Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2148/2025 01.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə. Ərizəçi maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il tarixdə Rusiya Federasiyası, Nijniy Novqorod şəhərində anadan omuş, hazırda Masallı rayonunun, Tatyanoba kəndində qeydiyyatda olan və yaşayan X1 fəaliyyət qabiliyyətinin olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı xx.xx.2004-cü ildə anadan olmuş X4 onunla birlikdə yaşayır. O, X8 gerilik xəstəliyindən əzab çəkir. Əmək qabiliyyəti yoxdur. Ona dövlət tərəfindən müvafiq müavinət verilir. Masallı Rayon İcra Hakimiyyətinin Başçısının qərarı ilə o, Qızgül Abdulbağıyevaya köməkçi təyin olunmuşdur. Buna baxmayaraq, müvafiq hüquqi hərəkətlərin aparılmasında, yəni banklarda, digər idarə və təşkilat, müəssisələrdə Qızgül Abdulbağıyevanın hüquqlarını həyata keçirə bilmir. Bununla bağlı müraciət etdikdə, ona bildirdilər ki, bununla bağlı məhkəməyə müracit et. O da hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, ekspert tərəfindən də qızının fəaliyyət qabiliyyətinin olmaması barədə rəy verilmişdir. Ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyasının nümayəndəsi Nümayəndə bildirdi ki, ekspert rəyindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas var. Ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan: doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X1 atası X3, anası Ərizəçidır. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 23 may 2025-ci il tarixli elektron çıxarışdan görünür ki, 3.09.2004-cü il təvəllüdlü X2 F72, X8 gerilik, İQ-25. Z74.1 Özünə xidmət zamanı köməyə ehtiyac. Öz həyatı vacib funksiyalarını icra edə bilmədiyinə görə kənar şəxsin köməyinə ehtiyacı var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 04 avqust 2025-ci il tarixli, 3594 saylı rəyindən görünür ki, X2 X8 Gerilik (F72) qeyd olunur. Bunu mülki iş materiallarına əsasən psixofiziki inkişafda geri qalması, əqli gerilikdən əziyyət çəkməsi, özünü idarə edə bilməməsi. TSEK-in elektron arayışına əsasən “X8 gerilik” diaqnozu ilə İ dərəcəli əlilliyi və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlir ki, X4 onda qeyd olunan “X8 gerilik” nəticəsində öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Təqdim olunmuş tibbi sənədlərə əsasən X2 X8 gerilik qeyd olunur. X4 onda qeyd olunan “X8 gerilik" nəticəsində öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X2 əqli geriliyə səbəb olan patologiya anadangəlmə olduğundan və erkən yaşlarından əqli gerilik əlamətləri özünü biruzə verdiyindən onu Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş yaş həddində fəaliyyət qabiliyyətli hesab edilməli olduğu dövrdən fəaliyyət qabiliyyətsiz olması müəyyən edilir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X1 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 04 avqust 2025-ci il tarixli, 3594 saylı rəyindən görünür ki, X2 X8 Gerilik (F72) qeyd olunur. Bunu mülki iş materiallarına əsasən psixofiziki inkişafda geri qalması, əqli gerilikdən əziyyət çəkməsi, özünü idarə edə bilməməsi. TSEK-in elektron arayışına əsasən “X8 gerilik” diaqnozu ilə İ dərəcəli əlilliyi və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlir ki, X4 onda qeyd olunan “X8 gerilik” nəticəsində öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Təqdim olunmuş tibbi sənədlərə əsasən X2 X8 gerilik qeyd olunur. X4 onda qeyd olunan “X8 gerilik" nəticəsində öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X2 əqli geriliyə səbəb olan patologiya anadangəlmə olduğundan və erkən yaşlarından əqli gerilik əlamətləri özünü biruzə verdiyindən onu Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş yaş həddində fəaliyyət qabiliyyətli hesab edilməli olduğu dövrdən fəaliyyət qabiliyyətsiz olması müəyyən edilir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 23 sentyabr 2004-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2148/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2148/2025
01.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver