Məhkəmə qərarları › İş №2(050)-2290/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2290/2023

18.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2290/2023 18.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X3, iddiaçı X4 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X4 cavabdehlər "xxxx" ASC-yə, "xxxx" ASC-nin Masallı EŞ-nə, X11 Təchizatı və Satışı İdarəsinə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X7 cavabdehlər "xxxx" ASC-yə, "xxxx" ASC-nin Masallı EŞ-nə, X11 Təchizatı və Satışı İdarəsinə qarşı «aktın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-ci il tarixli 147546 saylı aktın etibarsız hesab edilməsi və əsassız olaraq hesablanmış 654 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun Masallı rayonu Həsənli kəndində yaşayış evi vardır. Həmin ev elektrik enerjisi ilə təmin edilmiş, qaydalara və qanunlara uyğun olaraq sayağacın sərf etdiyi aylıq elektrik enerjisinin pulunu da tam ödəmişdir. Bu vaxta kimi heç vaxt sayağaca müdaxilə edilməmiş, əlavə xəttdən istifadə etməmişdir. xx.xx.2019-cu il tarixdə "xxxx" ASC-in əməkdaşları onun evində quraşdırılmış sayağaca baxış keçirmiş, baxış zamanı barəsində AKT R 147546 saylı akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, sayağac sixemdən çıxarılmış və hesabat çarxı yerindən çıxmışdır. Həmin tarixdə akt tərtib edilmiş, bir neçə şəxs imzalamış o, isə imza etməkdən imtina etmişdir. Buna səbəb isə o, sayağaca heç bir müdadxilə etməməsi olmuşdur. Çünki işıq idarəsinin işçiləri özləridə bilmirlər ki, akta nə yazmışlar. O, necə sayğacın birləşmə sxeminə müdaxilə edə bilər və bu barədə sübutları olmalıdır. Göründüyü kimi, heç bir əsas olmadan qanunsuz olaraq ona əlavə 654 manat sərfiyyat hesablanmışdır. Halbuki o, qeyd edilən məbləğdə işıq sərf etməmişdir. Heç onun evinə sayğac bir ay ərzində 100 manat yazmır. Necə ola bilər ki, ona 654 manat işıqdan istifadə etməyi yaza bilərlər. Halbuki, qanunvericilik işıqdan istifadə qaydalarının pozulması halında 1 aylıq istifadə göstəricilərini əsas tutulmasını qeyd etmişdir. Evinin X2 yükü amperemaj cihazı ilə yoxlamadan ona əsassız olaraq sərfıyyat hesablamışlar. Cavabdeh təşkilat qanunsuz olaraq akt tərtib etmiş, həmin akt əsasında amperamaj cihazı ilə evin yükü yoxlanılmadan əsassız sərfıyyat hesablamışdır. Odur ki, akt etibarsız hesab edilməsini və əsassız yerə hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X7 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında qeyd edilən akt əsaslı olduğundan iddianını rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 05 avqust 2019-cu il tarixli, R 147546 saylı aktdan görünür ki, Masallı rayonu, Həsənli kəndində yaşayan abonent Ruhəngiz Quliyevaya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacı E.E.İ.Q-nin tələblərinə uyğun olaraq aşkar olundu ki, sayğacına baxış zamanı sayğacın sxemdən çıxarıldığı, hesabat çarxının yerindən çıxdığı müəyyən olmuşdur. İş materiallarında olan Abunə Haqqında məlumatdan görünür ki, Masallı rayonu Həsənli kənd sakini X7 2019-cu il tarixdə 252+345.95 manat məbləğində, cəmi 597.95 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X2 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.13-cü bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Həmin Qaydaların 8.14-cü bəndinə görə istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 8.1-ci bəndinə görə dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları 05 avqust 2019-cu il tarixdə Masallı rayonu, Həsənli kənd sakini X6 məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, baxış zamanı sayğacına baxış zamanı sayğacın çıxışından quraşdırılmış mühafizə açarı tərəfindən açılmasına baxmayaraq abonent fərdi yaşayış evində elektrik enerjisindən kənar istifadə etdiyi müəyyən olunmuş və bununla bağlı akt tərtib edilmişdir. Hazırda isə iddiaçı X7 elektrik enerjisinə görə əsassız hesablanmış borcun ləğv olunması üçün məhkəməyə müraciət etmiş və borcun silinməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, "xxxx" ASC-nin əməkdaşları 09 dekabr 2022-ci il tarixdə Masallı rayonu, Çaxırlı kənd sakini X6 məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər, baxış zamanı sayğaca baxış zamanı sayğacın sxemdən çıxarıldığı, hesabat çarxının yerindən çıxdığı göstərsələr də bununla bağlı hər hansı video və foto çəkiliş aparılmamış, hal şahidləri dəvət olunmamış, yalnız idarənin əməkdaşları tərəfindən tərtib olunmuş aktla kifayətlənmişlər, həmçinin sayğacda hər hansı qüsurun olması barədə ekspert rəyini almadan iddiaçını cərimə etmişlər, bu hallar isə qanunverciliyin tələblərinə ziddir. Həmçinin, “X2 Qaydalarına” əsasən də "xxxx" ASC-nin əməkdaşlarının fiziki şəxs barəsində qərar qəbul etmək, ziyanın həcminin birbaşa heç bir mütəxəssis rəyi alınmadan müəyyən etmək səlahiyyətləri müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunverciliyin tələbindən göründüyü kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iddia üzrə iddiaçı öz tələbinin əsası kimi sübutlar təqdim etsə də, cavabdeh tərəfə öz etirazının əsası kimi sübutlar təqdim etməmişdir. İddiaçı iddia ərizəsində onun barəsində tərtib olunmuş akta əsasən hesablanmış cərimə məbləğinin 654 manat olmasını qeyd etsə də, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının silinməsini tələb etdiyi borc 654 manat deyil, 597.95 manat təşkil edir, ona görə də iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 05 avqust 2019-cu il tarixli, R 147546 saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış 597.95 (beş yüz doxsan yeddi manat, doxsan beş qəpik) manat məbləğində cərimə silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 05 avqust 2019-cu il tarixli, R 147546 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 597.95 (beş yüz doxsan yeddi manat, doxsan beş qəpik) məbləğində cərimə silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar