsə də, həmin saldonun “qalıq və aktlar” yazılmış xanasında hər hansı borcun yazıldığı müəyyən edilmir. Eyni zamanda məhkəmə qeyd edir ki, akt hər hansı hüquqi nəticə yaradan sənəd hesab edilmədiyindən, yalnız akt əsasında hesablanmış borc abonent üçün nəticə yaratdığından iddiaçı “aktın etibarsız hesab edilməsi” tələbini iddia ərizəsinin “xahiş etdim” hissəsində göstərməməli, yalnız akt əsasında yazılmış borcun silinməsi tələbini qeyd etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.5-ci maddəsinə əsasən ərizəyə sənədlərin siyahısı əlavə edilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. İddiaçı izah edilmədir ki, ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263,264 və 279-cu maddələrinə əsasən, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında yazılmış borcun silinməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar