Məhkəmə qərarları › İş №2(050)-264/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-264/2023

23.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-264/2023 23.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, 12 mart 2004-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 12 mart 2004-cü il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, oğlu X5 xx.xx.2004-cü ildə Masallı rayonu, Yelağac kəndində doğlunmuş və hazırda Yelağac kəndində valideyinləri ilə birlikdə yaşayır. X10 öz hərəkətlərini ölçüb-biçmək iqtidarında deyildir. Anadangəlmə çox ağır xəstəliyi var. Onun nitqində çox ciddi qüsur var, danışa bilmir. X7 xəstəliyi barədə sənədlərdə onun həqiqətən çox ağır xəstə olması qeyd edilmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinə olunmasına dair məlumatlar qeyd olunmuş və bu barədə tərtib edilmiş müayinə sənədi işə əlavə edilmişdir. Barəsində tərtib edilmiş tibbi sənədlərə əsasən faktiki vəziyyətinə görə oğlunda çox ağır əqli gerilik, dərin əqli gerilik-idiotiya, qulluq və müalicəsi tələb edən ciddi davranış pozuntusu İQ-28% olması qeyd olunmuşdur. Həmçinin, əmək qabiliyyətsiz olması və əlilliyin müddətsiz olması göstərilmişdir. Oğluna birinci dərəcəli əlillik diaqnozu qoyulmuş və orqanizmin funksiyalarının pozulması 100% səviyyəsində olması göstərilir. Oğlunu bir yerdən başqa yerə aparmaq üçün qucaqda gəzdirilir. Onun başqa bir şəxsin qulluq və müalicəsinə ciddi ehtiyacı var. Ona görə də X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Oğlu dəfələrlə müalicə edilməsinə baxmayaraq, səhhətində irəliləyiş olmamışdır. O, öz hərəkətlərini dərk etmir və öz hərəkətlərini ölçüb-biçmək iqtidarında deyildir. Onda anadangəlmə əqli və fiziki qüsurlar var. Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, ərizənin təmin edilməsinə etiraz etmir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Masallı rayonu, Yelağac kəndində doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X2 atası X1, anası Ərizəçidır. Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, 12 mart 2004-cü il təvəllüdlü X5 “çox ağır əqli gerilik, dərin əqli gerilik-idiotiya, qulluq və müalicəsi tələb edən ciddi davranış pozuntusu. İQ-28%” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Orqanizmin funksiyalarının pozulması faizi 100%-dir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2023-cü il tarixli, 111 saylı rəyindən görünür ki, 12 mart 2004-cü il təvəllüdlü X3 “Dərin əqli gerilik, (idiotiya dərəcəsində oliqofreniya)” müəyyən olunur. 12 mart 2004cü il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Y.R.Əliyevi psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. 12 mart 2004-cü il təvəllüdlü X3 müəyyən edilən əqli gerilik intellektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prosesində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunan anadangəlmə ləngimə halı və ya natamam əqli inkişafdır. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq Y.R.Əliyevin psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 111 saylı rəyində qeyd olunmuşdur ki, 12 mart 2004-cü il təvəllüdlü X3 “Dərin əqli gerilik, (idiotiya dərəcəsində oliqofreniya)” müəyyən olunur. 12 mart 2004-cü il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Y.R.Əliyevi psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. 12 mart 2004-cü il təvəllüdlü X3 müəyyən edilən əqli gerilik intellektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prosesində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunan anadangəlmə ləngimə halı və ya natamam əqli inkişafdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 12 mart 2004-cü il təvəllüdlü Masallı rayonu, Yelağac kəndində doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar