Məhkəmə qərarları › İş №2(050)-2471/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2471/2025

06.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2471/2025 06.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Ərizəçi və digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi) sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1998-ci il tarixli, 25 nömrəli qərarı ilə Kod 80509018, JN-061A saylı torpağın mülkiyyətə verilməsinə dair X1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci ildə Masallı rayonunun Yeyənkənd kəndində anadan olmuşdur. Həmin ünvanda qeydiyyatda olmaqla, orada yaşayır. Mərhum atası X9 dövrünə görə mülkiyyətində olan evdə yaşamışdır. Anası, X20 1960-cı ildə vəfat etdikdən sonra, atası, X18 1961-ci ildə Masallı rayonu, Kosakül kənd sakini X21 ilə ailə həyatı qurmuşdur. Atası, X18 xx.xx.1982-ci ildə vəfat etmişdir. Bundan sonra, mülkiyyətlərində olan 0.14 ha həyətyanı torpaq sahəsində 1990-cı ildə iki mərtəbəli, ümumi sahəsi 120 kv.m. olan fərdi yaşayış evi inşa etdirmişdir. Özü inşa etdirdiyi evində analığı X21 ilə xx.xx.2011-ci il tarixdə vəfat edənə qədər o və ailəsi birlikdə yaşamışlar. Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 saylı qərarı ilə təsərrüfat başçısı analığı, X24 göstərilməklə, Kod 80509018, JN-061 nömrəli Şəhadətnamə ilə ona və ailə üzvlərinə 0.14 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda sözügedən torpaq sahəsinə Çıxarış almaq zərurəti yaranmışdır. Masallı rayon Aqrar İslahat Komissiyasının Kod 80509018, JN-061A saylı, 16 aprel 1998-ci il tarixli, 25 nömrəli qərarı ilə ona və ailə üzvlərinə verilmiş şəhadətnaməyə Çıxarış verilməsini cavabdeh təşkilatdan xahiş etmişdir. Sözügedən Şəhadətnamədə hüquq sahiblərinin soyadı, adı və ata adına düzəliş olunması ərazi idarəsinin səlahiyyətləri xaricində olduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfındən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının” müəyyən dilməsi məhkəmə orqanlarının səlahiyyətində olduğundan, məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli, 25 saylı qərarı ilə ona və ailə üzvlərinə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair Kod 80509018, JN-061A X2 adı və soyadı səhvən X24, Ərizəçi2 adı səhvən X10 yazılmışdır. Belə olduğu halda, hər hansı bir sənədləşmə aparanda bu uyğunsuzluq onlara maneə yaradır. Hazırda da elektron xəritələri hazırlanıb, çıxarışları götürmək istədikləri vaxt bu problemlə rastlaşmışlar. Məhkəmə iclasında ərizəçi və digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: “Torpağın mülkiyyətə verilməsinə” dair JN-061A Kod 80509018 saylı şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1998-ci il tarixli, 25 saylı qərarı ilə Masallı rayonu, Yeyənkənd kənd sakinləri X22, X7, X14, X6, X4 və X5 0.14 hektar fərdi yaşayış evi üçün torpaq sahəsi verilmişdir. doğum haqqında arayışdan görünür ki, xx xxxxxx 1983-cü il təvəllüdlü Ərizəçi2 atası Ərizəçi1, anası X15r. Seriya AZE №03317593 vətəndaşın şəxsiyyət vəsiqəsindən görünür ki, X21 XX.XX.1924-cü ildə Masallı rayonu, Kosakül kəndində anadan olmuş və Masallı rayonu Yeyənkəndində qeydiyyatda olmuşdur. ölüm haqqında arayışdan görünür ki, X21 14 may 2011-ci il tarixdə vəfat etmişdir. Masallı RİHB-nın Yeyənkən kənd İƏD üzrə nümayəndəsinin və Masallı rayonu Yeyənkənd Bələdiyyəsinin 23 yanvar 2025-ci il tarixdə tərtib etdikləri aktdan görünür ki, JN-61AD Kod 80509018 saylı şəhadətnamədə texniki səhv olaraq torpaq mülkiyyətçilərindən X13 adı və soyadı səhvən X24, Ərizəçi2 adı səhvən X3 yazılmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, şəhadətnamədə torpaq mülkiyyətçilərin adlarında düzəliş edilməsi ilə əlaqədar Ərizəçi1 müraciətindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər içtimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün qanuni əsaslar var. Ərizəçi qeyd olunan faktları təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Tələb əsaslı və qanunauyğundur. Odur ki, ərizə təmin edilməli, Masallı Rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1998-ci il tarixli, 25 saylı qərarı ilə 0.14 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə” dair JN-061A Kod 80509018 saylı şəhadətnamənin Ərizəçi2 və X17 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Masallı Rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1998-ci il tarixli, 25 saylı qərarı ilə 0.14 hektar torpaq sahəsinin verilməsinə dair tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə” dair JN-061A Kod 80509018 saylı şəhadətnamənin Ərizəçi2 və X17 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X29

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar