Məhkəmə qərarları › İş №2(050)-2187/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2187/2025

15.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2187/2025 15.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı aliment və alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları: O, Cavabdeh ilə el adəti üzrə toy edib ailə qurmuşdur. Rəsmi nikahları xx.xx.2020-ci il tarixdə Masallı Regional “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 432 nömrəli akt ilə qeyd edilmişdir. Cavabdehlə birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X9 adlı iki övladları anadan olmuşdur. Cavabdeh ilə birgə nikah dövründə narazılıqları olduğundan nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Masallı Rayon Məhkəməsinin 2(050)-3697/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə onun arasında xx.xx.2020-ci il tarixdə Masallı Regional “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 432 nömrəli akt ilə qeydə alınmış nikah pozulmuş, xx.xx.2019-cu il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X9 onun yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 110 manat olmaqla, ümumilikdə 220 manat aliment tutulması qət edilmişdir. Hazırda 220 manat alimentlə iki uşağın ehtiyaclarını qarşılaya bilmir. Maddi vəziyyəti ağırdır. Bu səbəbdən təyin edilmiş aliment məbləğinin artırılaraq hər uşaq üçün 250 manat müəyyən edilməsini tələb edir. Həmçinin qeyd edir ki, nikah pozulduqdan sonra bir müddət cavabdehlə birgə yaşamışlar və birgə yaşayışlarından xx.xx.2024-cü il təvəllüdlü Zəhra adında bir qız uşağı doğulmuşdur. Hazırda isə cavabdeh uşaqlarını atıb getmişdir. Uşaqların saxlanılması üçün ona maddi köməklik göstərmir. Bu səbəbdən də qızı Zəhra üçün də 250 manat məbləğində aliment təyin edilməsini məhkəmədən xahiş edir. İddiaçının tələbi: Cavabdeh Masallı Rayon Məhkəməsinin 2(050)- 3697/2021 saylı 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2019-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması, xx.xx.2024-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 250 manat sabit məbləğində aliment pulunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuş və Nuray və İbrahim adlı uşaqları onun yanında saxlanılmaqla yanaşı uşaqlar üçün hər birinə 110 manat aliment təyin edilmişdir. Hazırda iki uşaq üçün 220 manat aliment onların ehtiyaclarının qarşılanması üçün kifayət etmir və təyin edilmiş alimentin məbləğinin artırılaraq hər uşaq üçün 250 manat müəyyən edilməsini xahiş edir. Həmçinin nikahları pozulduqdan sonra bir müddət cavabdehlə aralarında barışıq olmuş, birgə yaşayışlarından Zəhra adlı qızları doğulmuş, uşağın atalığı müəyyən edilmişdir. Məhkəmədən qızı Zəhra üçün də 250 manat məbləğində aliment təyin edilməsini xahiş etmişdir. Cavabdeh X10 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, məhkəmə qətnaməsi ilə İbrahim və Nuray adlı uşaqlarının saxlanması üçün ümumilikdə 220 manat aliment təyin edilmişdir. Nikah pozulduqdan sonra bir müddət birgə yaşamışlar və Zəhra adlı bir qız uşaqları da doğulmuşdur. Onun saxlanması üçün də aliment tutulmasına razıdır. Ümumilikdə üç uşaq üçün 600 manat aliment ödənilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı nikahı Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2024-cü ildə vətəndaş İddiaçı doğulmuş X8 atası hesab edirmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X12 xx.xx.2024-cü il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X9 xx.xx.2021-ci il tarixdə doğulmuşdur. Doğum haqqında şəhadətnamədən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan X11 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-3697/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə Masallı regional “ASAN Xidmət” X5 432 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, alimentin tutulmasının xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir. Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2025-00429 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən, tərəflər arasında razılıq əldə edilməmişdir. 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyanın: 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiya: Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın: 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir; 8.2-ci maddəsinə əsasən milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 №-li qərarının 8.4-1-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “8.11-1-ci bəndinə görə Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il Qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında 28 mart 2016-cı il tarixli Qərarı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən tərəflər arasındakı nikah Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-3697/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Tərəflərin birgə nikahından Nuray və İbrahim adlı iki uşaqları, nikah pozulduqdan sonrakı dövrdə isə birgə yaşayışlarından Zəhra adlı bir uşaqları olmuşdur. Nikah pozularkən Nuray və İbrahim adlı uşaqlar ananın yanında saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün iki uşaq üçün ümumilikdə 220 manat aliment təyin edilmişdir. Yuxarıda göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X8 atasının X10, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşağı saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-3697/2021 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün 110 manat sabit pul məbləğində aliment müəyyən olunsa da, ötən illərə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşaqların yaşı ilə bərabər, onların sosial və maddi təlabatları artmışdır. Ona görə də alimentin miqdarı artırılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, digər uşaq xx.xx.2024-cü il təvəllüdlü X8 da yetkinlik yaşına çatanadək saxlanması üçün aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən məhkəmə cavabdehin də maddi və ailə vəziyyətini, diqqətə layiq olan digər halları nəzərə alaraq, yetkinlik yaşına çatmamış xx.xx.2019-cu il təvəllüdlü X11 və xx.xx.2021-ci il təvəllüdlü X9 və xx.xx.2024-cü il təvəllüdlü X12 üçün aylıq aliment məbləğinin hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-3697/2021 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində müəyyən edilməli, həmçinin xx.xx.2024-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X2 iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 9.1-1ci maddəsində isə nəzərdə tutulmuşdur ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-nin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 42 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 42 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(050)-3697/2021 saylı qətnaməsi ilə xx.xx.2019-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində müəyyən edilərək X2 alınaraq İddiaçı xeyrinə tutulsun. xx.xx.2024-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X13 iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. xx.xx.2024-cü il təvəlllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilən aliment dərhal icra edilsin. Ödənilməli dövlət rüsumunun məbləği - 42 manat cavabdeh X2 tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar