Məhkəmə qərarları › İş №2(050)-2786/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2786/2023

14.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2786/2023 14.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Masallı Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, 13 fevral 2005-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 13 fevral 2005-ci il tarixdə anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu 13 fevral 2005-ci il təvəllüdlü X5 mikroftalm, mikrokorena. Mikroftalm. VİS OD=işıq duyğusu VİS OD=0,07 k/e (yüzdə yeddi) diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Hərəkətlərini ölçüb-biçə bilmir, onların nə ilə nəticələnəcəyini dərk etmir, psixi qüsurları vardır. Ona başqa bir şəxs tərəfindən qulluq edilməlidir. Oğlu məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmədiyindən bir sıra sənədləşmə işlərinin aparılmasında çətinlik çəkir, o cümlədən Dövlət tərəfindən müəyyən edilmiş bir sıra güzəştlərdən istifadə edə bilmir. Odur ki, oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət edilmişdir. Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, ekspert rəyində də oğlunun fəaliyyət qabiliyyətinin olmaması təsdiqlənmişdir. Sonda Ərizəçi ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, ərizənin təmin edilməsinə etiraz etmir. İş materiallarında olan: Doğum haqqında şəhadətnamədən görünür ki, Lənkəran rayonu, Şürük kəndində doğulmuş 13 fevral 2005-ci il təvəllüdlü X1 atası Ərizəçi, anası X4r. Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron çıxarışdan görünür ki, 13 fevral 2005-ci il təvəllüdlü X5 “Mikroftalm, Mikrokorena. Mikroftalm. VİS OD=işıq duyğusu VİS OD=0,07 k/e (yüzdə yeddi)” diaqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2023-cü il tarixli, 2751 saylı rəyindən görünür ki, 13 fevral 2005-ci il təvəllüdlü X2 “Orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” müəyyən edilir. X5 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X2 müəyyən edilən “Orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” əlaqədar səhhəti mülki işə baxışında iştirakına yol vermir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X1 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2023-cü il tarixli, 2751 saylı rəyindən görünür ki, 13 fevral 2005-ci il təvəllüdlü X2 “Orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” müəyyən edilir. X5 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X5 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X2 müəyyən edilən “Orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” əlaqədar səhhəti mülki işə baxışında iştirakına yol vermir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 13 fevral 2005-ci il təvəllüdlü Lənkəran rayonu, Şürük kəndinə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar