Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2459/2023 25.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X3, iddiaçının nümayəndəsi X5 və cavabdeh "xxxx" ASC-nin nümayndəsi Nümayəndə iştirakları ilə. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və cərimənin silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 08 may 2023-cü il tarixli 291283 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında müəyyənləşdirilmiş 560 (beş yüz altımış) manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun yaşadığı kənddə özünə məxsus fərdi yaşayış evi vardır. Fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli “X2 Qaydalar” na uyğun olaraq müqavilə əsasın sayğac vasitəsi ilə dəyəri hesablanmaqla elektrik enerjisi ilə təmin olunmuşdur. O, da fiziki şəxs kimi hər ay sayğac vasitəsi ilə hesablanmış elektrik enerjisinin dəyərini tarif planına uyğun dəyər ilə ödəmişdir. Heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. "xxxx" ASC-nin əməkdaşları gəlib yaşadığı evə quraşdırılmış sayğaca baxış keçirmişlər və xx.xx.2023-cü il tarixli 291283 saylı akt tərtib edilmişlər. Həmin akta görə o elektrik sayğacının alt qapaq hissəsində müdaxilə məqsədi ilə deşici alətlə sındırması və sayğacın girişinə müdaxilə edilməsi qeyd edilmişdir. Buna görə o, 560 manat həcmində cərimələmişlər. O, Elekrtik İdarəsinin tərtib etdiyi aktla razılaşmır. Həmin akt qanunsuz və əsassızdır, buna görə də, ləğv olunmalıdır. Belə ki, o, sayğaca hər hansı bir müdaxilə etməmişdir. Sayğacı zədələməmiş, sayğacdan kənar isə heç bir xətt çəkməmişdir. Qeyd olunanlar bir uydurma və yalandır ki, Elekrtik İdarəsi tərəfindən o günahlandırılmışdır. Həmçinin onun evinə və ümumiyyətlə kəndlərində qoyulan elektrik sayğaclarının müddəti bitmişdir. Belə olduğu təqdirdə Elektrik İdarəsinin əməkdaşları tərəfindən qanunun şərtlərinə görə vaxtı keçmiş elektrik sayğacları pulsuz olaraq dəyişdirilməlidir. İşıq idarəsinin əməkdaşları onu cərimə etmişdir. Lakin həmin cərimə qərarının alınmasında ötrü müraciət etsə də, cərimə qərannı (protokolunu) ona verməmişlər. Akt və cərimə qərarı əsassız və qeyri-qanunidir. Elektrik sayğaclarının vaxtı bitdiyi zaman həmin sayğaclar dövlət hesabına vətəndaşdan heç bir pul alınmadan dəyişdirilir. Elektrik Şəbəkəsinin əməkdaşları sayğaca müdaxilə etdiyini sübut edəcək heç bir sübutları yoxdur, nə foto və video çəkilişləri, nədə ki, qonşulardan, kənd sakinlərindən, yəni şahid ola biləcək heç bir insanın şahid olmasını təsdiq edən heç bir sənəd-sübutları yoxdur. Sadəcə öz əməkdaşlarını şahidliyi ilə belə bir akt tərtib etmişlər. Həmçinin sayğacda hansı nasazlığm olmasını sübut edəcək ekspert rəyi yoxdur. Ona görə də, hazırda həmin akt etibarsız hesab olunması və cərimənin silinməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borcu hər zaman vaxtında ödəmişlər. Bu səbəbdən akt etibarsız hesab olunmalı, borc məbləği silinməlidir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tam əsassızdır, iddiaçı 08 may 2023-cü il tarixli R 291283 saylı aktın etibarsız hesab edilməsi barədə heç bir sübut təqdim etməmiş və tələbini əsaslandırmamışdır. Odur ki, iddia əsassız olduğundan ümumilikdə rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 08 may 2023-cü il tarixli, R 291283 saylı aktda qeyd edilmişdir ki, Masallı rayonu Rüdəkənar kəndində yaşayan abonent Təranə Abbasovaya məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına EEİQ-nin qaydalarına uyğun olaraq baxış keçirilərkən abonentin sayğacdan elektrik sayğacının alt qapaq hissəsində müdaxilə məqsədi ilə deşici alətlə sındırılması və sayğacın girişinə müdaxilə edilməsi müəyyən edilmişdir. İş materiallarında olan Abunə Haqqında məlumat cədvəlindən görünür ki, Masallı rayonu Rüdəkənar kəndində yaşayan abonent X6 “EİQ pozulması” ilə əlaqədar (akt R 291283) olaraq 560.24 manat məbləğində sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X2 Qaydalarının 8.2-ci bəndinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Eyni qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları 08 may 2023-cü il tarixdə Masallı rayonu, Rüdəkənar kənd sakini İddiaçı yaşadığı evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmiş, baxış zamanı sayğacdan kənar xətdən istifadə edilməsi əsası ilə akt tərtib edilmişdir. Həmin akt əsasında sərfiyyat hesablanmışdır. Hazırda İddiaçı tərtib olunmuş aktın etibarsız hesab edilməsi üçün məhkməyə müraciət etmiş və 560 manat sərfiyyatın silinməsini xahiş etmişdir. Aşağıda qeyd edilənlərə əsasən akt etibarsızdır və həmin akt əsasında hesablanmış borc silinməlidir. Məhkəmə bu qənaətə gələrkən qeyd edir ki cavabdeh təşkilat tərtib edilmiş aktda qeyd edilmiş hallara dair hər hansı sübutları məhkəməyə təqdim edilməmişdir. Akt idarənin əməkdaşları tərəfindən imzalanmaqla kifayətlənilmişdir. Halbuki iddiaçı tərəf məhkəmə iclasında izahat verərək ona məxsus fərdi yaşayış evində heç bir kənar xətdən istifadə edilmədiyini, hər ay hesablanmış sərfiyyatın tərəfindən lazımi qaydada ödənildiyini bildirmişdir. Belə olan halda sübutetmə vəzifəsinin bölgüsü baxımından abonentin sayğacdan kənar elektrik xəttindən istifadə etdiyini sübut etmək vəzifəsini aktı tərtib etmiş cavabdeh orqan daşıyır. Odur ki, həmin akt ehtimallara əsasən tərtib edilmiş və həqiqiliyi şübhə doğurur. Mülki Məcəlləyə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2.). Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia təmin edilsin. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 08 may 2023-cü il tarixli, R 291283 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 560 manat məbləğində sərfiyyat silinsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2459/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2459/2023
25.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver