Məhkəmə qərarları › İş №2(050)-226/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-226/2025

01.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-226/2025 01.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı cavabdeh Masallı Regional Cavabdehndə Notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22, X29, X15, X30, X23, X33, X16, X31, X6, X24, X34 və Masallı rayon Mahmudavar bələdiyyəsi) qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Masallı Regional Cavabdehndə Notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22, X29, X15, X30, X23, X33, X16, X31, X6, X24, X34 və Masallı rayon Mahmudavar bələdiyyəsi) qarşı notariusun imtinasının qanunsuz hesab edilərək, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Regional Cavabdehndə Notariat ofisinin xx.xx.2024cü il tarixdə vəfat etmiş X5 miras qalmış Masallı rayonu Mahmudavar kəndində yerləşən icarə torpaq sahəsi ilə bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və həmin torpaqla bağlı qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinin Masallı Regional Cavabdehndə Notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı ərizə ilə məkhəməyə müraciət edərək, 27 yanvar 2024-cü il tarixdə ölmüş atası X5 miras qalmış Masallı rayonu, Mahmudavar kəndində yerləşən və icarədə olan 0.70 ha torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu Mahmudavar bələdiyyəsi ilə atası X25 arasında bağlanmış xx.xx.2015-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən Mahmudavar kəndində 0.70 ha torpaq sahəsi 15 il müddətinə atasına icarəyə verilmişdir. Atası xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra bütün bacı-qardaşları miras əmlakdan onun xeyrinə imtina etmişlər. Həmin miras əmlak olan torpağa dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün Notariat Ofisinə müraciət etsə də, hüquqla bağlı mübahisə olması əsası ilə bundan imtina edilmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunun tələbinə əsasən vəsiyyətnamə mövcud olmadığından hazırkı işlə bağlı qanun üzrə vərəsəliyə dair normalar tətbiq edilməli və miras birinci növbəli vərəsələr arasında bölünməlidir. Birinci növbəli bütün vərəsələr xeyrinə imtina etdiklərindən miras əmlaka dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Əvvəla notariusun istinad etdiyi Qanun norması mirasla bağlı vərəslər arasında olan mübahisəni nəzərdə tutur. Lakin onların işdə vərəsələr arasında hər hansı bir mübahisə yoxdur. Bundan başqa istinad edilən Qanun norması məhkəmədən məlumat gəlməsini nəzərdə tutur. Lakin məhkəmədən notariusa miras əmlakla bağlı mübahisəyə dair hər hansı qərar və ya məktub ünvanlanmamışdır. Belə olan vəziyyətdə notariusun hüququn qeydindən imtinası tamamilə qanunsuzdur. Məhkəmə iclasında İddiaçı iddia ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Masallı Regional Cavabdehndə Notariat ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X17, X7, X18, X11, X26, X8, X19, X4, X12, X27 və Masallı rayon Mahmudavar bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məkhəmə iclaslarında iştirak etmiş X22, X29, X30, X6 və X33 bildirmişlər ki, onlar və digər bacı və qardaşları atalarından qalmış miras əmlaklarını qəbul etməmişlər. Miras əmlakı qardaşları İddiaçı qəbul etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat, **********86 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Masallı rayonu, Mahmudavar kəndində yerləşən 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X2 rayon Mahmudavar bələdiyyəsindən xx.xx.2015-xx.xx.2030-cu il tarixədək müddətə icarəyə götürmüşdür. Masallı Rayon Cavabdehndə Notariat Ofisindən iddiaçıya ünvanlanmış 01 noyabr 2024-cü il tarixli, 1589 saylı məktubda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş atası X5 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi məsələsinə baxılmışdır. Həmin torpaq sahəsi bələdiyyənin hüququ yüklülüyündə olmaqla atası X13 icarəyə verilmişdir. Bununla əlaqədar Masallı rayon Mahmudavar bələdiyyəsi tərəfindən həmin icrarə müqaviləsi məhkəmədə mübahisələndirilmişdir. ölüm haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.2024-cü ildə ölmüşdür. Masallı RİHB-nın Mahmudavar kənd İƏD üzrə nümayəndəliyinin 17 oktyabr 2024-cü il tarixli, 762 saylı arayışından görünür ki, X25 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayonu, Mahmudavar kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan aşağıdakı ailə üzvləri qalmışdır: İddiaçı. X1 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları aşağıdakılardır: X22, X29, X15, X30, X23, X33, X16, X31, X6, X24 və X34. Yuxarıda qeyd edilən vərəsələrdən başqa digər vərəsələri yoxdur. 23 fevral 2015-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, X3 rayon Mahmudavar bələdiyyəsinə məxsus 0.70 ha torpaq sahəsini 15 il müddətinə icarəyə götürmüşdür. Masallı rayon Mahmudavar bələdiyyəsinin 25 avqust 2022-ci il tarixli, 34 saylı X13 ünvanlanmış məktubundan görünür ki, 0.70 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi ona icarəyə verilmiş və icarə haqqı vaxtında ödənilmədiyinə görə müqavilə şərtlərini pozur. Hal-hazırda 665 manat bələdiyyəyə borcu vardır. Masallı rayon Mahmudavar bələdiyyəsinin 02 fevral 2023-cü il tarixli, 14 saylı X13 ünvanlanmış məktubundan görünür ki, 0.70 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi ona icarəyə verilmiş və icarə haqqı vaxtında ödənilmədiyinə görə müqavilə şərtlərini pozur. Hal-hazırda 665 manat bələdiyyəyə borcu vardır. Masallı rayon Mahmudavar bələdiyyəsinin 31 oktyabr 2023-cü il tarixli, 69 saylı X13 ünvanlanmış məktubundan görünür ki, 0.70 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi ona icarəyə verilmiş və icarə haqqı vaxtında ödənilmədiyinə görə müqavilə şərtlərini pozur. Hal-hazırda 760 manat bələdiyyəyə borcu vardır. Masallı Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 2(050)-2545/2025 saylı qətnaməsi ilə iddiaçı Masallı rayonun Mahmudvar Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı icarə müqaviləsinə xitam verilməsi tələbinə dair iddiasının təmin edilməsi, Masallı rayonu Mahmudavar bələdiyyəsi ilə mərhum X25 arasında bağlanmış 25 fevral 2015-ci il tarixli icrarə müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı Mahmudavar bələdiyyəsinə məxsus olan 0.70 ha torpaq sahəsindən çıxarılması, ödənilməli dövlət rüsumunun məbləği 100 manat cavabdeh İddiaçı tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2(050)-226/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh Masallı Regional Cavabdehndə Notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22, X29, X15, X30, X23, X33, X16, X31, X6, X24, X34 və Masallı rayon Mahmudavar bələdiyyəsi) qarşı notariusun imtinasının qanunsuz hesab edilərək, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki iş üzrə icraatın Masallı Rayon Məhkəməsinin icraatında olan iddiaçı Masallı rayon Mahmudavar bələdiyyəsinin cavabdeh İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iş üzrə yekun məhkəmə aktı (qətnamə, qərar və ya qərardad) qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2025-ci il tarixli, 2(106)-508/2025 saylı qərardadı ilə Masallı rayonun Mahmudvar Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı icarə müqaviləsinə xitam verilməsi tələbinə mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-2545/2024 saylı, 18 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh İddiaçı nümayəndəsi vəkili X14 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-2545/2024 saylı, 18 noyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Masallı rayonun Mahmudvar Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2(050)-226/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh Masallı Regional Cavabdehndə Notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22, X29, X15, X30, X23, X33, X16, X31, X6, X24, X34 və Masallı rayon Mahmudavar bələdiyyəsinə) qarşı notariusun imtinasının qanunsuz hesab edilərək, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair 2(050)- 226/2025 saylı mülki işin icraatının təzələnməsi qərara alınmışdır. Masallı rayon Mahmudavar bələdiyyəsinin 30 oktyabr 2024-cü il tarixli, 31 saylı iclas protokolundan görünür ki, Masallı rayon Mahmudavar kənd sakini X13 bələdiyyə mülkiyyətinə dair kənd təsərrüfatı təyinatlı 0.70 ha torpaq sahəsi 15 il müddətinə ona icarəyə verildiyi üçün istifadə müddətində icarə haqlarını ona xəbərdarlıq edilməsinə baxmayaraq vaxtında ödəmədiyinə görə müqavilə şərtlərini pozmuş, həm də xx.xx.2024cü il tarixdə vəfat etdiyini nəzərə alıb onun torpaq sahəsi üzərində istifadə və icarə hüququna xitam verilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsində İddiaçı tərəfindən verilmiş iddia ərizəsindən görünür ki, İddiaçı cavabdeh Masallı rayonu Mahmudavar bələdiyyəsinə qarşı Masallı rayonu Mahmudavar bələdiyyəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması tələbinə dair Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Masallı Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(050)-226/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh Masallı Regional Cavabdehndə Notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22, X29, X15, X30, X23, X33, X16, X31, X6, X24, X34 və Masallı rayon Mahmudavar bələdiyyəsi) qarşı notariusun imtinasının qanunsuz hesab edilərək, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki iş üzrə icraatın Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Masallı rayonu Mahmudavar bələdiyyəsinə qarşı Masallı rayonu Mahmudavar bələdiyyəsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması tələbinə dair iş üzrə yekun məhkəmə aktının qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2025-ci il tarixli, 2(106)-1009/2025 saylı qərardadı ilə İddiaçı Masallı Regional Cavabdehndə Notariat ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X20, X29, X15, X30, X23, X33, X16, X31, X6, X24, X34 və Masallı rayon Mahmudavar bələdiyyəsi) qarşı notariusun imtinasının qanunsuz hesab edilərək qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli 2(050)-226/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2(050)-226/2025 saylı qərardadının ləğv edilməsi və mülki iş materialları yenidən baxılması üçün Masallı Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 12 avqust 2025-ci il tarixli, 2-1(120)-2071/2025 saylı qərarı ilə İddiaçı cavabdeh Masallı rayonu Mahmudavar bələdiyyəsinə qarşı Masallı rayonu Mahmudavar bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 31 saylı qərarının ləğv edilməsi barədə iddia tələbinin təmin edilməsi, Masallı rayonu Mahmudavar bələdiyyəsinin 30 oktyabr 2024-cü il tarixli, 31 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Eyni Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci Maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-i maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mərhum atası X9 birinci növbədə vərəsəsidir. İddiaçı miras əmlak olan torpaq sahəsini faktiki qəbul etmiş və onları idarə etmişdir. Həmçinin mərhumun İddiaçı başqa vərəsləri olsada, onlar iddianın təmin edilməsinə etiraz etmirlər. Odur ki, iddia təmin edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 27 yanvar 2024-cü il tarixdə ölmüş X5 miras qalmış Masallı rayonu, Mahmudavar kəndində yerləşən və icarədə olan 0.70 ha torpaq sahəsindən ibarət miras əmlakın birinci növbədən vərəsə olan İddiaçı tərəfindən faktiki qəbul edilməsi müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar