Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2610/2023 20.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən edilməsi və aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X7 adlı uşaqlanın atasının Cavabdeh olmasının müəyyən edilməsi, xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər bir uşaq görə 220 manat, üç uşağa görə 660 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə el adəti qaydasında toy etməklə ailə qurub evlənmişdir. O, nikahlarını rəsmi qeyd etdirmək istəsə də, cavabdeh müxtəlif bəhanələrlə nikahı rəsmiləşdirməmişdir. Faktiki nikahlarından xx.xx.2006-cı ildə X8, xx.xx.2007-ci ildə X5 və xx.xx.2012-ci ildə X7 adlı uşaqları olmuşdur. Uşaq anadan olduğu vaxt nikahları rəsmi qeyd olunmadığından uşağın soyadı ana soyadı kimi Hüseynov kimi qeyd edilmişdir. Atalığı müəyyən edilməyən uşaqlara doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında atalıq müəyyən edilməmişdir. Çünkü cavabdeh qeydiyyat şöbəsinə gələrək ərizə verməkdən yayınmışdır. Dəfələrlə cavabdehə nikahlarını rəsmiləşdirməyi və uşağın atalığın müəyyən etməyi tələb etsə də heç bir nəticəsi olmamışdır. Daha sonra cavabdeh ailədə səbəbsiz yerə söz-söhbət salmağa, onunla dava-dalaş etməyə başlamışdır. Bir müddətdən sonra uşaqların təlabatlarını qarşılamaqdan imtina etmişdir. Daha sonra onu valideynlərinin evinə aparmış və daha o gündən nə ailəsi nədə ki uşaqları ilə maraqlanmamışdır. Cavabdeh bir valideyn kimi uşağın yaşayışından uşaqlarının gündəlik təlabtının qarşılanmasından narahat deyildir. Üç nəfər körpə uşaqla çəkdiyi əziyyətini, uşaqların gündəlik təlabatının və digər ehtiyacları almağa ona köməklik etmir. Uşaqlar balaca olduğundan və uşaqlar ondan ayrı qalmadığından heç bir yerdə işləyə bilmir. Cavabdeh isə əmək qabiliyyətli olmaqla işləyir və aylıq yaxşı gəlir əldə edir. Buna baxmayaraq cavabdeh azyaşlı uşaqların saxlanılmasına ona heç bir köməklik etmir. O, uşaqların saxlamağa çətinlik çəkir. Uşaqların gündəlik təlabatını, yeməyini, geyim əşyalarını almaq onun üçün çox çətindir. Eyni zamanda azyaşlı uşaqlar balaca olmaqla ona bağlı olduğundan uşaqları baxçaya verə bilmir. Uşaqlar ondan ayrı qala bilmədiyindən işləyə də bilmir. Belə olan halda o, öz təlabatlarını qarşılamaqda çətinliklər çəkir. Qeyd edilən mübahisənin mediasiya yolu ilə həll edilməsinə çalışsa da, cavabdeh mediasiya gəlmədiyindən bu mübahisəni mediasiya yolu ilə həll etmək mümkün olmamışdır. Odur ki, uşaqların atasının cavabdeh olmasının müəyyən edilməsi, uşaqların saxlanması üçün hər bir uşağa görə 220 manat alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxanlmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh ilə rəsmi nikahları olmadığından uşaqlarının atalığı da rəsmi qaydada müəyyən edilməmişdir. Cavabdeh uşaqlarının atasıdır. Cavabdeh bir ata kimi uşaqlarının saxlanılmasında iştirak etməyə borcludur. Odur ki, uşaqların saxlanılması üçün aliment tutulmasını xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, cavbadeh onun oğludur. İddiaçı gəlnidir və oğlu Şamxalla ailə həyatı quraraq evlənmişlər. X4 birgə faktiki nikahlarından Əli, Gülay və Musa adlı üç nəfər uşaqları olmuşdur. Cavabdeh Əli, Günay və Musanın atasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, tərəflər onun həmkəndlisidir. Əsmər və Şamxal el adəti qaydasında toy etməklə evlənmişlər. Əsmər və Şamxal evliliklərindən 3 nəfər uşaqları olmuşdur. O, da Əsmər və Şamxalın toy mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, iddiaçı Əsmərin əmisi oğludur. Əsmər və Şamxal el adəti qaydasında toy etməklə evlənmişlər. Əsmər və Şamxal evliliklərindən 3 nəfər uşaqları olmuşdur. O, da Əsmər və Şamxalın toy mərasimində iştirak etmişdir. Məhkəmə iddiaçının və onu nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarının araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materillarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X8 15 iyul 2006-cı ildə Masallı rayonu Hacıtəpə kəndində anadan olmuşdur. Atası Kərimov (Hüseynov) Şamxal Dadaş oğlu, anası İddiaçıdır. İş materillarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 01 noyabr 2007-ci ildə Masallı şəhərində anadan olmuşdur. Atası Kərimov (Hüseynov) Şamxal Dadaş oğlu, anası İddiaçıdır. İş materillarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X7 09 aprel 2012-ci ildə Masallı şəhərində anadan olmuşdur. Atası Kərimov (Hüseynov) Şamxal Dadaş oğlu, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır (maddə 46.3). Uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər (maddə 45.1). Həmin Məcəlləyə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi, ailə qanunvericiliyinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideyinlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq valideyinlərdən birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Məhkəmə iclasında iddiaçı tərəfindən doğulmuş uşaqların atasının cavabdeh olması öz təsdiqini tapmışdır. Belə olan halda iddia həmin hissədə təmin edilməlidir. Qanunvericiliyin tələbi baxımından valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilməmişdir. Bu səbəbdən cavabdehdən aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni 10 iyul 2023-cü ildən başlayaraq cavabdehdən Əli, Gülay və Musa adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı 15 iyul 2006-cı il tarixdə Masallı rayonu Hacıtəpə kəndində doğulmuş X6, 01 noyabr 2007-ci il tarixdə Masallı şəhərində doğulmuş X2 və 09 aprel 2012-ci il tarixdə Masallı şəhərində doğulmuş X3 atası olması müəyyən edilsin. Müvafiq qeydiyyatın aparılması üçün qətnamənin surəti Masallı rayon qeydiyyat şöbəsinə təqdim edilsin. 10 iyul 2023-cü ildən başlayaraq Cavabdeh 15 iyul 2006-cı ildə anadan olmuş X6, 01 noyabr 2007-ci ildə anadan olmuş X2 və 09 aprel 2012-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissədə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2610/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2610/2023
20.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver