Məhkəmə qərarları › İş №2(050)-262/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-262/2024

09.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-262/2024 09.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, 24 may 1960-cı il təvəllüdlü Babaşov Sənham Saleh oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əri 24 may 1960-cı il tarixdə doğulmuş Babaşov Sənham Saleh oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri Babaşov Sənham Saleh oğlu İ dərəcəli əlildir. Əri əmək qabiliyyətsiz olduğundan ona özü baxır. Ərinin fəaliyyət qabiliyyətsizliyini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının rəyi də təsdiq edir. Xəstə əri Sənhamın onun qəyyumluğuna verilməsi ilə bağlı İcra hakimiyyətinə müraciət etsə də, qəyyumluq orqanı Mülki Məcəllənin 33.4-cü maddəsini əsas tutaraq qəyyumluq barədə sərəncam verə bilmir. Belə ki, əri Sənhamın fəaliyyət qabiliyyəti olmadığından onun müalicəsinin davam etdirilməsi, dövlət tərəfindən müəyyən edilmiş bir sıra güzəşt və müavinətləri almaqla yanaşı onun hər hansı bir sənədlərinin alınmasında, şəxsiyyət vəsiqəsinin, xarici pasport kimi digər sənədlərin düzəldilməsində çətinliklər çəkir. Sənhamın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün bir sıra orqanlara müraciət etmiş, lakin heç bir nəticəyə nail ola bilməmişdir. Bu da Sənhamın hüquqlarını həyata keçirməkdən məhrum olmasına səbəb olmuşdur. Odur ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmaqla əri xx.xx.1960-ci il təvəllüdlü Babaşov Sənham Saleh oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, əri müddədtsiz İ dərəcəli əlildir. Bir sıra sənədləşmə işlərinin aparılması ərinin vəziyyəti səbəbindən mümkün olmur. Ekspert tərəfindən də ərinin fəaliyyət qabiliyyətinin olmaması barədə rəy verilmişdir. Sonda Ərizəçi ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, ərizənin təmin edilməsinə etiraz etmir. İş materiallarında olan: “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Babaşov Sənham Saleh oğlu 24 may 1960-cı il tarixdə Masallı rayonu, Öncəqala kəndində doğulmuşdur. Nikah haqqında şəhadətnamədən görünür ki, Babaşov Sənham Saleh oğlu ilə X1 nikahlarını 20 may 1985-ci ildə Masallı rayonu, Kalinovka kənd ərazi nümayəndəliyndə 13 saylı qeydlə rəsmiləşdirmişlər. Nikahdan sonra ərə (arvada) Babaşov (a) soyadı verilmişdir. Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, 24 may 1960-cı il təvəllüdlü Babaşov Sənham Saleh oğlu “Hemiplegiya. Sağ tərəfli hemiplegiya. Qan dövranı sisteminin digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı başqa pozğunluqları, kəskin beyin qan dövranının pozulmasından sonrakı fəsadlar” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 xx.xx.2024-cü il tarixli, 327 saylı rəyindən görünür ki, 24 may 1960-cı il təvəllüdlü Babaşov Sənham Saleh oğlunda “damar mənşəli (işemik insultdan sonrakı) demensiya (ağıl zəifliyi)” müəyyən edilir. Babaşov Sənham Saleh oğlu onda qeyd olunan damar mənşəli demensiya (ağıl zəifliyi) ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Babaşov Sənham Saleh oğlunun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına əsas vardır. Anamnestik məlumatlara əsasən Babaşov Sənham Saleh oğlu 2023-cü ildə işemik insult (beyin qan dövranının kəskin pozulması) keçirmiş, psixi funksiyaları həmin vaxtdan pozulmuş və hal-hazıradək bərpa olunmamışdır. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq Babaşov Sənham Saleh oğlunun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 xx.xx.2024-cü il tarixli, 327 saylı rəyindən görünür ki, 24 may 1960-cı il təvəllüdlü Babaşov Sənham Saleh oğlunda “damar mənşəli (işemik insultdan sonrakı) demensiya (ağıl zəifliyi)” müəyyən edilir. Babaşov Sənham Saleh oğlu onda qeyd olunan damar mənşəli demensiya (ağıl zəifliyi) ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Babaşov Sənham Saleh oğlunun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmasına əsas vardır. Anamnestik məlumatlara əsasən Babaşov Sənham Saleh oğlu 2023-cü ildə işemik insult (beyin qan dövranının kəskin pozulması) keçirmiş, psixi funksiyaları həmin vaxtdan pozulmuş və hal-hazıradək bərpa olunmamışdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə Babaşov Sənham Saleh oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24 may 1960-cı il təvəllüdlü Masallı rayonu, Öncəqala kəndində doğulmuş Babaşov Sənham Saleh oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar