Məhkəmə qərarları › İş №2(050)-2760/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2760/2024

20.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2760/2024 20.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək Masallı rayon Aqrar İslahat Komissiyasının 06 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə kənd təsərrüfatı mallarının istehsalı məqsədi ilə ona və ailə üzvlərinə 2.38 hektar torpaq sahəsinin verilməsinə dair JN-0001 kod 80514018 nömrəli Dövlət aktının ona, yəni Ərizəçi, X28, X15, X24, X52, X45, X2, X16, Heybətova (Əliyeva) Elnazə Səlahəddin qızına və X17 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 06 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə JN-0001 kod 80514018 torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə ona və ailə üzvlərinə 2.38 hektar torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında onun ata adı Şəmməd yazılmalı olduğu halda səhvən Şamməd kimi, mərhum anasının adı Sirmzar, ata adı Ağacan qızı yazılmalı halda səhvən Simuzər Acəm qızı kimi, bacısı Sevdanın ata adı Şahməmməd yazılmalı halda səhvən Məmməd kimi, bacısı X41 yazılmalı olduğu halda səhvən adı Gülbəniz ata adı Şamməd kimi, qardaşı oğlu X72 yazılmalı olduğu halda səhvən adı Akif kimi yazılmış, qardaşının adı X59 yazılmalı halda səhvən ata adı Məmməd kimi, qardaşı X7 yazılmalı halda səhvən adı Səlavəddin ata adı isə Məmməd kimi, qardaşı oğlu X29 yazılmalı halda səhvən ata adı Səlavəddin kimi, qardaşı qızı Heybətova (Əliyeva) Elnazə Səlahəddin qızı yazılmalı halda səhvən ata adı Səlavəddin kimi və qardaşı oğlu X30 yazılmalı halda səhvən ata adı Səlavəddin kimi yazılmışdır. Yol verilmiş bu səhvlər onun hüquqlarını pozur. Bununla bağlı müvafiq dövlət orqanına müraciət etsə də məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Odur ki, məhkəməyə müraciət etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Əvvəlki məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan JN-0001 kod 80514018 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 06 yanvar 1998ci il tarixli, 01 saylı qərarı əsasında X42 ailə üzvləri ilə birlikdə 2.38 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında həmçinin X31, X32, X11, X18, Ərizəçi Şamməd oğlunun, X43, X19, X46, X8, X47, X12, X53, X44, X9, X33, X13, X6 və X14 adları qeyd olunmuşdur. İşdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən məlum olur ki, Ərizəçi xx xxxx 1973-cü ildə, X34 20 may 1962-ci ildə, X41 09 fevral 1964-cü ildə, X59 16 avqust 1970-ci ildə, X29 21 may 1986-cı ildə, X35 28 oktyabr 1987-ci ildə, X30 02 sentyabr 1991-ci ildə, X72 19 yanvar 2001-ci ildə doğulmuşlar. Ölüm haqqında arayışlardan görünür ki, X36 22 avqust 2012-ci ildə, X48 16 iyul 2022-ci ildə, X60 10 avqust 1998-ci ildə, X7 23 fevral 2017-ci ildə ölmüşlər. Masallı RİHB-nın Qızılavar kənd İƏDÜN-nin və Qızılavar Bələdiyyəsinin tərtib etdiyi 16 fevral 2024-cü il tarixli aktından görünür ki, JN-0001 kod 80514018 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktında Ərizəçi Şamməd oğlu -Ərizəçi kimi, X54-X10, X82 qızı-X3, X37-X41, X77-X27, X61-X23, X25-X1, X38-X4, X20-Heybətova (Əliyeva) Elnazə Səlahəddin qızıkimi, X39-X5 qeyd edilməlidir. Nikah haqqında şəhadətnamədən görünür ki, X79 ilə X21 xx.xx.2015-ci ildə nikaha girmişlər. Nikah bağlandıqdan sonra ərə (arvada) Ağalarov (a) soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, X26 ilə X73 xx.xx.1992-ci ildə nikaha girmişlər. Nikah bağlandıqdan sonra ərə (arvada) Heybətov (a) soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X55 xx.xx.1986-cı ildə nikaha girmişlər. Nikah bağlandıqdan sonra ərə (arvada) Heybətov (a) soyadı verilmişdir. Nikah haqqında şəhadətnamədən görünür ki, X74 ilə X22 xx.xx.2015-ci ildə nikaha girmişlər. Nikah bağlandıqdan sonra ərə (arvada) Əliyev (a) soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 8 saylı Cəlilabad Ərazi İdarəsinin Ərizəçi müraciətindən imtina məktubundan görünür ki, Dövlət Aktında düzəliş edilməsi ilə bağlı məhkəməyə müraciət etmək barədə hüquqları izah edilmişdir. Məhkəmə izahatı və iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan mötəbər və təkzibolunmaz sübutlara əsasən müəyyən olunur ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 06 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə JN-0001 kod 80514018 torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə Ərizəçi və ailə üzvlərinə 2.38 hektar torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında onun ata adı Şəmməd yazılmalı olduğu halda səhvən Şamməd kimi, mərhum anasının adı Sirmzar ata adı Ağacan qızı yazılmalı halda səhvən Simuzər Acəm qızı kimi, bacısı Sevdanın ata adı Şahməmməd yazılmalı halda səhvən Məmməd kimi, bacısı X41 yazılmalı olduğu halda səhvən adı Gülbəniz ata adı Şamməd kimi, qardaşı oğlu X72 yazılmalı olduğu halda səhvən adı Akif kimi yazılmış, qardaşının adı X59 yazılmalı halda səhvən ata adı Məmməd kimi, qardaşı X7 yazılmalı halda səhvən adı Səlavəddin ata adı isə Məmməd kimi, qardaşı oğlu X29 yazılmalı halda səhvən ata adı Səlavəddin kimi, qardaşı qızı Heybətova (Əliyeva) Elnazə Səlahəddin qızı yazılmalı halda səhvən ata adı Səlavəddin kimi və qardaşı oğlu X30 yazılmalı halda səhvən ata adı Səlavəddin kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1. və 307.2.5-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyən edici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnəmələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308 və 310-cu maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, ərizəçilər məhkəmdə hüquqi əhəmiyyətli olan fakt müəyyən olunmadan, lazım olan sənədi başqa formada əldə edə bilmir. Torpaq sahəsində ərizəçinin mülkiyyət hüququ vardır, ona görə də ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Masallı rayon Aqrar İslahat Komissiyasının 06 yanvar 1998-ci il tarixli, 01 saylı qərarı ilə kənd təsərrüfatı mallarının istehsalı məqsədi ilə X42 və ailə üzvlərinə 2.38 hektar torpaq sahəsinin verilməsinə dair JN-0001 kod 80514018 olan Dövlət aktının Ərizəçi, X28, X15, X24, X52, X45, X2, X16, Heybətova (Əliyeva) Elnazə Səlahəddin qızına və X17 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar