Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2116/2023 04.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X8 (sədrlik edən), məhkəmə iclasının katibi X6, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi Nümayəndə3 iştirakları ilə. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1997-ci ildən 2001-ci ilin dekabr ayının sonuna kimi “Masallı Kəndkimya” ATSC-də işləməyi ilə bağlı işə girmə, işdən çıxma və əmək haqqı əmrlərində, həmçinin xx.xx.1998-ci il tarixli RK 304 saylı şəhadətnamədə göstərilən yanlışlıqların aradan qaldırılaraq faktın müəyyən edilməsi və hüquq müəyyənedici sənədlərin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Masallı rayonu Yelağac kəndində yaşayır. O, uzun müddət sabiq “Masallı Kəndkimya” ATSC-də sürücü işləmiş, işlədiyi müddətə aid sənədlər tərtib edilmişdir. Hazırda pensiyaya çıxmağı ilə bağlı işlədiyi illərə görə sənədləri toplanılıb pensiya idarəsinə vermişdir. Həmin idarə imtina etdiyi üçün inzibati məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesi zaman müəyyən edilib ki, işlədiyi vaxtlarda əmr kitablarında onun soyadı səhvən Fətullayev kimi yazılmışdır. Bununla bağlı ona verilmiş arayışda da xx.xx.1997-ci ildən 2001-ci ilin dekabr ayının sonuna kimi “Masallı Kəndkimya” ATSC-də sürücü işlədiyi, lakin əmr kitablarında soyadının Fətullayev kimi yazıldığı göstərilmişdir. Ona dövlət tərəfindən verilən şəxsiyyət vəsiqəsində, sürücülük vəsiqəsində, doğum haqqında şəhadətnamədə soyadı Fətəliyev kimi qeyd edilmişdir. Hazırda işləməyi ilə bağlı soyadında səhv olduğundan pensiya almaq üçün sənədlərini düzəldə bilmir. Həmin işlədiyi idarə isə hazırda ləğv edilmişdir. Soyadında uyğunsuzluq olduğundan dövlət idarəsində hüquqlarını həyata keçirməkdən məhrum olmuşdur. Odur ki, hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinin pensiya təyin edilməsi məqsədilə lazım olduğundan ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ərizəçi ilə bağlı müvafiq orqanlara sorğular verilmişdir. Lakin ərizəçinin adına ərizədə qeyd edilən təşkilatda işləməsinə dair sənədləri tapılmamışdır, ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 1996-cı ildən 2004-cü ilə qədər Masallı Kəndkimya birliyində işləmişdir. 1997-ci ildən 2001-ci ilə qədər Ərizəçi Masallı Kəndkimya birliyində sürücü işləmişdir. Həmçinin, o özüdə Masallı Kəndkimya birliyində sürücü işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Səyədulla oğlu ifadəsində bildirdi ki, o, Masallı Kəndkimya ATSC-də 1997-ci ildən xx.xx.2005-ci ilə qədər işləmişdir. Ərizəçi Masallı Kəndkimya ATSC-də 1997-ci ildən 2001-ci ilə kimi sürücü işləmişdir. Həmçinin, o özüdə Masallı Kəndkimya birliyində sürücü işləmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sübutları tədqiq etməklə, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə Masallı rayonu, Yelağac kəndində doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxxxx 1954-cü ildə Masallı rayonu Yelağac kəndində anadan olmuşdur. X1, anası X5r. İş materiallarında olan hərbi biletdən görünür ki, Ərizəçi 1973-1975-ci illərdə hərbi xidmətdə olmuş, 3 dərəcəli sürücü ixtisaslı olmuşdur. İş materiallarında olan orta təhsil haqqında attestatdan görünür ki, Ərizəçi 1984-cü ildə orta məktəbi bitirmişdir. İş materiallarında olan Şahid1 məxsus əmək kitabçasından görünür ki, Şahid1 xx.xx.1996-xx.xx.2004-cü illər ərzində “Masallı Kəndkimya” ATSC-də sürücü işləmişdir. İş materiallarında olan Şahid2 Səyədulla oğluna məxsus əmək kitabçasından görünür ki, Şahid2 Səyədulla oğlu xx.xx.1997-xx.xx.2005-ci illər ərzində “Masallı Kəndkimya” ATSC-də sürücü işləmişdir. İş materiallarında olan “Masallı Kənd-Kimya” ATSC-nin 14 dekabr 2001-ci il tarixli, 1 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixdə imzaladığı Özəlləşdirmənin həyata keçirilməsi tədbirləri haqqında Nazirlər kabinetinin qərarı ilə Respublika Əmlak Komitəsinin 05 iyul 1998-ci il tarixdə RK 304 nömrəli şəhadətnamə ilə QAZ-52 60-46 nömrəli nəqliyyat vasitəsinin sürücüsü Fətullayev Nurbalaya özəlləşdirilməsi ilə əlaqədar qərar qəbul edilmişdir. İş materiallarında olan “Masallı Kənd-Kimya” ATSC-nin xx.xx.2019-cu il tarixli, 01 nömrəli arayışından görünür ki, X3 həqiqətən xx.xx.1997-ci il tarixdən 2001-ci ilin dekabr ayına kimi sürücü işləmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin «02» iyul 2021-ci il tarixli 2(050)- 2051/2021 saylı qətnaməsindən görünür ki, Sabiq “Savxozlararası Tikinti Sahəsi” tərəfindən Ərizəçi Ağabala oğlunun işdən azad olunmasına dair verilmiş xx.xx.1977-ci il tarixli, 119/2 saylı əmrin Ərizəçi məxsus olması faktı müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən Masallı Rayon Məhkəməsinə ünvanlanmış etirazdan görünür ki, icraatda iddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Döviət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “sənədin şəxsə məxsusluğu faktının müəyyən edilməsi" tələbinə dair 2(050)-2116/2023 nömrəli mülki iş vardır. 2(050)- 2116/2023 nömrəli iş üzrə ərizə əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim etmişlər. Etirazda qeyd edilir ki, xx.xx.1954-cü il təvəllüdlü N.X13 rayon şöbəsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Masallı rayon şöbəsinin 26 avqust 2019-cu il tarixli **********9 nömrəli məktubu ilə iddiaçı Ərizəçi müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsasını iddiaçı Ərizəçi sosial sığorta stajının 21 il 07 ay 20 gün olması təşkil edir. Daha sonra Ərizəçi məhkəməyə müraciət edərək 01,03.1997-ci il tarixdən 2001-ci ilin dekabrınadək olan dövr üzrə “Masallı Kəndkimya” ATSC-də işləməsi ilə bağlı işə daxilolma, işdən azad edilmə əmrlərində, əmək haqqı cədvəllərində, xx.xx.1998-ci il tarixli RK 304 saylı şəhadətnamədə göstərilən yalnışlıqların aradan qaldırılaraq şəxsin eyni şəxs olması faktının müəyyən edilməsi və hüquq müəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi müvafiq müəssisədə qeyd edilən tarixlərdə işləməsinə dair sənədlərin ona məxsusluğunu təsdiq edəcək azı 2 nəfər şahidi təqdim edə bilmədiyindən müvafiq sənədlərin məhkəmə qərarı ilə ona məxsusluğunun müəyyən edilməsi mümkün deyildir. Göründüyü kimi, ərizəçinin xx.xx.1997-ci il tarixdən 2001-ci ilin dekabrınadək olan dövr üzrə “Masallı Kəndkimya” ATSC-də işləməsinə dair sənədlərin ona məxsusluğunun təsdiq edilməsi yalnız Ərizəçilə eyni illərdə isləmis və əmək kitabçası olan iki və daha çox şahidlərin iştirakı ilə mümkündür. İcraatda olan 2(050)-2116/2023 nömrəli mülki iş üzrə Ərizəçi “sənədin şəxsə məxsusluğu faktının müəyyən edilməsi” dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda göstərilənlərə, maraqlı şəxsin ərizəyə etirazına qiymət verərək ərizəçinin izahatına, şahidlərin ifadələrinə və işin digər hallarına əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Ərizəçi qeyd olunan faktları təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Tələb əsaslı və qanuni olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. “Masallı Kəndkimya” ATSC tərəfindən Səhmdar Cəmiyyətinin sabiq sürücüsü X2 xx.xx.1997-ci ildən 2001-ci ilin dekabr ayına kimi sürücü işləməsi barədə arayışın, X16 ATSC üzrə 14 dekabr 2001-ci il tarixli 1 saylı əmrin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2116/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2116/2023
04.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver