Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2763/2023 09.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə. İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı evdən istifadəyə olan maneələrin aradan qaldırılmaqla, sayğacın yerinə bərpa edilməsi tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçi İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Mahmudavar kəndində yerləşən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, **********17 reyestr nömrəli Çıxarışda qeyd edilən fərdi yaşayış evindən, o cümlədən həmin evdə kommunal xidmətlərdən istifadə hüququna cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılmaqla evə aid olmaqla açılmış qaz sayğacının yerinə qoyulması və evə qaz verilməsinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı və X8 nikahlarını 22 oktyabr 2013-cü il tarixdə rəsmi bağlamaqla ailə həyatı qurmuşlar. Valideynlərinin vəsaiti hesabına Xəyal və ailə üzvlərinin həyətində onlar üçün fərdi yaşyış evi inşa olunmuşdur. Hazırki vaxtadək həmin evdə yaşamaqla orada iki övladı dünyaya gəlmiş və hazırda da övladları ilə həmin evdə yaşayır. Lakin sonradan həmin evə dair Xəyal Bayramovun anası Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021 -ci il qeydiyyat tarixli, **********17 reyestr nömrəli Çıxarış verilmişdir. Həmin Çıxarış nikahları dövründə verilməklə Çıxarışda Xəyalın da adı qeyd edilmişdir. Bu isə onu göstərir ki, Xəyal sözügedən evin mülkiyyətçilərindən biridir. Bu barədə qeydiyyat nikahlarından sonra aparılsa da, ev nikahları dövründə inşa edildiyindən Xəyala düşən payın yarısı ona aiddir. Bu bölgü mülkiyyət hüqüquna dair Çıxarış və evin inşası tarixi ilə bağlı qeydlərdən irəli gəlir. Halbuki qeyd olunan ev bütünlüklə valideynlərinin vəsaiti hesabına inşa edildiyindən həmin evə dair Çıxarış da onun adına verilməli idi. Bu səbəbdən də qeyd olunan Çıxarışı məhkəmə qaydasında mübahisələndirmiş və iş Şirvan İnzibati Məhkəməsinin icraatındadır. Cavabdeh2 ona qarşı evdən çıxarma tələbinə dair iddiası 03 mart 2021-ci il tarixli qətnamə ilə, kompensasiya verməklə evdən çıxarma barədə iddiası isə 17 avqust 2022-ci il tarixli qətnamə ilə rədd edilmişdir. Bütün bunlar onun qeyd olunan evdə yaşamaq hüququnun olmasını göstərir. Lakin Cavabdeh2 mülkiyyət hüququna dair Çıxarışda payçılardan biri olmasından istifadə edərək evdən istifadəsinə müəyyən maneçiliklər törədir. Belə ki, bir neçə gün öncə evin qaz sayğacını Cavabdeh2 müraciəti əsasında Cavabdeh1 əməkdaşları açıb aparmış, nəticədə evdə qazdan istifadə mümkünsüz olmuşdur. Hesab edir ki, qeyd olunan evdə onun da uşaqları ilə yaşamaq hüququ vardır. Bundan başqa yaşayış yeri də yoxdur. Lakin cavabdehlər qaz sayğacını açıb aparmaqla və evə qaz verilməsini dayandırmaqla qeyd olunan evdən istifadə etməsinə maneçilik törədərək imkan vermir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisəli ev iddiaçının valideynləri tərəfindən inşa edilmişdir. Cavabdeh2 iddiaçının həmin evdən istiafdə edə bilməməsi üçün maneələr yaradır. Cavabdeh1 İB sayğacı aparmış, daha sonra iddiaçı məhkəməyə müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş, bundan sonra sayğac Cavabdeh1 İB tərəfindən bərpa olunmuşdur. Cavabdeh2 kommunal xidmətlərdən istifadəni məhdudlaşdırmaqla iddiaçını evdən çıxarmağa çalışır. İddiaçı qazdan isifadəyə görə mütəmadi olaraq pul ödəmişdir. Torpaq Cavabdeh2 adına olsa da, o demək deyil ki, ev onundur. Bundan başqa Daşınmaz Əmlakın nümayəndələri gəlmədən, heç bir ölçmə işi aparmadan, mübahisəli ev üçün çıxarış verilmişdir. Bu səbəbdən də qeyd olunan Çıxarışı məhkəmə qaydasında mübahisələndirmiş və iş Şirvan İnzibati Məhkəməsinin icraatındadır. Cavabdeh1nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5.-ci maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 tərəfindən təqdim edilmiş etiraz ərizəsindən görünür ki, sözügedən torpaq sahəsi Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 saylı qərarı ilə ona və ailə üzvlərinə 0.06 hektar torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair kod: 80515018, JN 042 A saylı Şəhadətnamə ilə mülkiyyətlərinə verilmişdir. Sözügedən Çıxarış həmin əsaslarla qeydiyyatdan keçmişdir. Çıxarış verilərkən mütəxəssislər tərəfindən həmin fərdi yaşayış evinin 2009-cu ildə inşa edilməsi qeyd edilmişdir. Çıxarışı xx.xx.2021-ci il tarixdə alarkən artıq İddiaçı övladı Xəyal Bayramovla nikahı çoxdan ləğv edilmişdi. X13 rayon Aqrar İslahat Komissiyasının 30 mart 1998-ci il tarixli, 012 saylı qərarı ilə verilmiş torpaq payı Masallı rayonu Hişkədərə kəndində valideynlərinin birgə təsərrüfatındadır. Belə olan təqdirdə Xəyal Bayramovun da Hişkədərə kəndində Şəbnəmə məxsus payı var. Sözsüz ki, bu qanunsuz və əsassız iddialardır. Şəbnəm Hüseynovanın heç bir ailə üzvü istəmir. Mülkiyyət hüququ olduğu halda, mülkiyyət hüququndan məhrum olmuşdur. Ev tam mülkiyyət hüququ ilə ona məxsusdur. İddiaçı əsassız olaraq ona evindən istifadə etməsinə maneçiliklər törədir. Belə ki, evində olan qaz, işıqdan İddiaçı özü istifadə etməsinə baxmayaraq yaranmış borclar onun adına gəlir, ondan tələb edirlər və həmin borclar tərəfindən ödənilir. İddiaçı onun əmlakı üzərində mülkiyyət hüqularını pozmaqla evində olan qaz, işıq xətlərinin bərpası ilə bağlı müraciətlər edir. Halbuki, evdə olan qaz və işıqla bağlı yaranmış borclar tərəfindən ödənilmişdir. İddiaçı evində olan sayğacları bərpa etmək fikrinə gəldikdə isə evdə hər hansı partlayış baş versə buna görə məsuliyyəti kim və yaxud hansı orqan üzərinə götürəcəkdir. Bundan başqa qaz idarəsi evində qaz sayğacının quraşdırılması ilə bağlı evdə təhlükəsizlik qaydalarına riayət etmək üçün onunla müqavilə bağlamışdır. O da buna görə məsuliyyəti öz boynuna götürmüşdür. Lakin İddiaçı bir neçə dəfə sayğacdan çıxıb evə gələn qazı açıq saxladığına görə qonşular tərəfindən ona xəbər verilmiş və o, dərhal gəlib evə gələn qaz sayğacını bağlamışdır. Sonradan o, evdə xoşagəlməz bədbəxt hadisələr baş verməməsi üçün sayğacı açdırmaq qərarına gəlmiş və müvafıq dövlət orqanlarına müraciətini etmişdir. Beləliklə də qaz sayğacını qanunamüvafıq olaraq sayğacı ləğv etdirmişdir. Elektrik xətti ilə bağlı da elektrik enerjisinin istifadəsinə İddiaçı laqeydlik edəcəksə, bu barədə də aidiyyatı orqanlara müraciəti olacaqdır. Nikah haqqında şəhadətnamədən göürünür ki, X8 ilə Bayramova (Hüseynova) Şəbnəm Əlixan qızı nikahlarını 22 oktyabr 2013-cü il tarixdə, 555 saylı nikah akt qeydi ilə Masallı rayonu Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X8 ilə İddiaçı arasında olan nikah qeydi 02 mart 2020-ci ildə pozulmuşdur. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X14 15 avqust 2014-cü ildə, X15 10 dekabr 2016-cı ildə anadan olmuşlar. Uşaqların atası X9, anası İddiaçıdır. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 17 sentyabr 1998-ci il tarixli, 046 saylı qərarı ilə X5, X4, X6, X2 0.06 ha həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış barədə məlumat görünür ki, Masallı şəhəri, Mahmudavar kəndində yerləşən 0.06 ha torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 138.8 kv.m olan fərdi yaşayış evi Cavabdeh2, X1, X7 və X3 ümumi birgə mülkiyyətinə verilmişdir. Hüquq xx.xx.2021-ci il ildə qeydiyyata alınmışdır. Ailə tərkibi barədə arayışdan görünür ki, İddiaçı Masallı rayonu, Hişkədərə kəndində qeydiyyatda olmaqla Mahmudavar kəndində 15 avqust 2014-cü il təvəllüdlü X16 və 10 dekbar 2016-cı il təvəllüdlü X15 ilə birlikdə yaşayır. Masallı Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(050)-740/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 cavabdeh İddiaçı qarşı evdən çıxarılma və cavabdeh tərəfində yaranmış maneələrin ardan qaldırılması, onun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddiası təmin olunmamışdır. Masallı Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(050)-884/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı 1000 manat məbləğində kompensasiya verilməklə, mülkiyyətində olan Masallı rayonu, Mahmudavar kəndində yerləşən 2 mərtəbəli, 2 otaq, 1 mətbəxdən ibarət olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2022-ci il tarixli, 2(106)-2117/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 apaelyasiya şikayətinin təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(050)-884/2022 saylı qətnaməsi iddiaçı Cavabdeh2 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinı riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (bundan sonra–Mənzil Məcəlləsi) yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Mənzil Məcəlləsinə 9.2.2-ci maddəsinə əsasən mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması mənzil hüquqlarının müdafiəsi aşağıdakı üsullarla həyata keçirilir. Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələrinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Mənzil Məcəlləsinin 13.2 və 13.3-cü maddələrinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən stukturca ayrıca sahəsi mənzil hesab edilir. Azərbaycan Respublikası Mülki Məcələnin 27.1.-27.3.-cü maddələrinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Məhkəmə göstərilən maddi hüquq normalarına əsasən qeyd edir ki, işin hallarından göründüyü kimi evdən İddiaçı yaşayış sahəsi kimi istifadə edir. Onun həmin evdən çıxarılması barədə məhkəmə qərarı yoxdur və 2013-cü ildən həmin evdə yaşayır. Belə olan halda, layiqli həyat şəraiti üçün İddiaçı evin məişət əşyalarından, itehlakçı kimi qaz və elektrik enerjisindən istifadə etmək hüququ da vardır. Cavabdeh2 və ailə üzvlərinin evə mülkiyyət hüququ yaransa da, nə qədər ki, İddiaçı mənzil hüququ ilə həmin evdə yaşayır, digər həyat şəraiti üçün yardımçı vasitələrdən də istifadə etməlidir. Burada istifadə dedikdə, əşya hüququ mahiyyətində anlaşılmamalı, mənzil hüququndan irəli gələn gündəlik təlabatlarla bağlı yardımçı vasitələrdən yararlanma kimi başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216- 220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı evdən istifadəyə olan maneələrin aradan qaldırılsın və sökülmüş qaz sayğacı bərpa edilərək yenidən quraşdırılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2763/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2763/2023
09.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver