Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2157/2023 03.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək JN-0022, KOD 80519048 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, onlara kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə JN-0022 saylı akt üzrə 1,58 hektar torpaq sahəsi verilmişdir. Həmin aktda onun adı Ərizəçi əvəzinə X1 yazılmışdır. Yol verilmiş bu səhv isə onun və ailəsinin mülkiyyət hüquqlarını pozur. Bununla bağlı müvafiq dövlət orqanına müraciət etsə də, məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə olunmuş; Torpağa mülkiyyət hüququna dair JN-0022 saylı, KOD 80519048 nömrəli dövlət aktından görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 nömrəli qərarına əsasən X10, X4, X5, X9, X2, X8 və X3 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,58 hektar torpaq sahəsi verilmişdir. Masallı Rayon İcra Hakimiyyəti başçısının Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli, 1005 saylı arayışdan görünür ki, JN-0022 saylı, KOD 80519048 olan dövlət aktında yazılan X6 ilə Ərizəçi eyni şəxsdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 20 oktyabr 2021-ci il tarixli, **********43 saylı məktubdan görünür ki, torpağa mülkiyyət hüququna dair JN-0022 saylı dövlət aktında düzəliş edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1996-cı ildə anadan olmuşdur. Məhkəmə ərizəçini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı ərizəçi tərəfindən təqdim edilmiş sənədlərə əsasən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 nömrəli qərarına əsasən X10, X4, X5, X9, X2, X8 və X3 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1,58 hektar torpaq sahəsi verilmişdir. Lakin, JN-0022 saylı, KOD 80519048 olan dövlət aktında yanlış olaraq ərizəçinin soyadı Əkbərova kimi qeyd olunmuş, bu da hüquqmüəyyənedici sənədlərdə uyğunsuzluq yaratmışdır. Həmin uyğunsuzluğun başqa qaydada bərpa edilməsi isə mümkün olmadığından ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər içtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməklə, Masallı rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 nömrəli qərarına əsasən X10, X4, X5, X9, X2, X8 və X3 mülkiyyətinə 1.58 hektar torpaq sahəsinin verilməsinə dair JN-0022 saylı, KOD 80519048 nömrəli dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Masallı rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 nömrəli qərarına əsasən X10, X4, X5, X9, X2, X8 və X3 mülkiyyətinə 1.58 hektar torpaq sahəsinin verilməsinə dair JN-0022 saylı, KOD 80519048 nömrəli dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-2157/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2157/2023
03.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver