Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2489/2023 04.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçi İddiaçı cavabdeh X1 X4 İstismar İdarəsinin əməkdaşlarının tərtib etdikləri ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1555,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd olunan ünvanda fərdi evdə yaşayır. Həmir ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmişəm və tərəfindən qaz sayğacına heç zaman müdaxilə olunmayıb.xx.xx.2023-cü ildə Cavabdeh İstehsal Birliyinin əməkdaşlar tərəfindən mülkiyyətində olan fərdi evin “Elster” Tipli, “G-4T” markalı mexanik qaz sayğacının çıxarılması və yerinə “Zenner” Tipli, “G-4T” markalı “Smart-kart sayğacın quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərti edilərək elektron müraciətim 10 gün müddətində reallaşdı. Sonuncu dəfə bu ili fevral ayında 68 manat qaz pulu ödənişi etdikdən sonra, elektron qaydad Azəriqaz İB-nə müraciət etib ki, quraşdırılan “G-4T” markalı mexaniki qaz sayğaclarının istismar müddəti 5 ildir, halbuki onlarda 6 ildən yuxarıdır ki quraşdırılıb, odur ki, yenilənmə zəruridir. İki aya yaxın müddət keçdi, Cavabdeh İB Lənkər; Regional Qİİ xx.xx.2023-cü il tarixdə məktub göndərərək göstərib ki, siz ünvanda olan “G-4T” markalı 10069639 nömrəli mexaniki məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və metrologiya departamentinin verdiyi rəyə əsasən ünvanlarından çıxarılmış sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Bu səbəblərdən (qaz itkisi, müdaxilə) sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Azərbayc Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı təsdiq edilmiş “qazdan isifadə Qaydaları"nın 1.3 bəndinə uyğun olar bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçı, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi istehlakçıdan tələb etmək) tələblərinə əsasən, itirilmiş qaz bərpa edilsin. Dəymiş ziyan həcmi 6x24x90= 12960 kub metr. Müdaxilə edilmiş sayğacın ziyan dəyəri 1555,20 manat ödənilməlidir. Guya fərdi evində quraşdırılmış əvvəlki mexaniki qaz sayğacı işlək deyilmiş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. Buna görə də cavabdeh qurum sayğacı istismarı yarasız kimi qiymətləndirilir. Qeyd edir ki, xx.xx.2023-cü ilə qədər fərdi evində əvvəlki mexaniki qaz sayğacı olub və həmin tarixə qədər həmin sayağac işləyib, sayağacın göstəriciləri, əsasında o, təbii qaza görə ayba ay, ilbə il haqq ödəmişdir. Əgər həmin sayğac işlək deyilsə, o halda o sayğacı necə işlədə bilərdi və evinə təbii qaz necə gələ bilərdi?!Digər tərəfdən, məlum olubsa ki, həmin sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, bunda onun hər hansı təqsirim yoxdur. Son vaxtlar hər ayın oxunuş vaxtı nəzarətçiyə dəfələrlə müraciət olurdu ki, sayğac həmişəki sərfıyyatından artıq yazır, rəqəmlər sanki şişirdilir, amma şübhələrinə heç bir məhəl qoyulmurdu.Nəhayət ki rəsmi müraciətdən sonra, köhnə sayğac onun, şahidlərin iştirakı təmin olunmadan çıxarılıb, bu zaman videoçəkilişlər aparılmayıb, həmin əzik- cızıqlar da, çox yəqin ki, qaz idarəsinin əməkdaşları tərəfindən mexaniki sayğac çıxarılarkən ehtiyatsızlıqdan yaranıb. O, ümumiyyətlə həmin adları çəkilən sayğac detallarından məlumatlı deyiləm və hər hansı müdaxiləni də bacarmıram.Əgər sayğac işlək deyildisə və göstərilən çatışmazlıqlar var idisə, həmin köhnə sayğac yeni qaz sayğacı ilə əvəz olunarkən, cavabdeh qurumun əməkdaşları bu faktı aşkar edə bilərdi, onu, şahidləri məlumatlandırardı və tərtib edilmiş aktda bu barədə müvafiq qeydlər apara bilərdi. Aktdan da görünür ki, orada belə qeydlər aparılmayıb. Buna görə də cavabdehin 12960 kub.metr əlavə qaz sərfıyyatı yükləyərək, ondan 1555,20 manat tələb etməsi tamamilə qanunsuzdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, sayğac küçədə yerləşir, onun tərəfindən sayğaca müdaxilə olunmamış, aktın qəbul edilməsindən məlumatları olmamışdır. Aktda onun adı formal olaraq qeyd olunmuş, ona imza üçün akt təqdim olunmamışdır. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5.-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 29 aprel 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayağacdan qaz keçir, hesabalama mexanizmi keçən qazın həcmini qeyd etmir, itirilmiş təbii qazın dəyəri hesablanması və ödənilməsi tələb olunmuşdur. 29 aprel 2023-cü il tarixli qərarın surətindən görünür ki, 29 aprel 2023-cü il tarixli, ******* saylı akta əsasən 12960 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği müəyyən edilməklə İddiaçı tərəfindən ödənilməsi tələb olunmuşdur. İddiaçıya aid abonent saldosundan məlum olur ki, onun istehlak etdiyi qaz sərfiyyatına görə hər ay sərfiyyata müvafiq ödənilməli olan məbləğlər göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz 6 edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehin təqdim etdiyi sübutlar sayğacın iddiaçının iştirakı və məlumatı olmadan ekspertizaya göndərildiyini və aktın onun iştirakı və məlumatı olmadan tərtib olunduğunu təsdiq edir. İlkin akt tərtib olunarkən abonentə başqa heç bir irad, o cümlədən sayğaca kənar müdaxilə edilməsi barədə irad tutulmamışdır. Eyni zamanda ekspertizanın nəticəsinə dair aktda sayğacda aşkar olunmuş qüsur və iddiaçının təqsirinin olması müəyyən olunmur. Mübahisəli aktın tərtib olunması ona əsas verir ki, ümumiyyətlə aktın tərtibi formal xarakter daşımış, müdaxilənin kim tərəfindən edilməsi araşdırılmamışdır. Belə ki, həmin aktda qeyd olunmuş qüsurun bilavasitə abonent tərəfindən törədilməsi, qaz sayğacının hesablayıcı mexanizminin sıradan çıxması, eləcə də qaz sayğacından keçən qazın sayğac tərəfindən qeydə alınmaması anlamına gələ bilməz. Fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. Mövcud qanunvericilik qaz sayğacının zədələnməsinin istehlakçının təqsiri üzündən baş verməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilməsi bilavasitə qaz paylayıcısının vəzifəsidir və bu cür sübutlar olmadan qaz sayğacının dəyərinin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin kim tərəfindən edilməsi, əgər müdaxilə olmuşsa onun təqsirliliyi, itirilmiş qaz sərfiyyatını müəyyən etmək üçün nə vaxtdan qaz sərfiyyatının itirilməsi, habelə müdaxilənin aşkar olunduğu tarixə qədər olan dövrün araşdırılması təmin edilməli və sübuta yetirilməli idi. Bundan başqa 29 aprel 2023-cü il tarixli akt tələbnaməsində təsdiq olunmuş qərardan göründüyü kimi, itirilmiş qaz sərfiyyatı ehtimallarla hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X3 İdarəsinin İddiaçı adına tərtib etdiyi 29 aprel 2023-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 12960 kub metr kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borc məbləği silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2489/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2489/2023
04.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver