Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2275/2024 02.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X3 (sədrlik edən), məhkəmə iclasının katibi X2, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayndəsi Nümayəndə iştirakları ilə. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın əməkdaşları tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli 338232 nömrəli aktı etibarsız hesab edilməsi və yazılmış 706 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Əliyev X4 rayonu Bədəlan kəndində yaşayır. Hər bir abonent kimi o, da sayğac vasitəsi ilə X1 etmişdir və ödənişlər etmişdir. İndiyə kimi də işığa görə heç bir borcu qalmamışdır. Bir neçə gün əvvəl Masallı elektrik şəbəkəsinin Bədəlan kəndi üzrə nəzarətçisi ona 706 manat borcu olduğunu bildirərək evinə verilən elektrik enerjisini kəsəcəyini bildirmişdir. O, əməkdaşa bu məbləğdə borcu ola bilməyəcəyini bildirmişdir. Həmin vaxtı ona xx.xx.2024-cü il tarixdə yazılmış 338232 nömrəli aktın surətini göstərərək onun cərimə edildiyini bildirmişdir. Həmin aktla tanış olanda məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixində ona sayğaca müdaxilə etməyi barədə akt yazılmış və ona 706 manat cərimə hesablanmışdır. O, heç vaxtı heç bir kənar xətdən istifadə etmədiyinə, sayğaca heç bir müdaxilə etmədiyinə görə həmin aktı qanunsuz hesab edərək onun etibarsız sayılması və əsassız hesablanmış cərimənin silinməsi üçün məhkəyə müraciət etmişdir. Onun həmin aktın yazılmasından xəbəri olmamışdır. Əməkdaşlar hansı tarixdə və hansı şəraitdə akt tərtib ediblər məlum deyildir. Axı o, heç vaxtı sayğaca müdaxilə etməmişdir. Sayğac da həyətdən kənarda, küçədə işıq dirəyində quraşdırılmışdır. Bundan əlavə də hər ay istifadə etdiyi işığa görə sayğacın qeydinə əsasən nəzarətçi ona bildiriş təqdim edib və o, da həmin pulu ödəmişdir. İyun ayında da onun sayğacı 42 manat sərfiyyat hesablamışdır. Bunu onun abonent saldomdan da görmək olur. Əgər onun evində sayğacdan kənar xətt olsaydı onda sayğac bu qədər məbləği hesablaya bilməzdi. Digər tərəfdən də həmin akt qanunun tələbləri pozulmaqla tərtib edilmişdir. Amma əməkdaşlar akt tərtib edərkən ona məlumat verilməmiş, onu imza etməyini təmin edilməmişdir. Bu səbəbdən də harada və hansı pozuntu halına görə yazıldığı məlum olmayan həmin akt qanunsuz olduğu üçün akt etibarsız sayılmalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Masallı rayonu Bədəlan kəndində yaşayır. Hər bir abonent kimi o, da sayğac vasitəsi ilə X1 etmişdir və ödənişlər etmişdir. İndiyə kimi də işığa görə heç bir borcu qalmamışdır, Masallı elektrik şəbəkəsinin Bədəlan kəndi üzrə nəzarətçisi ona 706 manat borcu olduğunu bildirərək evinə verilən elektrik enerjisini kəsəcəyini bildirmişdir, əməkdaşa bu məbləğdə borcu ola bilməyəcəyini bildirmişdir. Həmin vaxtı ona xx.xx.2024-cü il tarixdə yazılmış 338232 nömrəli aktın surətini göstərərək onun cərimə edildiyini bildirmişdir. Həmin aktla tanış olanda məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixində ona sayğaca müdaxilə etməyi barədə akt yazılmış və ona 706 manat cərimə hesablanmışdır, heç vaxtı heç bir kənar xətdən istifadə etmədiyinə, sayğaca heç bir müdaxilə etmədiyinə görə həmin aktı qanunsuz hesab edərək onun etibarsız sayılması və əsassız hesablanmış cərimənin silinməsi üçün məhkəyə müraciət etmişdir. Onun həmin aktın yazılmasından xəbəri olmamışdır. Əməkdaşlar hansı tarixdə və hansı şəraitdə akt tərtib ediblər məlum deyildir, heç vaxtı sayğaca müdaxilə etməmişdir. Sayğac da həyətdən kənarda, küçədə işıq dirəyində quraşdırılmışdır. Bundan əlavə də hər ay istifadə etdiyi işığa görə sayğacın qeydinə əsasən nəzarətçi ona bildiriş təqdim edib və o, da həmin pulu ödəmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tam əsassızdır. Belə ki, iddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacda qüsur aşkar edilmişdir. Odur ki, iddia əsassız olduğundan ümumilikdə rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 11 iyun 2024-cü il tarixli, R 338232 saylı aktda qeyd edilmişdir ki, Masallı rayonu Dəmirçi kəndində yaşayan abonent İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacının göstərici şüşəsinin üzərinə maqnit yerləşdirilərək sayğacın götəricisini saxlamış və sayğacdan keçən yükün qeyd olunmasının qarşısını süni səkildə dayandırıldığı müəyyən edilmişdir. İş materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu Dəmirçi kəndində yaşayan abonent İddiaçı “EİQ pozulması” ilə əlaqədar (akt R 338232) olaraq 706.70 manat məbləğində sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları 11 iyun 2024-cü il tarixdə Masallı rayonu, Dəmirçi kənd sakini İddiaçı yaşadığı evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmiş, baxış zamanı sayğacın göstərici şüşəsinin üzərinə maqnit yerləşdirilərək sayğacın götəricisini saxlamış və sayğacdan keçən yükün qeyd olunmasının qarşısını süni səkildə dayandırıldığı əsası ilə akt tərtib edilmişdir. Həmin akt əsasında sərfiyyat hesablanmışdır. İddiaçı tərtib olunmuş aktın etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmiş və 706.70 manat sərfiyyatın silinməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş CD diskinə baxış zamanı iddiaçıya məxsus yaşayış evinə aid olan elektrik sayğacına iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi müəyyən olunmamışdır. Beləliklə məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, mübahisələndirilən akt etibarsızdır və həmin akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə bu qənaətə gələrkən qeyd edir ki, cavabdeh təşkilat tərtib edilmiş aktda qeyd edilmiş hallara dair hər hansı sübutları məhkəməyə təqdim edilməmişdir. Akt idarənin əməkdaşları tərəfindən imzalanmaqla kifayətlənilmişdir. Halbuki iddiaçı tərəf məhkəmə iclasında izahat verərək ona məxsus fərdi yaşayış evində heç bir kənar xətdən istifadə edilmədiyini, kənar müdaxilə olmadığını, hər ay hesablanmış sərfiyyatın tərəfindən lazımi qaydada ödənildiyini bildirmişdir. Belə olan halda sübutetmə vəzifəsinin bölgüsü baxımından abonentin sayğacdan kənar elektrik xəttindən istifadə etdiyini sübut etmək vəzifəsini aktı tərtib etmiş cavabdeh orqan daşıyır. Odur ki, həmin akt ehtimallara əsasən tərtib edilmiş və həqiqiliyi müəyyən olunmadığı üçün etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 11 iyun 2024-cü il tarixli, R 338232 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 706.70 manat məbləğində sərfiyyat silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2275/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2275/2024
02.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver