Məhkəmə qərarları › İş №2(050)-260/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-260/2023

08.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-260/2023 08.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Lənkəran RQİİ-nin Masall XS tərəfindən adına yazılmış 490 manat hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Köhnə Alvadı kəndində özünə məxsus fərdi yaşayış evi vardır. Yaşadığı ev təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün smart sayğacla təmin olunmuş, o, da tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə hər ay smart sayğaca pul yükləyir və heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Onun evinə quraşdırılmış smart kart sayğacı evinə normal şəkildə qaz buraxmadığı üçün o, Azəriqaza müraciət etmişdir ki, gəlib onun qaz sayğacına baxsınlar. Cavabdeh İB Lənkəran RQİİ-nin əməkdaşları yaşadığı evə gələrək smart kart qaz sayğacına baxış keçirmişlər və qaz sayğacını açaraq aparmışlar. Sonra ona sayğacının xəta ilə işləməsini demişlər və onu 490 manat cərimə etmişlər. Maraqlıdır ki, sayğac smart tiplidir və o, özü hər ay qaz sayğacına nə qədər pul yükləyir, o, qədər də qaz işlətmişdir. Əgər özü qaz sayğacına müdaxilə etmişdirsə, qaz idarəsinin əməkdaşlarını çağırıb sayğacın işləməməsini deməzdi. Ona hansı əsasla cərimə yazıldığını öyrənməyə çalışsa da bunu ona deməmişlər. Ona görə də hesab edir ki, 490 manat hesablanmış borc əsassız olunduğundan silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı Masallı rayonu, Köhnə Alvadı kəndində yaşamaqla Lənkəran X5 İdarəsinin Masallı Xidmət Sahəsində **********02140 saylı hesabla abonent qeydiyyatındadır. Göstərilən ünvanın qaz xəttində istifadədə olan “Zenner” markalı **********113 zavod nömrəli sayğac, növbədənkənar dövlət yoxlamasına göndərilməsi məqsədilə istehlakçının iştirakı ilə Lənkəran RQİİ-nin Masallı Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib edilməklə qaz xəttindən çıxarılaraq yeni “Zenner” markalı **********888 zavod nömrəli sayğacla əvəz olunmuşdur. Əvəz olunma zamanı sayğacda ödənilməmiş 490 manat debitor borc müəyyən edilmiş və bu barədə müvafiq sənədləşmələr aparılmışdır. Qeyd etdiklərinə görə də iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 09 dekabr 2022-ci il tarixli aktın surətindən görünür ki, növbədən kənar Dövlət yoxlamasına görə sayğac açılmış və yenisi ilə əvəz olunmuşdur. Aktda sayğaca müdaxilə olunması ilə bağlı qeyd yoxdur. 09 dekabr 2022-ci il tarixli, AKX-048983xx/xx-2022 saylı “Qazın alqı-satqısı” barədə Müqavilənin surətindən görünür ki, Cavabdeh Lənkəran X5 İdarəsi ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” müqaviləyə əsasən cavabdehin fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmaqla, təbii qazla təchiz edilmişdir. 09 dekabr 2022-ci il tarixli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırma protokolundan görünür ki, İddiaçı 09 dekabr 2022-ci il tarixədək olan 490 manat debitor borcunun karta hər ödəmədə 50 faizinin hissə-hissə tutulması barədə Lənkəran RQİİ ilə razılığa gəlmişdir. İddiaçı məxsus abonent saldosundan görünür ki, 2022-ci ilin aprel ayına qaz sərfiyyatı 94 kub metr göstərilmişdir. Ondan sonrakı aylarda 2022-ci ilin noyabr ayına kimi qaz sərfiyyatı yoxdur. İddiaçı 04/2022-ci ildə 25 manat, 08/2022-ci ildə 25 manat və 10/2022-ci ildə 25 manatödəniş etmiş, 2022-ci ilin noyabr ayında onunb cəmi 463.40 manat borcu qalmışdır. “Zenner” smart sayğaclarda borca görə tutulmalar cədvəlindən görünür ki, İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixi aralığında xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci ildə 50 manat və xx.xx.2022-ci ildə 50 manat ödəniş etmişdir. həmin ödənişlərin müvafiq olaraq hər birindən 25 manat borca görə tutulma olmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsassızdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsi iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilələrin şərtləri pozularkən istehlakçıların hüquqlarını ehtiva edir. Belə ki, həmin maddəyə əsasən işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. İcraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə, yaxud işdə (xidmətdə) başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var. İstehlakçının materiallarından görülmüş işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli kənaraçıxma və ya digər mühüm qüsurlar aşkar edilərsə, istehlakçının istəyinə uyğun olaraq, bu işlərin icraçının eyni cinsli və keyfiyyətli materialından hazırlanmasını, yaxud müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, mübahisəli 490 manat borcun əmələ gəlməsində cavabdeh tərəfin qüsurunun olması sübuta yetmir. Əksinə işdə olan sübutlar iddiaçının dəlillərini təkzib edir və ona əsas verir ki, yaranmış borc istehlak edilmiş qaz sərfiyyatına görə debitor borcdur. Belə ki, xx.xx.2022-ci il tarixli aktın surətindən və həmin tarixli razılaşdırma protokolundan göründüyü kimi sayğac yenisi ilə əvəz olunmuş və 490 manat borcun yaranmaslı barədə protokol tərtib edilmi, İddiaçı həmin protokola imza etmişdir. Azərbaycan Respublikası MPM-in 9.1.-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddələrin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Göründüyü kimi iddiaçı tələbinin əsasını təşkil edən mötəbər və təkzibolunmaz sübut məhkəməyə təqdim etməmiş, göstərmiş olduğu dəlillər işin faktiki halları ilə təsdiq olunmur. Belə olan halda cavabdeh tərəfin istehlakçı kimi İddiaçı hüquqlarını pozması halı müəyyən olunmur, ona görə də iddia əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi təmin olunmamalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh İB-yə qarşı adına hesablamış 490 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar