Məhkəmə qərarları › İş №2(050)-2495/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2495/2023

23.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2495/2023 23.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdehnə, Cavabdeh Lənkəran X2 İdarəsinə və Cavabdeh Lənkəran RQİİ-nin Masallı xidmət sahəsinə qarşı əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə, Cavabdeh Lənkəran X2 İdarəsinə və Cavabdeh Lənkəran RQİİnin Masallı xidmət sahəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qalıq borc kimi yazılmış 384 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əsasız olaraq hesablanmış 380.80 manat borcun silinməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda Masallı rayonu, Köhnə Alvadı kəndində ailəsi ilə birlikdə yaşayır. Yaşayış evi abonent kodu **********04290 olmaqla Cavabdeh tərəfindən qazla təmin olunmaqdadır. Cavabdeh İB tərəfindən ona 2009-cu ilin sonlarında 84 manat, 2010-cu ilin yanvar ayında 200 manat, həmin ilin mart ayında isə 100 manat məbləğində qanunsuz borc yazılmışdır. Halbuki, həmin dövrlərdə ona məxsus evdə ümumiyyətlə qaz sayğacı olmamışdır. Məsələnin araşdırılması və qanunsuz borcun silinməsi üçün rayon qaz idarəsinə müraciət etsə də, müraciətləri nəticəsiz qalmışdır. Bundan sonra 2011-ci ilin avqust ayında onun evinə qaz sayğacı quraşdırılmışdır. Bunun üçün ondan sayğacın quraşdırılma xərci kimi 70 manat tələb edilmişdir. O, da öz növbəsində həmin məbləği bank hesabına ödəmişdir. Sonradan ona aydın olmuşdur ki, həmin 70 manat məbləğ ona qanunsuz yazılmış borcdan çıxılıb və onun borcu guya 314 manat olub. Halbuki, bunu qəbul etmədiyini, Cavabdehnə hər hansı borcunun olmadığını bildirmişdir. Daha sonra Cavabdeh ona qarşı borc tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-1007/2020 nömrəli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(106)-2414/2020 nömrəli qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-1007/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan borc ondan tələb edilməsə də, adından silinməmişdir. Belə ki, ona gələn bildirişlərdə və abonentin saldosunda hələ də həmin borc məbləği qeyd olunur. Borcun silinməsi ilə bağlı cavabdehə müraciət etdikdə isə məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Cavabdehlərin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 iyun 2020-ci il tarixli, 2(050)-1007/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı 324 manat debitor borc tələbi barədə iddiası təmin edilməmişdir. Abonentin saldosundan və təbii qazın dəyərinin ödənilməsi barədə bildirişdən görünür ki, Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 iyun 2020-ci il tarixli, 2(050)-1007/2020 saylı qətnaməsi ilə əsassız hesab edilmiş 324 manat məbləğində borc silinməmişdir. Abonentin saldosundan görünür ki, ona aid evə verilən təbii qazın sərfiyyatını qeydə almaq üçün xx.xx.2011-ci ildə sayğac quraşdırılmış, abonentin saldosunda onun sayğac göstəricisinə əsasən borcu 03/2011-ci ildə 380.80 manat, 08/2011-ci ildə qazın sərfi “0”, 08/2011-ci ildə 70 manat ödəniş edilmiş, ödəniş edildikdən sonra həmin tarixə borc 310.80 manat, sayğacın göstəricisi “0” göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiy qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında göstərilmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 iyun 2020-ci il tarixli, 2(050)-1007/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı 324 manat debitor borc tələbi barədə iddiası təmin edilməmişdir. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, həmin borc məbləği abonentin saldosundan silinməmiş və borc məbləği kimi qalır. Bundan başqa, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, abonentə aid evə verilən təbii qazın sərfiyyatını qeydə almaq üçün xx.xx.2011-ci ildə sayğac quraşdırılmış, abonentin saldosunda onun sayğac göstəricisinə əsasən borcu 03/2011-ci ildə 380.80 manat, 08/2011-ci ildə qazın sərfi “0”, 08/2011-ci ildə 70 manat ödəniş edilmiş, ödəniş edildikdən sonra həmin tarixə borc 310.80 manat, sayğacın göstəricisi “0” göstərilmişdir. Abonentə aid evə verilən təbii qazın sərfiyyatını qeydə almaq üçün xx.xx.2011-ci ildə sayğac quraşdırıldığı halda, ona qeyd edilən tarixədək sayğac göstəricisinə əsasən borc hesablanmışdır. Halbuki, qeyd edildiyi kimi abonentə aid evə sayğac xx.xx.2011-ci ildə quraşdırılmışdır. Cavabdeh borcun hansı əsasla hesablanması barədə məhkəməyə sübut təqdim etməmişdir. Mübahisələndirilən borc üzrə iddia hətta əsassız olsaydı (hesablanmış borc qanuni olsaydı) belə, həmin borca görə müddətin keçməsinə görə öhdəliyə xitam verilmiş olardı. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir (m. 551.1). Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir (m. 551.2, 551.2.1). MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı aid abonentin saldosuna hesablanmış 380.80 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı aid abonentin saldosuna hesablanmış 380.80 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar