Məhkəmə qərarları › İş №2(050)-2506/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2506/2025

18.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2506/2025 18.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilən işin halları: İslahat zamanı kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,89 ha payıbəlli torpaq sahəsi ailə üzvlərilə birlikdə mülkiyyətlərinə verilmiş və həmin torpaqla bağlı Torpağa mülkiyyət hüququna dair JN-192 Kod 80505049 saylı Dövlət Aktı tərtib edilmişdir. Lakin həmin Dövlət Aktında soyadı və ata adı yazılsa da, səhvən adı yazılmamışdır. Belə ki, islahat zamanı atası Şahid1 təsərrüfatında olmaqla hazırda da həmin təsərrüfatdadır. İslahat zamanı təsərrüfatlarında olan digər ailə üzvlərinin adları qeyd edilsə də, onun yalnız soyadı və ata adı qeyd edilmişdir. Dövlət aktına adı düşməyən başqa heç bir bacısı yoxdur. Ümumiyyətlə Zülfiyyə adlı yalnız bir bacısı vardır ki, onun da adı Dövlət Aktında qeyd edilmişdir. Atasının onunla Zülfiyyədən başqa qızı yoxdur. Bu isə bir daha onu göstərir ki, X21 - Əyyar qızı yazılan şəxs odur. Bu fakt şəxsiyyətini təsdiq edən sənədlərdə, həmçinin doğum aktının qeydiyyatı ilə bağlı və yaşayış yeri barədə arayışlarda da əks olunmuşdur. Adının düzgün qeyd edilməməsi paylı mülkiyyətçi olduğu həmin torpaq üzərində sərəncam vermək hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Bu səbəbdən də Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında hüquq sahiblərindən biri olması faktının müəyyən edilməsi zəruridir. Ərizəçinin tələbi: Masallı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 42 nömrəli qərarı ilə verilmiş 0,89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququna dair JN-192 kod 80505049 saylı Dövlət Aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin mövqeyi: Ərizəçi və onun nümayəndəsi Nümayəndə hər biri ayrı-ayrılıqda məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Şahid1 ifadəsində bildirmişdir ki, ərizəçi onun qızıdır. Onun Rəşad, Zülfiyyə və Ülviyyə adlarında üç övladı vardır. JN-192 kod 80505049 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında qızı Ülviyyənin adı qeyd edilməmişdir. Dövlət aktında hüquq sahiblərinin adlarının qeyd edildiyi siyahıda dördüncü yerdə Ərizəçi adı qeyd edilməlidir. Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçi onun qızıdır. Onun Rəşad adında bir oğlu, Zülfiyyə və Ülviyyə adlarında iki qızı vardır. JN-192 kod 80505049 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında qızı Ülviyyənin soyadı və ata adı qeyd edilsə də adı qeyd edilməmişdir. Dövlət aktında hüquq sahiblərinin adlarının qeyd edildiyi siyahıda dördüncü yerdə qızı Ərizəçi adı qeyd edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsininin xx.xx.2025-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, ona Masallı rayonu ərazisində ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə adının qeyd olunmamasına görə sənədin ona məxsus olması faktının müəyyən edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. JN-192 kod 80505049 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından görünür ki, Şahid1 Əslan oğlu və onun ailə üzvləri olan X2, Nümayəndə, Əliyeva --- Əyyar qızının, X3, X8, X1, X9, X6 və X10 birgə mülkiyyətlərinə 0,89 ha torpaq sahəsi verilmişdir. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1984-cü ildə Masallı rayonu Bədalan kəndində anadan olmuşdur. Atası Şahid1, anası Şahid2dır. Doğum haqqında arayışdan görünür ki, Nümayəndə xx.xx.1982-ci ildə Masallı rayonu Bədalan kəndində anadan olmuşdur. Atası Şahid1, anası Şahid2dır. Masallı RİBH-nin Bədəlan kənd İƏD-si üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli aktdan görünür ki, JN-192 kod 80505049 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında texniki səhvə yol verilmiş, Şahid1 əvəzinə Şahid1 Əslan oğlu, Şahid2 əvəzinə X5, Ərizəçi əvəzinə Əliyeva – Əyyar qızı, X18 əvəzinə X4, X19 əvəzinə X20, X12 əvəzinə X15 yazılmışdır. Masallı RİBH-nin Bədəlan kənd İƏD-si üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 5-66/5/2-52/2025 saylı məktubdan görünür ki, Ərizəçi yaşadığı təsərrüfat atası Şahid1 məxsusdur və həmin təsərrüfatda Şahid1, Şahid2, Nümayəndə, Ərizəçi, X7, X13, X16 və X17 vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1. və 307.2.5-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının həmin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 №-li Qərarının: 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3-cü bəndinə əsasən Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə izahatı, şahid ifadələrini və iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan mötəbər və təkzibolunmaz sübutlara əsasən müəyyən olunur ki, JN-192 kod 80505049 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından görünür ki, Şahid1 Əslan oğlu və onun ailə üzvləri olan X2, Nümayəndə, Əliyeva --- Əyyar qızının, X3, X8, X1, X9, X6 və X10 birgə mülkiyyətlərinə 0,89 ha torpaq sahəsi ayrılmışdır. Həmin dövlət aktında Ərizəçi soyadı və ata adı (Əliyeva --- Əyyar qızı) qeyd edilsə də yanlışlıqda adı yazılmamışdır. Məhkəmə iclasında alınmış şahid ifadələri ilə də dövlət aktında hüquq sahiblərinin adlarının qeyd edildiyi siyahıda dördüncü yerdə Ərizəçi adının yazılmalı olduğunu qeyd etmişlər. Beləliklə məhkəmə ərizəçinin qeyd olunan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini, hüquq haqqında mübahisə olmamasını, maraqlı şəxsin edilmiş müraciətdən imtina etməsini nəzərə alaraq hesab edir ki, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 42 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ərizəçiyə və ailə üzvlərinə 0,89 hektar torpaq sahəsinin verilməsinə dair JN-192 kod 80505049 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 42 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ərizəçiyə və ailə üzvlərinə 0,89 hektar torpaq sahəsinin verilməsinə dair JN-192 kod 80505049 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar