Məhkəmə qərarları › İş №2(050)-2634/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2634/2024

20.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2634/2024 20.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3katibliyi, İddiaçı X1, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh İddiaçı iştirakları ilə, İddiaçı X1 – cavabdeh İddiaçı qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 – cavabdeh İddiaçı qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Miras qoyan X5 miras qalmış aşağıdakı əmlakları Masallı rayonu Hişkədərə kəndində ikimərtəbəli ev və onun altında yerləşən mağaza, Mersedes Benz E 280 markalı, 44CE545 dövlət qeydiyyat nişanlı avtomaşın, Masallı rayonu, Hişkədərə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 21 saylı qərarı ilə alınmış 250kv/m torpaq sahəsi, JN102A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilmiş 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 30,5 kv/m ev və 15 kv.m başqa tikililər xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış 0,05 ha torpaq sahəsi, JN-218 saylı torpağın qeydiyyata alınmasına dair Dövlət aktı ilə verilmiş 0.49 ha torpaq sahəsində ona düşən payın X2 münasibətdə vəsiyyətnaməyə əsasən digər vərəsələr arasında qanuna əsasən bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki işlə sonradan məhkəməyə daxil olan İddiaçı cavabdeh Masallı Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə və üçüncü şəxs X2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və mirasın bölünməsi” tələbinə dair 2(050)-2634/2024 saylı mülki iş üzrə tərəflər eyni olmaqla, bir-biri ilə bağlı işlər olduğundan, vəsiyyətnamənin etibarsız edilməsi tələbi üzrə işə baxılmadan, digər işə baxılması mümkün olmadığından, qeyd edilən işlərə ayrı-ayrılıqda baxılacağı halda, işə baxılması müddətinin lüzumsuz yerə uzadılmasının qarşısının alınması üçün 2(050)- 2634/2024 saylı mülki işin baxılmasına xitam verilməli, həmin işlər bir icraata birləşdirilməli və həmin işlər üzrə iddialara birlikdə baxılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 və onun vəkili Nümayəndə hazırki işlə məhkəmənin icraatında olan 2(050)-2634/2024 saylı mülki işin bir icraatda birləşdirilərək baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı hazırki işlə məhkəmənin icraatında olan 2(050)-2634/2024 saylı mülki işin bir icraatda birləşdirilərək baxılmasına etiraz etmədiyini bildirdi. Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılmasını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Masallı Regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisinə və üçüncü şəxs X2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və mirasın bölünməsi” tələbinə dair 2(050)-2634/2024 saylı mülki işə həmin icraat çərçivəsində baxılmasına xitam verilməklə, iddiaçı X1 – cavabdeh İddiaçı qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair 2(050)-2176/2024 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş işlər üzrə icraat 2(050)-2176/2024 №-si ilə aparılsın. Sədrlik edən: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar