Məhkəmə qərarları › İş №2(050)-2193/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2193/2023

25.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2193/2023 25.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X7 İdarəsi tərəfindən adına tərtib olunmuş 15 mart 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında 35040 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, iddiaçının Masallı Mişkəmi kəndində özünə məxsus fərdi yaşayış evi təbii qazdan isifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri edilmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. 15 mart 2023-cü il tarixdə Cavabdeh Lənkəran X7 İdarəsinin əməkdaşları fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Bundan sonra onun adına həyətyanı sahədə sayğacdan kənar qeyri-qanuni qaz xəttinə qoşulmanın aşkar olunması əsası ilə 15 mart 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında 15 mart 2023-cü il tarixli qərar əsasında 35040 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan müəyyən edilməklə onun tərəfindən ödənilməsi tələb olunmuşdur. O, qaz idarəsinin əməkdaşlarına kənar xəttin onun evinə dyil, qonşuluqda olan qardaşının evinə getməsini bidirsə də, onlar buna məhəl qoymamışlar. Ona bildirmişlər ki, qardaşının evi qaz sayğacı ilə təmin edilməmişdir, bu səbəbdən də akt sənə yazılacaq. Qardaşının evinin birinci mərtəbəsi tikilib və qardaşı birinci mərtəbədə otaqların birini təmir edərək orda yaşayır.l O, evini qaz sayğacı ilə təchiz etmədən, onun evinə gedən qaz xəttinə qoşularaq, təbii qazdan istifadə edir. Bununla bağlı videogörüntü vardır. Odur ki, 15 mart 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında 35040 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Cavabdeh əməkdaşları yoxlama apararkən müəyyən etmişlər ki, onunla qonşuluqda yaşayan qardaşı X3 evində qaz sayğacı quraşdırılmadığı üçün, qanunsuz olaraq qaz xəttinə qoşulmuşdiur. Bu barədə cavabdeh və özü tərəfindən təqdim edilmiş videogörüntüdən də aydın görünür ki, qanunsuz qoşulmanın ona heç bir aidiyyəti yoxdur. Bununla belə eyni həyətdə yaşamalarını əsas götürərək ona dəymiş ziyana görə əlavə qaz ödənişi barədə akt tərtib etmişlər. Onun heç bir təqsiri yoxdur, ona görə də aktın ləğv olunmasını və ziyanın silinməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 izahatında bildirdi ki, akt tərtib olunarkən və baxış keçirilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Videogörüntü ilə iddiaçının qaz xəttinə qanunsuz qoşulması müəyyən olunur. Ona görə də iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 15 mart 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, həyətyanı sahədə sayğacdan kənar qeyri-qanuni qaz xəttinə qoşulmanın aşkar olunması əsası ilə yeni sayğacın dəyəri və ziyan tələb olunur. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə İddiaçı adının qarşısında qeyd yoxdur. Həmçinin aktda sayğacın həyətdən kənar quraşdırıldığı qeyd olunmuşdur. 31 mart 2023-cü il tarixli qərarın surətindən görünür ki, 15 mart 2023-cü il tarixli ******* saylı akt əsasən 35040 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği müəyyən edilməklə İddiaçı tərəfindən ödənilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, İddiaçı fərdi yaşayış evinə gedən qaz xəttinə qanunsuz qoşulma mövcuddur. Lakin həmin qoşulma izlənilərkən, qoşulmuş plastik boru İddiaçı deyil, qonşuluqdan yaşayan digər şəxsin həyətinə çəkildiyi müəyyən olunur və evdə yaşayan şəxslər də bunu təsdiq edir. Bundan sonra əməkdaşlar İddiaçı həyətyanı sahəsinə gedərək, onlara əlavə xəttin çəkilib-çəkilməməsini müəyyən etməmişlər, ümumiyyətlə bu barədə hər hansı danışıq aparılmamış, videogörüntü qeydə alınmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş videogorüntüdən görünür ki, sonradan yenə qaz xəttinə plastik şlanq vasitəsi ilə qoşulma olmuşdur, həmin qoşulma yenə qonşuluqda yaşayan şəxsin həyətinə istiqamətlənmişdir. İddiaçıya aid abonent saldosundan məlum olur ki, onun istehlak etdiyi qaz sərfiyyatına görə hər ay sərfiyyata müvafiq ödənilməli olan məbləğlər göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 6.5-ci bəndinə əsasən qaz paylayıcısı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcı qanunusuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir Həmin Qaydaların 3.4.1.-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. Həmin Qaydaların 6.5.-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırır. ARDNŞ Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarının qanunusuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydalarına əsasən istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş təbii qazın dəyərinin hesablanması Qaydaları aşağıdakı hallarda tətbiq edilir:

2. Layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən, əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda;

3. Sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda;

4. Sayğaca və plomblara hər hansı bir müdaxilə halında və ya sayğac plombsuz, həmçinin sənədi olmayan plombla möhürlənmiş olduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, İddiaçı qanuna zidd əməlinin olması, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunmur. Ona görə də vurulmuş zərər üçün zərərçəkən qarşısında o, məsuliyyət daşımamalıdır. Belə ki, yaranmış mübahisə ilə bağlı qanunsuz qoşulmanın İddiaçı tərəfindən icra olunması, o cümlədən məhz onun evinə xəttin çəkilməsi sübuta yetmir. Bundan başqa tədqiq edilmiş videogörüntülər ilə də təsdiq olunur ki, qanunsuz qaz xəttini qonşuluqda yaşayan digər şəxs çəkmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X7 İdarəsinin İddiaçı adına tərtib etdiyi 15 mart 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin, 35040 kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borc məbləği silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar