Məhkəmə qərarları › İş №2(050)-2789/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2789/2025

11.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2789/2025 11.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, Ərizəçi (Maraqlı şəxs kimi Maraqlı şəxs qeyd edilmiş) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi məhkəməyə müraciət edərək atası X2 aid fərdi uçot kartoçkasında ata qrafasında yazılmış X5 qeydinin və AZ-ıı 010294 nömrəli ölüm haqqında şəhadətnamənin mərhum babası X4 məxsus olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməlidir. Belə ki, ərizə öyrənilərkən müəyyən edilmişdir ki, ərizəçinin atası X1 doğum haqqında qeydiyyatı olmadığından onun atasının, yəni ərizəçinin babasının (adı, soyadı və ata adı) ilə bağlı müxtəlif sənədlərdə fərqli qeydiyyatlar aparılmışdır. Ərizəçinin niyyəti məhz atası X1 X3 övladı olmasını, dolayısı yolla özünün də sonuncunun nəvəsi olması müəyyən etməkdir. Lakin, ərizəçi istədiyi nəticəni əldə etmək üçün düzgün müdafiə üsulundan istifadə etməmişdir. Belə ki, əvvəla şəxsin doğum haqqında qeydiyyatı olmadığı halda, şəxsin fərdi uçot kartoçkasında atasına dair yazılmış məlumatın doğru olmasının müəyyən edilməsi mümkün deyildir. Yəni, fərdi uçot kartoçkası hüquqmüəyyənedici sənəd deyil, başqa sənədlərə əsaslanmaqla formalaşan sənəddir. Fərdi uçot kartoçkasında göstərilmiş məlumatlardan şəxsin doğum faktının məhkəmə qaydasında müəyyən edilməsi zamanı istifadə edilə bilər. O demək deyildir ki, təkcə həmin kartoçkanı əsas götürməklə doğum faktı müəyyən edilməlidir. Məhkəmə digər sübutlarla qarşılıqlı tədqiq etməklə fərdi uçot kartoçkasında göstərilmiş məlumatları həqiqi məlumatlar kimi qəbul edə və doğuş faktının müəyyən edilməsi üçün sübutlardan biri kimi istifadə edilə bilər. Məlum məsələdir ki, şəxs doğum faktının müəyyən edilməsi ilə bağlı ərizəsində həm də atası və anası ilə bağlı məlumatların göstərilməsini tələb edə bilər. Ərizəçi atasının doğum faktının müəyyən edilməsinə dair ərizəsində babası ilə bağlı məlumatların qətnamədə göstərilməsini xahiş etməklə, babasının məhz əsl ad, soyad və ata adı ilə bağlı istədiyi məqsədinə çata bilər. Məhkəmə ərizəçinin AZ-İİ 010294 nömrəli ölüm haqqında şəhadətnamənin babası X4 məxsus olmasının müəyyən edilməsi tələbi ilə bağlı bildirir ki, qeyd edilən tələbə də məhkəmədə baxıla bilməz. Həmin şəhadətnamə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı tərəfindən verilmiş, həmin orqan da hazırda fəaliyyətini davam etdirir. Həmin şəhadətnamədə müvafiq düzəlişlər məhz sənədi verən orqan tərəfindən edilə bilər. Həmin orqan düzəlişəri etməkdən imtina etdikdə isə onun bu hərəkətindən İnzibati məhkəməyə müraciət edilə bilər. Mülki Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda, hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göründüyü kimi, ərizəçinin tələbinə xüsusi icraat qaydasında baxılaraq qərar qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə yolverilməzliyə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Həmin məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq qərara aldi: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və əlavə olunmuş sənədlərin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar