Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2439/2024 07.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bacısı X7 l-ci qrup əlil olmaqla ağır dərəcəli əqli gerilik xəstəsidir. Hazırda bacısı əmək qabiliyyətsizliyi olduğundan bacısına o baxır. Fəaliyyət qabiliyyətsizliyi olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının rəyidə verilmişdir. Bu vaxta kimi Ramizənin qulluğunu o tutur onun gündəlik təlabatı ilə o məşqul oluram. Xəstə bacısı Ramizənin onun qəyyumluğuma verilməsi ilə bağlı İcra hakimiyyətinə müraciət etsə də qəyyumluq himayə orqanı Mülki Məcəllənin 33.4-cü maddəsini əsas tutaraq qəyyumluq barədə sərəncam verə bilmir. Bacısı Ramizənin fəaliyyət qabiliyyəti olmadığından onun müalicəsinin davam etdirilməsi, dövlət tərəfindən müəyyən edilmiş bir sıra güzəşt və müavinətləri almaqla yanaşı onun hər hansı bir sənədlərinin alınmasında, şəxsiyyət vəsiqəsinin, xarici pasport kimi digər sənədlərin düzəldilməsində çətinliklər çəkir. Ramizənin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün bir sıra orqanlara müraciət etmiş, lakin heç bir nəticəyə nail ola bilməmişdir. Bu da Ramizənin hüquqlarını həyata keçirməkdən məhrum olmasına səbəb olmuşdur. Odur ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda ərizənin təmin olunmaqla bacısı xx.xx.1966-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi qızə ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, xx.xx.1966-cı il təvəllüdlü X7 onun bacısıdır. O, müddətsiz İ dərəcəli əlildir. Bir sıra sənədləşmə işlərinin aparılması bacısının vəziyyəti səbəbindən mümkün olmur. Ekspert tərəfindən də uşağın fəaliyyət qabiliyyətinin olmaması barədə rəy verilmişdir. Ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, ekspert rəyindən də görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsas var. Ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, Masallı rayonu, Bədəlan kəndində doğulmuş xx.xx.1966-cı il təvəllüdlü X2 atası X8, anası X6r. Doğum haqqında şəhadətnamədən görünür ki, Masallı rayonu, Bədəlan kəndində doğulmuş xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi atası X8, anası X6r. Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 01 may 2024-cü il tarixli elektron çıxarışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X4 USİ-dən sonra qalıq əlamətlər, ətrafların tetraparezi, debillik yüngül dərəcəsi aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli, 2704 saylı rəyindən görünür ki, X4 Uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar və halhazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxs doğuş travması ilə anadan olması, körpəlikdən serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo- fiziki inkişafda geri qalması, nitqi zəif inkişaf etməklə, tək-bir sözlərdən ibarət olması, bununla əlaqədar əvvəl nevropatoloqun müalicəsini qəbul etmiəsi, sonralar yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla müalicələrdə olması, əqli geriliyi, narahatlığı, hərdən fizioloji ifrazatları ilə natəmiz olması, hərdən narahatlığını, qışqırması, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.1990-cı il tarixdə müayinə edilərək “USİ-nin qalıq əlamətləri, ətrafların tetraparezi. Debillik yüngül dərəcə” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi,xəstəliyi ilə əlaqədar hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırki müayinə zamanı orta dərəcəli əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X4 Uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli geriliklə müəyyən edilir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X7 onda müəyyən edilən uşaq serebral iflici, orta dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X1 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli, 2704 saylı rəyindən görünür ki, X4 Uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli geriliklə müəyyən edilir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X7 onda müəyyən edilən uşaq serebral iflici, orta dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 09 noyabr 1966-cı il təvəllüdlü Masallı rayonu, Bədəlan kəndində doğulmuş X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim:Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2439/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2439/2024
07.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver