Məhkəmə qərarları › İş №2(060)-3234/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3234/2022

30.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3234/2022 30.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində işə cəlb etməklə doğum haqqında akt qeydinin bərpa edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1950-ci ildə Cəbrayıl rayonunda doğumumun qeyd edilməsi faktını müəyyən etməklə onun doğum qeydinin bərpası və adına yeni doğum haqqında şəhadətnamənin verilməsi, doğum şəhadətnaməsində «ata» qrafasında ata barədə qeydin «İsmayılov Teymur Alı oğlu», «ana» qrafasında ana barədə qeydin isə «X5» kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1950-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Ona həmin rayonun Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə əsasında o, məktəbə getmiş, şəxsiyyət vəsiqəsi almışdır. Lakin o, adına verilmiş doğum haqqında şəhadətnaməni itirmişdir. Ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Sumqayıt şəhər Qeydiyyat şöbəsinə və Sumqayıt Asan Xidmət Mərkəzinə müraciət etmiş, lakin Cəbrayıl rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. Doğum faktının müəyyən edilməsi ona doğum haqqında şəhadətnamənin verilməsi üçün lazımdır. Bundan sonra ərizəçinin nümayəndəsi və vəkili Vəkil tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə meraciət edərək, Ərizəçi doğum tarixinin -“xx.xx.1950-ci il” sözlərini “xx.xx.1950-ci il” kimi qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili ərizəni müdafiə edərək eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır. Fəxrəddin xx.xx.1950-ci ildə Cəbrayıl rayonu Süleymanlı kəndində doğulmuşdur. Ailədə altı uşaqdırlar. Fəxrəddin ailənin üçüncü uşağıdır. Valideynləri İsmayılov Teymur və Həşimova Şükufədir. Valideynləri vəfat etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır. Quliyeva soyadını ailə həyatı qurduqdan sonra götürmüşdür. Qardaşı Fəxrəddin xx xxxxxx 1950-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Atası İsmayılov Teymur Alı oğlu, anası X7 olub. Valideynləri vəfat edib. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ərizəçi ilə həmkəndlidirlər. Ərizəçi ilə Cəbrayıl rayonunun Süleymanlı kəndində qonşu olmuşlar. Fəxrəddinin atası Teymur, anası isə Şükufə xanım olmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 5 saylı Mənzil- Kommunal Sahəsi tərəfindən verilmiş 19 yanvar 2022-ci il tarixli, 88 saylı arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. 06.01.2-022-ci il tarixli № 05/Q-8452/70 Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, Ərizəçi barəsində Cəbrayıl rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası AZE seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1950-ci ildə Cəbrayıl rayonu, Süleymanlı kəndində anadan olmuşdur. AZ-T seriyalı 181945 saylı doğum haqqında şəhadətnamənin surətindən görünrü ki, X3 xx.xx.1954-cü ildə anadan olmuş, atası İsmayılov Teymur Alı oğlu, anası X2r. İ-ИE seriyalı 415848 saylı doğum haqqında şəhadətnamənin surətindən görünrü ki, X4 xx.xx.1958-ci ildə anadan olmuş, atası İsmayılov Teymur Alı oğlu, anası X2r. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-3234/2022 saylı sorğusuna cavab olaraq Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilən şəxsiyyət vəsiqələrinin fərdi uçot kartoçkasının məlumatlarından görünür ki, Ərizəçi xx xxxxxx 1950ci ildə Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olmuşdur. Atası İsmayılov Teymur Alı oğlu oğlu, anası X1r. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları» 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1950-ci il tarixdə Cəbrayıl rayonunun Süleymanlı kəndində doğulması və doğumunun qeydə alınması tədqiq olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1950-ci il tarixdə Cəbrayıl rayonunun Süleymanlı kəndində doğumunun qeydə alınması faktı müəyyən edilməli, akt qeydi bərpa edilməli, doğum akt qeydi aparılarkən ata qrafasında İsmayılov Teymur Alı oğlu, ana qrafasında X5 göstərilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1950-ci il tarixdə Cəbrayıl rayonunun Süleymanlı kəndində doğumunun qeydə alınması faktı müəyyən edilsin, akt qeydi bərpa edilsin, doğum akt qeydi aparılarkən ata qrafasında İsmayılov Teymur Alı oğlu, ana qrafasında X5 göstərilsin. Qətnamə doğum haqqında yeni şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar