Məhkəmə qərarları › İş №2(050)-2188/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2188/2023

02.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2188/2023 02.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı mirasın qəbul etməsi faktının müəyyən edilməsi tələbi barədə mülki işə Masallı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı mərhum əri X21 qarşı mirasın qəbul etməsi faktının müəyyən edilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı əri X26 28 dekabr 2017-ci ildə xroniki böyrək çatışmamazlığından Masallı rayonu, Qızılavar kəndində ölmüşdür. O, X26 ilə 1961-ci rəsmi nikaha daxil olmuşdur. Onların nikahlarından dörd övladları anadan olmuşdur. Masallı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə paylı mülkiyyət hüququ üzrə torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir, əri X26 vəfat etdikdən sonra ondan miras kimi torpaq sahəsi qalmışdır, onun birinci dərəcəli varisləri kimi o və övladları qalmışdır. Əri öldükdən sonra ondan miras qalan əmlakı faktiki olaraq qəbul etmiş və həmin əmlakı faktiki olaraq idarə edir. Miras əmlakın qəbulu ilə bağlı Notariat Kontoruna müraciət etsə də, vərəsələr arasında mübahisə olduğunu əsas gətirərək notariat kontoru tərəfindən imtina verilmişdir. Lakin belə bir mübahisə yoxdur, sadəcə övladları xarici ölkələrdə yaşayırlar, işləyirlər, bu səbəbdən də vətənə gec gəlirlər. Odur ki, miras əmlakın qəbul olunması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə verərək, iddianı qəbul etdiyini, işi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və üçüncü şəxslər X33, X4, X27, X7, X8, X10, X15, X16, X17, X5, X22 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehlər və üçüncü şəxslər məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəblərini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı Regional “Asan-Xidmət” Mərkəzində Notariat Ofisinin İddiaçı müraciətinə cavab məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X11 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizəsi və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığından sənədlər məhkəməyə müraciət edilməsi üçün İddiaçı qaytarılmışdır. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi **********, Seriya RX, nömrə ******* olan Çıxarışın surətindən görünür ki, X28 və digərlərinin ümumi birgə mülkiyyətinə Masallı rayonu, Qızılavar kəndində 0.6251 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Hüquq sahibləri kimi X28, X2, X18, İddiaçı, X25, X6, Cavabdeh2, X9, X12, X13, X14, X3, Cavabdeh1, X19, X20, X29 adları qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi **********, Seriya RX, nömrə ******* olan Çıxarışın surətindən görünür ki, X28 və digərlərinin ümumi birgə mülkiyyətinə Masallı rayonu, Qızılavar kəndində 0.4918 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Hüquq sahibləri kimi X28, X2, X18, İddiaçı, X25, X6, Cavabdeh2, X9, X12, X13, X14, X3, Cavabdeh1, X19, X20, X29 adları qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2019-cu il, qeydiyyat nömrəsi **********, Seriya RX, nömrə ******* olan Çıxarışın surətindən görünür ki, X28 və digərlərinin ümumi birgə mülkiyyətinə Masallı rayonu, Qızılavar kəndində 0.6143 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi verilmişdir. Hüquq sahibləri kimi X28, X2, X18, İddiaçı, X25, X6, Cavabdeh2, X9, X12, X13, X14, X3, Cavabdeh1, X19, X20, X29 adları qeyd olunmuşdur. Ölüm haqqında arayışlardan görünür ki, X26 28 dekabr 2017-ci ildə, X30 12 yanvar 2013-cü ildə vəfat etmişlər. Masallı rayon Qızılavar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 iyul 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı mərhum həyat yoldaşı X26 vəfat etdiyi üçün əmlakı faktiki olaraq qəbul etmiş və hal-hazırda özü idarə edir. Masallı rayon Qızılavar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş vərəsəlik haqqında 26 iyul 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı mərhum həyat yoldaşı X26 vəfat etdikdən sonra onun birinci növbə vərəsələri arvadı İddiaçı Nəsir qızı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2dur. X30 vəfat etmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 və İddiaçı Nəsir qızı arasında rəsmi nikah xx.xx.1961-ci ildə bağlanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Mülki Məcəllənin 1159.1. və 1159.1.1.-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik hüququna birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) malikdirlər. Onlar qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəlləsinin 1243.2. və 1243.3.-cü maddələrinə əsasən vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş hesab edilir. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləninin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Həmin Məcəllənin 213.1., 213.1. və 213.5.-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Məhkəmə göstərilən maddi hüquq normalarına əsasən qeyd edir ki, tərəflərin birinci növbə qanun üzrə vərəsələr olması, mirası faktiki olaraq qəbul etmələri, eləcə də miras qoyan mərhum Balağa Ağayevin miras açılan vaxt ümumi birgə mülkiyyətində 0.6251 ha, 0.4918 ha, 0.6143 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin olması mübahisəli deyil. Tərəflər arasında mirasın bölüşdürüməsi barədə mübahisə olduğuna görə, mirasın bölüşdürülməsi məhkəmə tərəfindən həyata keçirilməlidir. Məhkəmənin tədqiq etdiyi sübutlardan məlum olur ki, Balağa Ağayevin vəfat etməsindən sonra miras qalmış torpaq sahəsinə faktiki olaraq arvadı Gülcahan Ağayev qəbul etmişdir. Belə ki, işin hallarına görə ərinin vəfatından sonra miras qalmış torpaq sahələrinə iddiaçı sahiblik etmiş, təsərrüfatı idarə etmişdir. Belə olan halda onun qəbulu faktiki qəbul kimi qiymətləndirilməlidir. Miras əmlak mirasın açıldığı vaxtdan onu qəbul etmiş şəxsin mülkiyyəti hesab edilir. Tərəflər payların bölünməsi barədə razılığa gəlməmişlər. Odur ki, pay məhkəmə tərəfindən müəyyən olunmalıdır. Tərəflər birinci növbə vərəsədirlər, hər birinin bərabər pay hüququ vardır. Elmas Ağayev vəfat etmiş, arvadı Elnurə Ağayeva və 1 azyaşlı övladı vardır. Ümumi birgə mülkiyyətdə olan 6251 ha, 0.4918 ha, 0.6143 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin olması mübahisəli deyil. Həmin torpaq sahələri ayrı-ayrı ərazilərdə yerləşir və 16 nəfərdən ibarət ümümi birgə mülkiyyətdədir. Belə olan halda mərhum Balağa Ağayevin hər bir sahədə 1/16 payı müəyyən olunmalı, İddiaçı məhz ayrıayrı miras qalmış 1/16 hissə kənd təsərrüfatı təyinatlı torpaq sahələrini faktiki olaraq qəbul etməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 miras qalmış 0.6251 ha, 0.4918 ha, 0.6143 ha torpaq sahələrindən payına düşən ayrı-ayrılıqda 1/16 hissə kənd təsərrüfatı təyinatlı torpaq sahələrini miras əmlak olaraq faktiki qəbul etmələri müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar