Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2176/2024 16.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı (digər iş üzrə cavabdeh) İddiaçı1 və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh (digər iş üzrə iddiaçı) İddiaçı2 iştirakları ilə, İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair, Həmçinin, İddiaçı2 cavabdeh Masallı regional Cavabdeh2ndə notariat ofisinə qarşı (üçüncü şəxs kimi İddiaçı1 qeyd edilmiş) “vəsiyyətnamənin etibarsız hesab edilməsi və mirasın bölünməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Miras qoyan X17 miras qalmış Masallı rayonu Hişkədərə kəndində iki mərtəbəli ev və onun altında yerləşən mağaza, Mersedes Benz E 280 markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil, Masallı rayonu Hişkədərə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 21 saylı qərarı ilə alınmış 250 kv.m torpaq sahəsi, JN 102A saylı şəhadətnamə ilə verilmiş 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 30.5 kv.m ev və 15 kv.m başqa tikililər, 28.03 2023-cü il tarixdə qeydiyyata alınmış 0.05 ha torpaq sahəsi, JN-218 saylı torpağın qeydiyyata alınmasına dair Dövlət aktı ilə verilmiş 0.49 ha torpaq sahəsində ona düşən pay vərəsələr İddiaçı1 münasibətdə vəsiyyətnaməyə əsasən, digər vərəsələr arasında qanuna əsasən bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: Miras qoyan X35 və İddiaçı1 25 yanvar 2019-cu ildə rəsmi nikaha daxil olub evlənmişlər. Həmin nikahdan onların uşaqları olmamışdır. Sənan Bədəlovun əvvəlki nikahdan İddiaçı2, X30, X14, X18, X24 adlı beş övladı olmuşdur. Həmin vərəsələrdən X30 ölmüşdür. X35 15 may 2023-cü ildə öldükdən sonra miras əmlakı arvadı İddiaçı1 və onun əvvəlki nikahdan olan övladları İddiaçı2, X14, X18, X24 və X28 faktiki olaraq qəbul edib idarə etmişlər. Miras əmlakın idarə olunmasında faktiki iştirak etmişlər və bunu şəksiz nümayiş etdirmişlər. X35 27 sentyabr 2012-ci ildə Masallı rayon 2 saylı notariat idarəsində vəsiyyətnamə yazıb qoyaraq bildirmişdir ki, Masallı rayonu Hişkədərə kəndində yerləşən mağazamı və iki mərtəbəli evimi, bütün əmlaklarımı Masallı rayonu Hişkədərə kəndində yaşayan İddiaçı1 vəsiyyət edirəm. İddiaçı1 miras əmlakın qəbulu barədə notariat kontoruna ərizə vermişdir. O, daşınmaz əmlakda öz payını vəsiyyətnaməyə uyğun bölüşdürülməsini istəyir. Miras qoyan X17 Masallı rayonu Hişkədərə kəndində iki mərtəbəli ev və onun altında yerləşən mağaza, Mersedes Benz E 280 markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil, Masallı rayonu Hişkədərə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 21 saylı qərarı ilə alınmış 250 kv.m torpaq sahəsi, JN 102A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 30.5 kv.m ev və 15 kv.m başqa tikililər, 28.03 2023-cü il tarixdə qeydiyyata alınmış 0.05 ha torpaq sahəsi, JN-218 saylı torpağın qeydiyyata alınmasına dair Dövlət aktı ilə verilmiş 0.49 ha torpaq sahəsi miras qalmışdır. Mersedes Benz markalı avtomobil, 0.05 ha torpaq sahəsi birgə yaşayış dövründə alınmışdır, iki mərtəbəli yaşayış evi və mağaza birgə yaşayış dövründə tikilmişdir. İddiaçı2 cavabdeh Masallı regional Cavabdeh2ndə notariat ofisinə qarşı (üçüncü şəxs İddiaçı1) “vəsiyyətnamənin etibarsız hesab edilməsi və mirasın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon Notariat ofisində X35 tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, miras paylarının tərəflər arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının dəlilləri: xx.xx.1985-ci ildə Masallı rayonu Hişkədərə kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. X3 2016-cı il tarixdə vəfat etmişdir. X11 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Anası vəfat edənə kimi atası ilə nikahda olmuşdur. Anası vəfat etdikdən sonra atası ikinci arvad kimi 2019-cu il tarixdə İddiaçı1 ilə nikaha daxil olmuşdur. Atası vəfat etdikdən sonra İddiaçı1 evi tərk etmiş və sonradan onları miras əmlakın qəbulu barədə məhkəməyə vermişdir. Atasının vəfatından sonra o, mirasla əlaqdar notariusa müraciət etmək istədikdə İddiaçı1 atası tərəfindən ona verilmiş onun və bacılarının heç birinin xəbəri olmadan vəsiyyətnamənin surətini ona vermişdir. Sonradan ona bildirmişdir ki, mərhum atasından qalmış nə varsa hamısı onundur. Vəsiyyətnamə xx.xx.2012-ci il tarixdə guya notariat orqanında verilmişdir. Atası vəsiyyətnamə əsasında adında olan bütün əmlakları və həmçinin mağaza və iki mərtəbəli evi İddiaçı1 vəsiyyət etmişdir. Hesab edir ki, vəsiyyətnamə etibarsız hesab edilməlidir. Səbəb olaraq onu bildirir ki, valideyinləri arasında münasibət normal olmuşdur. Ən pis halda atası ilə anasının münasibətləri pis olsaydı belə atası vəsiyyətnaməni uşaqlarından birinin adına yazardı. Vəsiyyətnamədə olan xətt atasının xətti deyil, vəsiyyətnamə atasının iradə ifadəsini əks etdirmir. Əgər atası o, vəsiyyətnaməni yazsa belə təhdid və təzyiq altında yazmışdır. Atası ağır dərəcəli ankoloji xəstə olmuş, ağrıkəsici dərmanların təsirində olmuşdur. Həmçinin, atası vəsiyyətnaməni yazarkən mərhum anası ilə nikahda olmuşlar, onların hər birinin adına olan əmlaklar birgə nikah dövründə və birgə qazancla alınmış əmlaklardır. Həmçinin, atasının adına payıbəlli torpaq sahəsi, həyətyanı torpaq sahəsi, avtomobil və qeyri yaşayış torpaq sahəsi olan sənədlər vardır. İstər həyətyanı istərsədə, payıbəlli torpaq sahəsində olan sənədlərdə atası və onun ailə üzvlərinin adları mövcuddur. Avtomobillə, qeyri-yaşayış obyektini isə atası mərhum anası ilə nikahda olarkən almışlar. Axı necə ola bilər ki, atası anası ilə birgə nikahda olarkən birgə qazancla əldə etdiyi anasının payını da başqa birisinə vəsiyyət etsin. Həmçinin xx.xx.2023-cü il tarixli **********00 reyestr nömrəli çıxarışa əsasən atasının adına Masallı rayon Hişkədərə kəndində 0.05 hektar yaşayış məntəqələri torpağı verilmişdir. Həmin torpaq sahəsi valideyinləri sağ olarkən yəni 2005-ci ildə mərhum atasına verilmiş və valideyinlərinin istifadəsində olmuş və həmçinin həmin ərazidə olan tikinti işləri anası ilə birgə nikahda olarkən aparılmışdır. Sadəcə olaraq atası ona 2023-cü ildə çıxarış almışdır. Hesab edir ki, vəsiyyətnamə etibarsız hesab edilməli, mərhum atasından miras qalmış əmlaklar vərəsələr arasında bərabər bölünməlidir. Məhkəmənin xx.xx.2024-ci il tarixli qərardadı ilə İddiaçı1 cavabdeh İddiaçı2 qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair, həmçinin İddiaçı2 cavabdeh Masallı regional Cavabdeh2ndə notariat ofisinə qarşı (üçüncü şəxs İddiaçı1) “vəsiyyətnamənin etibarsız hesab edilməsi və mirasın bölünməsi” tələbinə dair iddia ərizələri bir icraatda birləşdirilərək bir icraatda baxılması qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin 2(050)-2634/2024 saylı 20 avqust 2024-cü il tarixli qərardadı ilə İddiaçı2 cavabdeh Masallı regional Cavabdeh2ndə notariat ofisinə qarşı (üçüncü şəxs İddiaçı1) “vəsiyyətnamənin etibarsız hesab edilməsi və mirasın bölünməsi”nə dair iddia ərizəsinə həmin icraatda baxılmasına xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı (digər iş üzrə cavabdeh) İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mərhum Sənan Bədəlovla faktiki olaraq 2009-cu ildə ailə qurmuşdur. Onunla birlikdə Sənanın hələ 2023-cü ildə bələdiyyədən aldığı torpaq sahəsi və həmin torpaq sahəsində qazanc kimi tikili olmuşdur. Sənan onunla ailə quranda, özünün ailəsi ilə qaldığı və hazırda İddiaçı2 ailəsi ilə birlikdə yaşadığı evdən narazılıqları olduğu üçün çıxmışdır, şəraitsiz olan sözügedən torpaq sahəsində olan tikilidə yaşamışdır. 2010-cu ildə onun yaşadığı Lənkəran rayonunun Port qəsəbəsində toyu olmuşdur. Lakin toy olduqdan sonra həmin tikilinin ev halına gəlməsi üçün Sənanla köməkləşib, toyonun pulu ilə hissə-hissə həmin tikilini evə çevirmişlər. Daha sonra o evə köçmüşdür. 2012-ci ildə isə həmin tikili tam olaraq 2 mərtəbəli evə dönüşmüş və onun altında da mağaza düzəltmişlər. Sonradan Sənan vəsiyyətnamə ilə əmlaklarını ona vəsiyyət etmişdir. Sənan vəsiyyətnaməni qanuni şəkildə, öz iradəsi ilə vermişdir. Ona heç bir təsir edilməmişdir. Rəsmi nikahları isə 2019-cu ildə olmuşdur. Sənan vəfat etdikdən sonra Turalla münasibətləri korlanmış, sonuncu onu həmin evdən qovmuş və Sənana məxsus onunla birgə nikah dövründə əldə etdikləri avtomobili Tural apararaq ona qaytarmamışdır. Bundan başqa Sənan Bədəlovdan başqa miras əmlakları da qalmışdır. Hesab edir ki, həmin əmlaklardan da ona pay çatmalıdır. Odur ki, X17 miras qalmış Masallı rayonu Hişkədərə kəndində iki mərtəbəli ev və onun altında yerləşən mağaza, Mersedes Benz E280 markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil, Masallı rayonu Hişkədərə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 21 saylı qərarı ilə alınmış 250 kv.m torpaq sahəsi, JN 102A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 30.5 kv.m ev və 15 kv.m başqa tikililər, 28.03 2023-cü il tarixdə qeydiyyata alınmış 0.05 ha torpaq sahəsi, JN-218 saylı torpağın qeydiyyata alınmasına dair Dövlət aktı ilə verilmiş 0.49 ha torpaq sahəsində ona düşən pay vərəsələr ona münasibətdə vəsiyyətnaməyə əsasən digər vərəsələr arasında qanuna əsasən bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 vəkili Hacızadə X13 Cəfərova ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh (digər iş üzrə iddiaçı) İddiaçı2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, onun atası vəsiyyətnamə ilə İddiaçı1 əmlaklarını heç bir halda verə bilməzdi, Şərqiyyə saxta yollarla, onu aldadaraq vəsiyyətnamə yazdırmışdır. Bundan başqa 0.5 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli evi onun atası Sənan özü onlarla birlikdə tikmişdir. Ev tikilərkən mərhum atası onun doğma olan anası ilə rəsmi nikahda olmuşdur. Hazırda həmin evdə öz ailəsi ilə yaşayır. Sözügedən mağazanı da özü istifadə edərək orada qaynaq işləri ilə məşğul olur. Həmin evin yerləşdiyi torpaq sahəsi atası Sənan tərəfindən təxminən 2004-cü ildə alınmışdır. Sonradan orada ev tikilmişdir. Ev tikilərkən Şərqiyyə orada yaşamamışdır. Sonradan o evə gəlmişdir. Ondan başqa ümumilikdə 5 nəfər bacı və qardaşları vardır. Onlardan biri qardaşı olan İqbal Bədəlov 2013-cü ildə vəfat etmişdir. Özündən başqa olan bacı və qardaşlarının da atasından qalmış mirasda payları vardır. Bundan başqa atsının başqa bir qadından da Sənanə adlı qızı vardır. Odur ki, atasından qalmış miras əmlak onların arasında bölünməli, həmçinin Şərqiyyəyə atası tərəfindən verilmiş vəsiyyətnamə etibarsız hesab edilməlidir. Sonda İddiaçı1 iddiasının rədd edilməsini, öz iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, mərhum X35 onun qardaşı olmuşdur. Sənan Bədəlov 2023-cü il tarixdə Bələdiyyədən alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsini faktiki olaraq 2004-cü ildən əldə edərək orada ev tikmişdir. X33 Cəfərova ilə evlənmişdir. Şərqiyyə Hişkədərə kəndinə gəlin gələndə həmin torpaq sahəsində Sənanın tikdiyi ev olmuşdur. Cavabdeh Masallı regional Cavabdeh2ndə notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı1 iddia tələbi qismən təmin edilməli, İddiaçı2 iddiası isə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Masallı RİHB-nın Hişkədərə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 210 saylı arayışından görünür ki, İddiaçı1 əri X35 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, ölənədək onunla bir təsərrüfatda yaşamışlar və onun hüzr xərcini özü çəkmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X35 15 may 2023-cü il tarixdə ölmüşdür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, Masallı rayon Hişkədərə kəndində 0.05 hektar torpaq sahəsi (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023) X25 adına tam payı olmaqla qeydiyyata alınmışdır. Masallı regional Cavabdeh2ndə notariat ofisində təsdiq edilmiş, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X4 rayon Hişkədərə kəndində 0.05 hektar torpaq sahəsini Masallı rayonunun Hişkədərə bələdiyyəsindən 935 manata almışdır. Nikah haqqında şəhadətnamədən görünür ki, X35 ilə İddiaçı1 arasında Masallı rayon qeydiyyat şöbəsində 25 yanvar 2019-cu il tarixdə nikah bağlanmış, bu barədə 07 saylı qeyd var və nikah bağlandıqdan sonra ərə Bədəlov, arvada Cəfərova soyadı verilmişdir. 27 sentyabr 2012-ci ildə Masallı rayon 2 saylı notariat idarəsində təqdiq edilmiş vəsiyyətnamədən görünür ki, X4 rayonu Hişkədərə kəndində yerləşən mağazasını və iki mərtəbəli evini, bütün əmlaklarını Masallı rayonu Hişkədərə kəndində yaşayan İddiaçı1 vəsiyyət etdiyini bildirmişdir. AD № 613401 nömrəli qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz E 280 minik” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə X25 adına qeydiyyatına alınmışdır. Masallı Regional “ASAN Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusunun 14 noyabr 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı2 notariat ofisinə ünvan 1i ünvanında yaşamış və vəfat etmiş X11ndan qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün xx.xx.2023-cü il tarixdə ərizəsi daxil olmuşdur. Daha sonra İddiaçı2 xx.xx.2023-cü il tarixində yeni bir ərizə ilə müraciət edərək atası mərhum X35 ilə birgə nikahda olmuş və xx.xx.2016-cı ildə vəfat etmiş anası X7 düşən payına dair də ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İddiaçı2 oğlu sənədləri təqdim edərək mərhum X11 ilə anası X20 nikahda olduğunu bildirmiş və əmlakların əksəriyyətini anası ilə birgə nikahda olduqda əldə etmişdir. X12 xx.xx.2019-cu ildə yeni nikaha daxil olduğu məlum olmuşdur. Bu səbəbdən də vərəsəlik işi üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Masallı Regional “ASAN Xidmət mərkəzində notariat ofisinin 25 noyabr 2023-cü il tarixli, 1531 saylı məktubundan görünür ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdə yazdığı ərizəyə yenidən baxılmış, Bununla bağlı notariat ofisində xx.xx.2023-cü il tarixində notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında digər vərəsələrə qərar verilməsi bildirilmiş və vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. “Torpağa mülkiyyət hüququna” dair JN-218 Kod 80523018 saylı Dövlət aktından görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 12 saylı qərarı ilə X29, X7, X5, X21, X26, X8, X15 və İddiaçı2 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0.49 hektar torpaq sahəsi verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-102A Kod 80523018 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 012 saylı qərarına əsasən X29, X7, X5, İddiaçı2, X26, X8 və X15 0.07 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Masallı rayon Hişkədərə kəndində yerləşən sahəsi 250 kv.m olan torpaq sahəsi Hişkədərə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 21 saylı qərarı ilə X29 verilmişdir. Masallı RPŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı1 xx.xx.2023-cü il tarixdə ögey oğlu İddiaçı2 onun əri Sənan Bədəlova məxsus avtomobili ondan aldadaraq alması və geri qaytarmaması barədə şikayəti əsasında araşdırma aparılmış, araşdırma zamanı işin mülki xarakterli olması səbəbindən iş üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, İddiaçı1 məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Masallı regional Cavabdeh2 notariat ofisində 7E-4639 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X35 özünə məxsus bütün səlahiyyətlərini İddiaçı1 etibar etmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, X35 ilə X20 arasında Masallı rayonu Hişkədərə ZDSİK-sində 06 mart 1975-ci il tarixdə nikah bağlanmış, bu barədə 5 saylı qeyd var və nikah bağlandıqdan sonra ərə Bədəlov, arvada Nəhmətova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1985-ci il təvəllüdlü İddiaçı2 X11, anası X9r. Doğum haqqında şəhadətnamədən görünür ki, 22 mart 1997-ci il təvəllüdlü X10 X11, anası X2r. Əsaslandırıcı hissə: İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, X35 vəfat etdikdən sonra miras əmlak kimi Masallı rayonu Hişkədərə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 21 saylı qərarı ilə alınmış 250 kv.m torpaq sahəsi, JN 102A saylı şəhadətnamə ilə verilmiş birgə mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi, JN-218 saylı torpağın qeydiyyata alınmasına dair Dövlət aktı ilə verilmiş birgə mülkiyyətdə olan 0.49 ha torpaq sahəsi, Masallı rayonu Hişkədərə kəndində yerləşən xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış 0.05 ha torpaq sahəsi, Mersedes Benz E 280 markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil qalmışdır. X25 qeyd edilən əmlaklardan Hişkədərə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 21 saylı qərarı ilə alınmış 250 kv.m torpaq sahəsi, JN 102A saylı şəhadətnamə ilə verilmiş birgə mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi, JN-218 saylı torpağın qeydiyyata alınmasına dair Dövlət aktı ilə verilmiş birgə mülkiyyətdə olan 0.49 ha torpaq sahəsini əvvəlki nikahda olduğu müddət ərzində əldə etdiyi; Masallı rayonu Hişkədərə kəndində yerləşən xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış 0.05 ha torpaq sahəsi və Mersedes Benz E 280 markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili isə ikinci evliliyi müddətində yəni İddiaçı1 ilə 2019-cu il tarixdə rəsmi nikaha daxil olduqdan sonra əldə etdiyi müəyyən edilmişdir. X25 öldüyü vaxt qanun üzrə birinci növbə vərəsələri kimi rəsmi nikahda olduğu arvadı İddiaçı1, övladları-İddiaçı2, X14, X18, X24 və X28 adlı beş övladı olmuşdur. İddiaçı1 adına vəsiyyətnamə qoyulduğundan onun məcburi pay almaq hüququ yaranmamış, digər 5 vərəsənin isə məcburi pay almaq hüquqları olmuşdur. İddiaçı2 tərəfindən məcburi vərəsə olması iddia edilən mərhum X25 qeyri-rəsmi nikahdan doğulmuş X27 qeyri-rəsmi nikahdan doğulduğundan və atalığı müəyyən edilmədiyindən məcburi vərəsə hesab edilməmişdir. İddiaçı1 miras qalmış əmlaklarla və məcburi vərəsələrin dairəsi ilə bağlı etirazı olmamış, yalnız cavabdeh İddiaçı2 etiraz edərək Masallı rayonu Hişkədərə kəndində yerləşən 28.03 2023-cü il tarixdə qeydiyyata alınmış 0.05 ha torpaq sahəsinin atasının İddiaçı1 ilə rəsmi nikaha daxil olmamışdan əvvəl 2004-cü il tarixdə əldə etdiyini bildirmişdir. İşin digər mübahisəli halı isə Sənan Orucov tərəfindən qoyulmuş vəsiyyətnamənin onun iradəsini əks etdirmədiyindən vəsiyyətnamənin etibarsız hesab edilməsi ilə bağlı İddiaçı2 tələbi olmuşdur. Məhkəmə qeyd edilən mübahisənin həll edilməsi üçün aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində qeyd edilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (MM 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1196. vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Hazırki iş üzrə vəsiyyətnamə qoyulduğundan yuxarıda qeyd edilən normaların tələbləri əsas götürülməklə vəsiyyət üzrə vərəsənin payı və qanun üzrə vərəsələrin məcburi payları müəyyən ediləcəkdir. Məhkəmə payları müəyyən etməmişdən əvvəl qeyd etməyi zəruri hesab edir ki, miras əmaka birgə mülkiyyətə daxil olan əmlaklar olduğundan əvvəlcə birgə mülkiyyətdə olan miras əmlak müəyyən edilməli və həmin əmlaklar üzərində mülkiyyətçilərin konkret payları müəyyən edildikdən sonra miras qalmış pay üzərində vərəsələrin mütənasib hissələrdə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223-cü maddəsinə əsasən: 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. İlk öncə JN 102A saylı şəhadətnamə ilə verilmiş birgə mülkiyyətdə olan 0.07 ha torpaq sahəsi və JN-218 saylı torpağın qeydiyyata alınmasına dair Dövlət aktı ilə verilmiş birgə mülkiyyətdə olan 0.49 ha torpaq sahələri üzərində paylar tərəflərin razılaşması ilə müəyyən edilmədiyindən, hazırda birgə mülkiyyətçilərdən Sənan Bədəlov və İqbal Bədəlov öldüyündən və bundan sonra razılaşma mümkün olmadığından qeyd edilən torpaq sahələri üzərində paylar müəyyən edilməlidir. Belə ki, JN 102A saylı şəhadətnamədə 0,07 ha həyatyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olmaqla 7 nəfər, JN-218 saylı torpağın qeydiyyata alınmasına dair Dövlət aktı ilə verilmiş birgə mülkiyyətdə olan 0.49 ha torpaq sahəsi üzrə şəhadətnamədə 8 nəfər şəxsin adı göstərilmiş, yəni onların birgə mülkiyyətində olmuşdur. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə əsasən ümumi birgə mülkiyyətdə olan əmlak üzərində paylar üzrə razılaşma olmadığından onların hər birinin payları bərəbər hesab edilməli, yəni çıxarışda adları qeyd edilmiş şəxslərin sayına uyğun olaraq torpaq sahələri üzərində uyğun olaraq 1/7 (0.07 ha) və 1/8 (0,49 ha) paylar müəyyən edilməlidir. X1 həmin torpaq sahələrinə münasibətdə 1/7 və 1/8 payı miras əmlakın tərkibinə daxil edilməklə bölünməlidir. 1) X25 0,07 ha torpaq sahəsi üzərində olan 1/7 payının yarısı qanunvericiliyin tələbinə əsasən vəsiyyət edilən İddiaçı1 verilməli, yarısı isə, 5 nəfər məcburi vərəsə arasına bərabər bölünməlidir. Belə olan halda, 0,07 ha torpaq sahəsinin 1/7 hissəsinin yarısı, yəni 1/14 hissəsi və yaxud 5/70 hissəsi İddiaçı1, 1/14 hissəsi isə 5 nəfər məcburi vərəsənin arasında bölündükdə hər birinin 1/70 payı müəyyən edilməlidir (1/14:1/5)=1/70. 2) Eyni ilə miras qalmış 0,49 ha topaq sahəsi üzərində olan 1/8 payının yarısı qanunvericiliyin tələbinə əsasən vəsiyyət edilən İddiaçı1 verilməli, yarısı isə, 5 nəfər məcburi vərəsə arasına bərabər bölünməlidir. Belə olan halda, 0,49 ha torpaq sahəsinin 1/8 hissəsinin yarısı, yəni 1/16 hissəsi və yaxud 5/80 hissəsi İddiaçı1, 1/16 hissəsi isə 5 nəfər məcburi vərəsənin arasında bərabər bölündükdə hər birinin əmlak üzərində 1/80 payı müəyyən edilməlidir (1/16:1/5)=1/80. 3) Masallı rayonu Hişkədərə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 21 saylı qərarı ilə alınmış 250 kv.m torpaq sahəsini mərhum X35 İddiaçı1 ilə birgə nikah dövründə olduğu vaxt deyil, birinci arvadı Nazilə ilə birgə nikah dövründə olduğu vaxt əldə etmişdir. Bu halda həmin torpaq sahəsinin yarısı ½ hissəsi birinci arvadı Nazilənin mülkiyyəti hesab edilməli və miras əmlakın kütləsinə daxil edilməməli, yalnız əmlakın ½ hissəsi miras kütləsinə daxil edilməlidir. Belə ki Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Bu baxımdan ər-arvadın birgə mülkiyyətdə olan əmlakların bölünməsi ilə bağlı yuxarıda qeyd edilən normalar əsas götürülməli və Masallı rayonu Hişkədərə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 21 saylı qərarı ilə alınmış 250 kv.m torpaq sahəsi üzərində X35 ilə X6 hər birinin ½ payları müəyyən edilməlidir. Belə olan halda qeyd edilən torpaq sahəsinin Sənan Orucova məxsus ½ hissəsi miras əmlak kimi miras aktivinə daxil edilməli və üzərində paylar müəyyən edilməlidir. Həmin torpaq sahəsinin ½ hissəsinin yarısı qanunvericiliyin tələbinə əsasən vəsiyyət edilən İddiaçı1 verilməli, yarısı isə, 5 nəfər məcburi vərəsə arasına bərabər bölünməlidir. Belə olan halda, 250 kv m torpaq sahəsinin ½ hissəsinin yarısı, yəni 1/4 hissəsi və yaxud 5/20 hissəsi İddiaçı1, 1/4 hissəsi isə 5 nəfər məcburi vərəsənin arasında bərabər bölündükdə hər birinin əmlak üzərində 1/20 payı müəyyən edilməlidir (1/4:1/5)=1/20. 4) Miras qalmış əmlaklardan 28.03 2023-cü il tarixdə qeydiyyata alınmış 0.05 ha torpaq sahəsi və Mersedes Benz E 280 markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil isə mərhum X35 vəsiyyət etdiyi arvadı İddiaçı1 ilə birgə nikahda olduğu müddət ərzində əldə etmişdir. İddiaçı2 həmin torpaq sahəsini mərhum atasının İddiaçı1 ilə birgə nikah dövründə olduqları müddət ərzində əldə etmədiyini, atası tərəfindən 2004-cü il tarixdə alındığını, həmin tarixdən atasının faktiki olaraq həmin torpaq sahəsinə sahiblik edərək orada ev tikdiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinin 2004-cü il tarixdən mərhum Sənan Bədəlov tərəfindən faktiki olaraq zəbt edilib idarə edilməsi işin faktiki halları ilə müəyyən edilmiş, lakin həmin torpaq sahəsi 2023-cü il tarixdə Bələdiyyə ilə alqı-satqı yolu ilə əldə edilmiş və torpaq sahəsi üzərində mülkiyyət hüquqları tanınmışdır. Qeyd edilən müqavilə əsasında Sənan Bədəlov 2023-cü il tarixdə, yəni İddiaçı1 ilə birgə nikah dövründə olduğu müddətdə 935 manat pul ödəmiş, nəticədə ailənin ümumi büdcəsindən istifadə edilərək birgə nikah dövründə əmlak əldə edilmişdir. Bu baxımdan 28.03 2023-cü il tarixdə qeydiyyata alınmış 0.05 ha torpaq sahəsi və Mersedes Benz E 280 markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil ər-arvadın birgə nikah dövründə əldə edilmiş əmlaklar hesab edilməklə, həmin əmlaklara ər-arvadın əmlaklarının hüquqi rejimi tətbiq edilməli, həmin əmlaklar üzərində mərhum Sənan Bədəlov və İddiaçı1 hər birinin ½ payının olduğu müəyyən edilməlidir. Belə olan halda qeyd edilən əmlakların miras qalmış ½ hissələri üzərində vəsiyyət üzrə vərəsə İddiaçı1 və məcburi vərəsələrin payları müəyyən edilməlidir. a) Sənan Bədəlovdan miras qalmış Masallı rayonu Hişkədərə Bələdiyyəsi ilə alqısatqı yolu ilə əldə edilmiş xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış 0.05 ha torpaq sahəsinin ½ hissəsinin yarısı qanunvericiliyin tələbinə əsasən vəsiyyət edilən İddiaçı1 verilməli, yarısı isə, 5 nəfər məcburi vərəsə arasına bərabər bölünməlidir. Belə olan halda, 0,05 ha torpaq sahəsinin 1/2 hissəsinin yarısı, yəni 1/4 hissəsi və yaxud 5/20 hissəsi İddiaçı1, 1/4 hissəsi isə 5 nəfər məcburi vərəsənin arasında bərabər bölündükdə hər birinin əmlak üzərində 1/20 payı müəyyən edilməlidir (1/4:1/5)=1/20. Nəticədə ümumilikdə İddiaçı1 miras əmlakdan ona çatacaq (5/20) hissə və öz payı (10/20) ilə birlikdə 0.05 ha torpaq sahəsinin 15/20 hissəsi üzərində payı müəyyən edilməlidir. b) Eyni qaydada miras qalmış ban nömrəsi WDB2100811X010077, buraxılış ili 1998ci il olan “Mersedes Benz E 280 markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinin yarısı (1/4-i) üzərində qanunvericiliyin tələbinə əsasən vəsiyyət edilən İddiaçı1 payı müəyyən edilməli, yarısı isə (1/4-i), 5 nəfər məcburi vərəsə arasına bərabər bölünməlidir. Belə olan halda, avtomobilin 1/2 hissəsinin yarısı, yəni 1/4 hissəsi və yaxud 5/20 hissəsi İddiaçı1, 1/4 hissəsi isə 5 nəfər məcburi vərəsənin arasında bərabər bölündükdə hər birinin əmlak üzərində 1/20 payı müəyyən edilməlidir (1/4:1/5)=1/20. Nəticədə ümumilikdə İddiaçı1 miras əmlakdan ona çatacaq (5/20) hissə və öz payı (10/20) hissə ilə birlikdə avtomobilin 15/20 hissəsi üzərində payı müəyyən edilməlidir. İddia tələbində miras əmlak kimi qaldığı göstərilən, eyni zamanda 2012-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamədə qeyd edilən və üzərində payların müəyyən edilməsi tələb edilən 0,05 ha torpaq sahəsində yerləşən ikimərtəbəli ev və evin altında yerləşən mağaza, eyni zamanda 0,07 ha torpaq sahəsində yerləşən tikililərin üzərində mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlər olmadığından həmin əmlakların miras əmlak kütləsinə daxil edilərək bölünməsi mümkün deyildir. Qeyd edilən əmlakların üzərində ölmüş şəxsin mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətindən müvafiq arayış alındıqdan sonra həmin əmlakların miras əmlak kimi bölgüsü tələb edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azəraycan Respublikası Qanununun (bundan sonra – Qanunun) 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşə baxılarkən bölünməsi tələb edilən əmlakların üzərində ölmüş şəxsin mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlər olmadığından İddiaçı1 iddia tələbi qeyd edilən əmlaklara münasibətdə təmin edilməməlidir. Həmin əmlaklarla bağlı müvafiq arayışlar alındıqdan sonra bölünməsi tələbi ilə məhkəməyə müraciət edilə bilər. Məhkəmə İddiaçı2 (İddiaçı1 iddiası üzrə cavabdeh qismində iştirak edən) vəsiyyətnamənin etibarsız edilməsi və miras əmlakın bölüşürülməsi tələbi ilə bağlı bildirir ki, iddiaçı vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün iddiasını təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı iddia ərizəsində atasının xəstə olmasını, İddiaçı1 onun xəstəliyindən istifadə edərək iradəsindən kənar vəsiyyətnamənin qoyulmasına nail olduğunu, eyni zamanda vəsiyyətnamədə olan imzanın atasına məxsus olmadığını göstərsə də, bununla bağlı təsdiqedici sənədləri məhkəməyə təqdim etməmiş, vəsiyyətnamədə olan imzanın mərhum Sənan Bədəlova məxsus olub-olmaması ilə bağlı məsələ tərəflərin iştirakı ilə məhkəmə iclasında müzakirə edildiyi zaman İddiaçı2 həmin imzanın həqiqiliyinin müəyyən edilməsi üçün ekspertizanın təyin edilməsi təşəbbüsünü irəli sürməmiş və bununla bağlı şifahi və ya yazılı vəsatətlə məhkəməyə müraciət etməmişdir. İddiaçı atasının son vaxtlar xəstəliyi ilə əlaqədar özünü idarəetməsini itirdiyini iddia edərək vəsiyyətnamənin məhz onun bu vəziyyətindən sui-istifadə edilməklə tərtib edildiyini göstərsə də, mərhumun iradə ifadəsinə təsir göstərəcək, onun iradəsini zədələyən hər hansı xəstəliyi ilə bağlı təsdiq edici heç bir sənəd təqdim edə bilməmişdir. Məhkəmə vəsiyyətnamənin tərtib edilməsi və onun etibarsız hesab edilməsi ilə bağlı Mülki Məcəllənin aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir: 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin.i 1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. İşin faktiki halları ilə müəyyən edilir ki, qanunvericiliyin tələblərinə əsasən vəsiyyətnamənin bağlanma qaydasına riayət edilmiş, mərhum Sənan Bədəlov tərəfindən vəsiyyətnamədə irəli sürülmüş iradə ifadəsi kənar təsirlər olmadan onun həqiqi iradə ifadəsini əks etdirmişdir. Bunun əksini iddia edən İddiaçı2 bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı2 vəsiyyətnamənin etibarsız hesab edilməklə yanaşı, “miras əmlakın bölüşdürülməsini” tələbini irəli sürmüşdür. Bu iki tələbin bir-biri ilə bağlı olaraq İddiaçı1 iddiasını tam olaraq təmin edilməməsinə yönəldiyindən İddiaçı2 miras əmlakın bölgüsü ilə bağlı tələbi də rədd edilməlidir. Çünki Məhkəmə vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbini rədd edilməsi qənaətinə gəldiyindən miras əmlakın bölgüsü ilə bağlı tələb də məhz rədd edilən tələblə birbaşa bağlı olduğundan həmin tələbin təmin edilməsi məntiqsiz vəziyyət yaratmış olacaqdır. Nəticə etibarı ilə İddiaçı1 tələbi miras əmlakın bölgüsü ilə bağlı olduğundan həmin iddia çərçivəsində məhz miras əmlakın bölgüsü ilə bağlı məsələni məhkəmə həll etmişdir. Bu baxımdan İddiaçı2 “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlakın bölünməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 iddiası qismən təmin edilməli, Masallı rayonu Hişkədərə kəndində yerləşən 0,07 ha torpaq sahəsinə münasibətdə İddiaçı1 5/70 (yetmişdə beş) hissədə vəsiyyətnamə üzrə pay hüququ, məcburi vərəsələr- İddiaçı2, X14, X18, X24 və X16 hər birinin 1/70 (yetmişdə bir) hissədə məcburi pay hüquqlari, Masallı rayonu Hişkədərə kəndində yerləşən 0,49 ha torpaq sahəsinə münasibətdə İddiaçı1 5/80 (səksəndə beş) hissədə vəsiyyətnamə üzrə pay hüququ, məcburi vərəsələrin hər birinin 1/80 (səksəndə bir) hissədə məcburi pay hüquqları, Masallı rayonu Hişkədərə kəndində yerləşən 250 kv.m torpaq sahəsinə münasibətdə İddiaçı1 5/20 (iyirmidə beş) hissədə vəsiyyətnamə üzrə pay hüququ, məcburi vərəsələrin hər birinin 1/20 (iyirmidə bir) hissədə məcburi pay hüquqları müəyyən edilməli, Masallı rayonu Hişkədərə kəndində yerləşən 28.03 2023-cü il tarixdə qeydiyyata alınmış 0.05 ha torpaq sahəsinə münasibətdə İddiaçı1 5/20 (iyirmidə beş) hissədə vəsiyyətnamə üzrə pay hüququ, əmlak üzərində ümumlikdə 15/20 (iyirmidə on beş) hissədə, məcburi vərəsələrin hər birinin 1/20 (iyirmidə bir) hissədə məcburi pay hüquqları, Ban nömrəsi WDB2100811X010077, buraxılış ili 1998-ci il olan “Mersedes Benz E 280 markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə İddiaçı1 5/20 (iyirmidə beş) hissədə vəsiyyətnamə üzrə pay hüququ, əmlak üzərində ümumilikdə 15/20 (iyirmidə on beş) hissədə, məcburi vərəsələr İddiaçı2, X14, X18, X24 və X22 hər birinin 1/20 (iyirmidə bir) hissədə məcburi pay hüquqları müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı2 “vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlakın bölüşdürülməsi” tələbi isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 88, 217.3, 217.4, 218.1-ci maddələrinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İ. İddiaçı1 iddiası qismən təmin edilsin. X17 miras qalmış daşınmaz və daşınar əmlak üzərində paylar vərəsələr arasında aşağıdakı qaydada bölüşdürülsün: a) Masallı rayonu Hişkədərə kəndində yerləşən 0,07 ha torpaq sahəsinə münasibətdə İddiaçı1 5/70 (yetmişdə beş) hissədə vəsiyyətnamə üzrə pay hüququ, məcburi vərəsələr-İddiaçı2, X14, X18, X24 və X16 hər birinin 1/70 (yetmişdə bir) hissədə məcburi pay hüquqları müəyyən edilsin. b) Masallı rayonu Hişkədərə kəndində yerləşən 0,49 ha torpaq sahəsinə münasibətdə İddiaçı1 5/80 (səksəndə beş) hissədə vəsiyyətnamə üzrə pay hüququ, məcburi vərəsələr-İddiaçı2, X14, X18, X24 və X16 hər birinin 1/80 (səksəndə bir) hissədə məcburi pay hüquqları müəyyən edilsin. c) Masallı rayonu Hişkədərə kəndində yerləşən 250 kv.m torpaq sahəsinə münasibətdə İddiaçı1 5/20 (iyirmidə beş) hissədə vəsiyyətnamə üzrə pay hüququ, məcburi vərəsələr-İddiaçı2, X14, X18, X24 və X16 hər birinin 1/20 (iyirmidə bir) hissədə məcburi pay hüquqları müəyyən edilsin. d) Masallı rayonu Hişkədərə kəndində yerləşən 28.03 2023-cü il tarixdə qeydiyyata alınmış 0.05 ha torpaq sahəsinə münasibətdə İddiaçı1 5/20 (iyirmidə beş) hissədə vəsiyyətnamə üzrə pay hüququ, ümumi əmlak üzərində isə 15/20 (iyirmidə on beş) hissədə, məcburi vərəsələr-İddiaçı2, X14, X18, X24 və X16 hər birinin 1/20 (iyirmidə bir) hissədə məcburi pay hüquqları müəyyən edilsin. e) Ban nömrəsi WDB2100811X010077, buraxılış ili 1998-ci il olan “Mersedes Benz E 280 markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə İddiaçı1 5/20 (iyirmidə beş) hissədə vəsiyyətnamə üzrə pay hüququ, ümumi əmlak üzərində isə 15/20 (iyirmidə on beş) hissədə, məcburi vərəsələr-İddiaçı2, X14, X18, X24 və X16 hər birinin 1/20 (iyirmidə bir) hissədə məcburi pay hüquqları müəyyən edilsin. İddiaçı1 iddiası qalan hissədə təmin edilməsin. İİ.İddiaçı2 vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras əmlakın bölüşdürülməsi ilə bağlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2176/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2176/2024
16.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver