Məhkəmə qərarları › İş №2(050)-2170/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2170/2024

03.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2170/2024 03.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC), "xxxx" ASC-nin X3, X4 Təchizatı və Satışı İdarəsi X1rşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçının Masallı rayonu, Türkoba kəndində yaşayış evi var, həmin ev elektrik enerjisi ilə təmin edilmiş, qaydalara və qanunlara uyğun olaraq sayğacın sərf etdiyi aylıq elektrik enerjisinin pulunu da tam ödəmişdir. Bu vaxta kimi heç vaxt sayğaca müdaxilə edilməmiş, əlavə xətdən istifadə etməmişdir. Lakin işıq idarəsinin işçiləri xx.xx.2022-ci ildə gələrək əsassız yerə akt tərtib etmişlər və ona 318.37 manat əlavə elektrik enerjisindən istifadə etməsini bəhanə edərək, əlavə xərc hesablamışlar. Bu barədə onun iştirakı olmadan NDM № 030204 saylı akt tərtib edilsə də, ona verilməmiş, qeyd edilən aktı almaq üçün "xxxx" ASC-yə müraciət etsə də, həmin aktı ona verməmişlər. Bundan sonra xx.xx.2024-cü ildə evinə gələn elektrik sayğacını dəyişərək yeni nəsil plastik kart sistemli sayğac quraşdırmış, lakin elektrik enerjisi yükləmək üçün plastik kartı ona versələr də, həmin kart sisteminə borc hesablamışlar. İşıq idarəsinin işçiləri kartda olan borcu sistemdən müvəqqəti saxlamalarını istəyən zaman, onun NDM № 030204 saylı akt üzrə 318.37 manat borcu olduğunu demiş, həmin borcu hər dəfə işıq pulu yükləyəndə ondan tutmuşlar. Qeyd edir ki, o, İ qrup əlildir və sağlamlıq imkanı məhdud olduğundan gündəlik elektrik enerjisi evin tələbatlarını və onun rahat yaşamasını təmin edir. Bundan əvvəl "xxxx" ASC xx.xx.2022-ci il tarixli aktla ona əlavə sərfiyyat hesablamış, həmin aktı məhkəmə qaydasında mübahisələndirmiş və məhkəmə qətnaməsi ilə əvvəlki akt ləğv edilmişdir. Akt ləğv edildikdən 1 il sonra yenidən əsassız yerə barəsində akt tərtib edilmiş, ona əlavə sərfiyyat üzrə 318 manat pul yazılmışdır. Məlumat üçün bildirir ki, işıq idarəsi plastik kartı verdikdən sonra həmin kartın hesabına borc limiti əlavə edir, vətəndaş karta işıq pulu yükləyən zaman yüklədiyi məbləğin yarısı avtomatik olaraq borcdan silinir və abonentin kartına yüklədiyi məbləğin yarısı hissəsində elektirik pulu yükləyə bilir. Məsələn , əgər karta 10 manat işıq pulu yüklənirsə, onun 5 manatın borca tutulur, digər məbləği isə işıq pulu kimi karta yüklənir. İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə, "xxxx" ASC-nin X3, X4 Təchizatı və Satışı İdarəsi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 030204 saylı aktın etibarsız hesab edilməsi və əsassız olaraq hesablamnış 318.37 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, əvvəllər evinin elektrik enerji ilə təchiz edən sayğaca baxış keçirilmiş və borcun olması barədə akt tərtib edilmişdir. Bununla bağlı o, məhkəməyə müraciət etmişdir. İş məhkəmənin icraatında olan zaman, həmçinin həyətdə olan elektrik sayğacı dəyişdirilmədən, "xxxx" ASC-nin əməkdaşları tərəfindən yenidən sayğaca baxış keçirilmiş, guya pozuntu aşkar olunması əsas gətirilərək akt tərtib edilmişdir. Hesab edir ki, həmin akt qanunsuz və əsassızdır. Bir sayğaca görə vətəndaş barəsində iki dəfə akt tərtib oluna bilməz. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək, aktın doğru olduğunu, borcun düzgün hesablandığını, idarənin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilmədiyini, həmçinin bu barədə videoçəkiliş aparıldığını bildirmişdir. Abonent saldosundan da göürünür ki, sərfiyyat uzun müddət 0 kimi göstərilmiş, lakin akt yazıldıqdan sonra sərfiyyat hesablanmağa başlanmışdır. İddiaçı aktın etibarsızlığına dair sübut təqdim edə bilməmişdir. Odur ki, iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 21 noyabr 2022-ci il tarixli, NDM № 030204 saylı aktın surətindən görünür ki, elektrik sayğacına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, fərdi yaşayış evinin elektrik sayğacının alt qapaq möhürü yerində yoxdur. Sayğacın giriş və çıxış fazaları eyni yuvaya bərkidilmişdir. Sayğac dövrədən kənarlaşdırılmışdır. Akt tərtib edilərkən İddiaçı nümayəndəsinin iştirakı təmin olunmuş, lakin nümayəndə akta imza etməkdən imtina etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş CD diskinə baxış keçirilmiş və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin satışa nəzarət mütəxəssislərinin apardığı çəkilişdən görünür ki, Masallı rayon inzibati ərazisində yerləşən İddiaçı fərdi yaşayış evini təchiz edən zavod nömrəsi 77058770 olan sayğaca baxış keçirilən zaman, iddiaçının nümayəndəsinin sayğaca müdaxilə etməsi, eyni zamanda sayğacın alt qapaq möhürünün yerində olmaması müəyyən edilmişdir. Tətbiq edilən hüquq: "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.11-ci bəndinə əsаsən Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.17-ci maddəsinin tələblərinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 9.20.-ci bəndinə görə İstehlakçı aşağıda göstərilən səbəblərlə əlaqədar dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır: -9.20.1. fors-major hadisə ilə əlaqədar; -9.20.2. kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik veriliş xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və ya kabel elektrik veriliş xətlərinin mexaniki zədələnməsi və s.) nəticəsində baş vermiş qəzalarla əlaqədar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. İşin faktiki hallarına əsasən, 21 noyabr 2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti X2 əməkdaşları fərdi yaşayış evini elektrik enerjisi ilə təchiz edən elektrik xəttinə və sayğaca baxış keçirmişlər. 21 noyabr 2022-ci il tarixli, NDM № 030204 saylı aktla abonentin sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi əsası ilə akt tərtib olunmuş və bu barədə videoçəkiliş aparılmışdır. Məhkəmə göstərilən qaydaların bəndləri üzrə müqayisəli təhlil apararaq qeyd edir ki, göstərilən maddi hüquq normalara və Qaydalara əsasən İddiaçı iddiasının əsasları sübuta yetmir, əksinə onun cavabdeh tərəfə təqsirli və qanunazidd hərəkətləri ilə ziyan vurması müəyyən olunur. Belə ki, cavabdeh tərəfindən mötəbər sübut kimi təqdim edilmiş CD diskinə baxış keçirilmiş və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin satışa nəzarət mütəxəssislərinin apardığı gecə yoxlaması zamanı Masallı rayon Türkoba kəndində İddiaçı fərdi yaşatış evini təchiz edən sayğaca baxış keçirilən zaman iddiaçının nümayəndəsinin sayğaca müdaxilə etməsi, eyni zamanda sayğacın alt qapaq möhürünün yerində olmaması müəyyən edilmişdir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, iddia ərizəsində göstərilən əsaslar sübuta yetmir, ona görə də iddia əsassız hesab olunmalıdır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmamalı, mübahisəli akt qanuni hesab olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC), "xxxx" ASC-nin X3, X4 Təchizatı və Satışı İdarəsi X1rşı qarşı 21 noyabr 2022-ci il tarixli, NDM № 030204 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 318.37 manat borcun silinməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar