Məhkəmə qərarları › İş №2(050)-2520/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2520/2023

04.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2520/2023 04.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçi İddiaçı cavabdeh X1 X4 İstismar İdarəsinin əməkdaşlarının tərtib etdikləri 31 yanvar 2023-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 8640 kub metr qaz sərfiyyatına görə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı şəhərində özünə məxsus fərdi yaşayıq evləri vardır. Onun evlərinə quraşdırılan qaz sayğacın xx.xx.2023 ci ildə qaz idarəsinin işçiləri sayğacı ******* nömrəli akt yazaraq **********197 nömrəli smat tipli sayğacla yenilədilər sayğac dəyişən zaman o yanlarında oldu və video çəkiliş etdi bütün nümayəndələrin yanında Azəriqaz İB nin nümayəndələri özləri gördü və səsləridə vidioya düşüb ki, sayğaca özlərinin vurduğu plombun simin öz işçiləri kəsərək xətdən ayırdılar, sayğacın içi deşikdir. Əlavə olaraq qeyd edi ki, sayğac dəyişib xx.xx.2023 cü ildə ona cərimə yazıblar ******* nömrəli aktda görsənir ki, xx.xx.2023 tarixli, sayğac dəyişilmədən və heç bir labaratoriaya gedmədən ekspert rəyi olmadan, ona yüksək məbləğdə cərimə yazırlar.Bunların əməlləri göz qabağındadır hər il onun sayğacında nəsə yalandan bir qüsur taparaq ondan pul qopartmaqa çalışırlar, onun hər ay neçə manat qaz pulu köçürdüyü abonentin saldosundan aydın görsənir. Qeyd edir ki, təkrar yazılan aktdan onların xəbəri olmayıb,imzanı qarşısına çəkilən imzalardan xəbərsiz, açılıb yenilənən sayğac tam olaraq işlək vəziyyətdə olub. Hazırda aşağıdakı əsaslara görə hesab edir ki, həmin akt etibarsız hesab olunmalı və 864Qm3 qaz sərfiyyatı silinməlidir. Qeyd edir ki, ona məxsus olan qaz sayğacı xususi nəzərdə tutulmuş dövlət pulombu ilə pulomblanmışdır, həmən xususi plombu kəsici alətlə öz nümayəndələri onların yanında kəsərək sayğacı xətdən ayırdı bütün olanları o telefonuna çəkmişdir. Bütün bunların çirkin əməllərindən o Azəriqaz İB nin baş direktoruna məktubla müraciət etmiş sonradan ona məlum olmuşdur ki, rəhbərlik məsul şəxsləri belə bu əməllərinə görə töhmətlə cəzalandırıb, bunu özləri etiraf etmişlər. Bəs bu əməkdaşları rəhbərləri cəzalandırır ki, siz o, sayğacı quraşdıranda necə baxıb plomlamısınız ya sayğacı bilərəkdən deşib plomlayıbsınız ki, bir neçə aydan sonra gəlib onu soysunlar talasınlar artıq o bu əməkdaşların çirkli əməllərindən bezmişdir. Xaricdən müdaxilə mümkün ola bilməzdir, yazılan akt sayğac dəyişən vaxt yazılmamışdır. Qaz sayğacının həyətdən evdən aralıda küçədə olması və üzərində qoruyucu qutu və ya hər hansı bir qoruyucu vasitə ilə qorunmadığından qaz sayğacına ediləcək müdaxiləyə də vətəndaş məsuliyyət daşımamalıdır. Odur ki, belə hesab edir tərtib olunmuş aktlar əsassızdır, heç bir ekispertiziya təyin edilmədən və ekispert rəyi olmadan belə bir nəticəyə gələrək qanunsuz akt tərtib edərək cərimə yazırlar. Hal bu ki, qaz sayğaclarına olan müdaxilənin və itirilmiş qaz sərfiyyatının müəyyənləşdirməsindən ötrü müvafiq ekispertiziya keçirilməli və ekispert rəyi alındıqdan sonra həmən rəyin bir nüxsəsi istifadəçiyə təqdim edilməklə şahidlərin iştirakı ilə və müvafiq qaydada çəkiliş aparmaqla akt tərtib olunmalıdır ki, Qaz İstismar əməkdaşları bu qaydalara riayyət etməməklə qanunsuz akt tərtib etmişlər. Sayğac dəyişməmiş tərtib etdikləri aktları bir ay sonra onlar masallı asan xidmət mərkəzindən ala bilmişlər. Bütün bunlar isə onu göstərir ki, tərtib olunmuş akt sadəcə müəyyən maraqlara xidmət etmək üç tərtib olunmuşdur. Ona görə də aktın etibarsız hesab olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, sayğac küçədə yerləşir, onun tərəfindən sayğaca müdaxilə olunmamış, aktın qəbul edilməsindən məlumatları olmamışdır. Aktda onun adı formal olaraq qeyd olunmuş, ona imza üçün akt təqdim olunmamışdır. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5.-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 31 yanvar 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayağacdan qaz keçir, hesabalama mexanizmi keçən qazın həcmini qeyd etmir, itirilmiş təbii qazın dəyəri hesablanması və ödənilməsi tələb olunmuşdur. 31 yanvar 2023-cü il tarixli qərarın surətindən görünür ki, 31 yanvar 2023-cü il tarixli, ******* saylı akta əsasən 8640 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği müəyyən edilməklə İddiaçı tərəfindən ödənilməsi tələb olunmuşdur. İddiaçıya aid abonent saldosundan məlum olur ki, onun istehlak etdiyi qaz sərfiyyatına görə hər ay sərfiyyata müvafiq ödənilməli olan məbləğlər göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz 6 edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehin təqdim etdiyi sübutlar sayğacın iddiaçının iştirakı və məlumatı olmadan ekspertizaya göndərildiyini və aktın onun iştirakı və məlumatı olmadan tərtib olunduğunu təsdiq edir. İlkin akt tərtib olunarkən abonentə başqa heç bir irad, o cümlədən sayğaca kənar müdaxilə edilməsi barədə irad tutulmamışdır. Eyni zamanda ekspertizanın nəticəsinə dair aktda sayğacda aşkar olunmuş qüsur və iddiaçının təqsirinin olması müəyyən olunmur. Mübahisəli aktın tərtib olunması ona əsas verir ki, ümumiyyətlə aktın tərtibi formal xarakter daşımış, müdaxilənin kim tərəfindən edilməsi araşdırılmamışdır. Belə ki, həmin aktda qeyd olunmuş qüsurun bilavasitə abonent tərəfindən törədilməsi, qaz sayğacının hesablayıcı mexanizminin sıradan çıxması, eləcə də qaz sayğacından keçən qazın sayğac tərəfindən qeydə alınmaması anlamına gələ bilməz. Fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. Mövcud qanunvericilik qaz sayğacının zədələnməsinin istehlakçının təqsiri üzündən baş verməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilməsi bilavasitə qaz paylayıcısının vəzifəsidir və bu cür sübutlar olmadan qaz sayğacının dəyərinin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. Qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin kim tərəfindən edilməsi, əgər müdaxilə olmuşsa onun təqsirliliyi, itirilmiş qaz sərfiyyatını müəyyən etmək üçün nə vaxtdan qaz sərfiyyatının itirilməsi, habelə müdaxilənin aşkar olunduğu tarixə qədər olan dövrün araşdırılması təmin edilməli və sübuta yetirilməli idi. Bundan başqa 31 yanvar 2023-cü il tarixli akt tələbnaməsində təsdiq olunmuş qərardan göründüyü kimi, itirilmiş qaz sərfiyyatı ehtimallarla hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X3 İdarəsinin İddiaçı adına tərtib etdiyi 31 yanvar 2023-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 8640 kub metr kub metr itirilmiş qazın bərpasına görə hesablanmış borc məbləği silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar