Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-279/2024 25.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün müddətin uzadılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış, Masallı rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 23 saylı qərarı əsasında verilmiş JN-010A kod 80526028 saylı şəhadətnamə ilə mülkiyyətində olmuş Masallı rayonu İ Səmidxan kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atasının nənəsi, X3 Babayev Hacıağa Babaş oğlu ilə qeyri rəsmi nikahından X26 ilə X6 doğulmuşdur. Kifayət Məmmədova xx.xx.2001-ci il tarixdə, onun oğlanları Məmmədhəsən Babayev xx.xx.1996-cı il tarixdə, Sərxoş Məmmədov isə xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi Kifayət Məmmədovanın oğlanları onun ölümündən daha əvvəl vəfat etmişlər. X14 Akif və Hacıyev Arif adlı iki oğlu olmuşdur ki, onlardan da Akif Hacıyev xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X39 Mübariz, Məmmədov Tahir, Məmmədov Rabil, Məmmədov Mahir, Nəzirova Mahirə adlı uşaqları olmuşdur ki, onlardan da Mübariz Məmmədov xx.xx.2020-ci il tarixdə, atası Tahir Məmmədov isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Atasının övladları kimi onunla yanaşı Əsgərova Fəridə, Quliyeva Gülnarə, Cəfərova Elnarə adlı bacıları və Məmmədov Səid adlı qardaşı qalmışdır. X40 münasibətdə birinci növbəli vərəsələr kimi onunla yanaşı göstərilən şəxslər qalmışdır. Kifayət Məmmədova vəfat edənədək Masallı rayonu İ Səmidxan kəndində yaşamış və həmin kənddə olan 0,20 ha həyətyanı torpaq sahəsi ona məxsus olmuşdur. Həmin torpaq sahəsi Masallı rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 23 saylı qərarı əsasında verilmiş JN-010A kod 80526028 saylı şəhadətnamə ilə mülkiyyətində olmuşdur. X4rı hələ sağlığında vəfat etdiyindən onun ölümündən sonra təsərrüfatı nəvəsi olan atası və onun ailə üzvləri kimi onlar idarə etmişlər. Atası da vəfat etdikdən sonra həmin təsərrüfatı o, idarə edir. Lakin bununla bağlı vaxtında notariat ofisinə müraciət etməmişdir. Digər vərəsələr isə miras əmlakı istəmilər və həmin mirasın adına sənədləşməsinə də etiraz etmirlər. Bu barədə onların hər biri notarial qaydada təsdiq edilmiş ərizə də vermişdir. Bu yaxınlarda Notariat Kontoruna müraciət etdikdə isə mirasın qəbul müddətinin buraxıldığı üçün vərəsəlik işinin notarial qaydasında sənədləşdirişlməsinin mümkün olmaması barədə məktub verilmişdir. Qanunvericiliyin tələbinə əsasən Kifayət Məmmədovanın birinci növbəli vərəsəsi onunla bacıları, qardaşı, bibisi, əmiləri olsa da, onlar miras əmlakı qəbul etməmiş və həmin mirasın adına sənədləşməsinə etiraz etmirlər. O, isə mirası qəbul etmək istəsə də, qeydiyyatın və faktiki yaşayış yeri başqa ünvan olduğundan, həmçinin işi ilə bağlı mütəmadi gəlib-gedə bilməmişdir. Bu səbəbdən də mirasın qəbulu barədə notariat kontoruna vaxtında ərizə verməmişdir. Odur ki, mirasın qəbulu ilə bağlı buraxılmış müddət bərpa edilə bilər. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia ərizəsini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Masallı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Əlövsət İbrahimov məhkəməyə məktub göndərərək 25 yanvar 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iş yükünün ağırlığı ilə əlaqədar gələ bilməyəcəyi üçün işə onun iştirakı olmadan baxaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X32 16 fevral 2001-ci il tarixdə Salyan rayonunda, ürək-ağ ciyər çatışmamazlığı səbəbindən ölmüşdür. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X6 24 fevral 1996-cı il tarixdə Masallı rayonu Səmidxan kəndində, ürək çatışmamazlığı səbəbindən ölmüşdür. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X15 08 sentyabr 2021-ci il tarixdə Masallı rayonu Səmidxan kəndində, bədxassəli yenitörəmə səbəbindən ölmüşdür. İş materiallarında olan ölüm haqqında arayışdan görünür ki, X26 03 fevral 2000-ci il tarixdə Salyan rayonu Arbatan kəndində, insult hipertaniya səbəbindən ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X27 22 avqust 2020-ci il tarixdə Astara rayonunda, Covid-19 virusu səbəbindən ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X41 17 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində, digər dəqiqləşdirilmiş sepsis səbəbindən ölmüşdür. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X6 20 iyun 1926-cı il tarixdə Masallı rayonu Səmidxan kəndində anadan olmuşdur. X69 Babaş oğlu, anası X16r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X26 10 aprel 1937-ci il tarixdə Masallı rayonu Səmidxan kəndində anadan olmuşdur. X69 Babaş oğlu, anası X16r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X15 01 iyul 1949-cu il tarixdə Masallı rayonu Səmidxan kəndində anadan olmuşdur. X1, anası X42r. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X27 07 noyabr 1960cı il tarixdə Masallı rayonu Səmidxan kəndində anadan olmuşdur. X5, anası X17r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X41 22 oktyabr 1961-ci il tarixdə Masallı rayonu Səmidxan kəndində anadan olmuşdur. X5, anası X17r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X43 23 yanvar 1965-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. X5, anası X17r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X49 xx xxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X8, anası X18r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X33 19 avqust 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X8, anası X18r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X28 28 avqust 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X9, anası X19r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X53 15 oktyabr 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X9, anası X19r. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X34 28 avqust 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X9, anası X18r. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, X57 ilə X35 arasında 04 noyabr 2008-ci il tarixdə Bakı nikah evində 3524 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Əsgərova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, X36 ilə X28 arasında 30 noyabr 2015-ci il tarixdə Masallı RİHB-nin Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 15 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Quliyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, X46 ilə X34 arasında 12 dekabr 2015-ci il tarixdə 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində 2730 saylı nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Cəfərova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Masallı rayon Qeydiyyat şöbəsinin arxivində X11 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan X7 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2001-ci il tarixdə nənəsi-X32 vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar ondan miras qalmış əmlakı faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyildir. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan X20 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş nənəsi X10 ona çatan miras payını rəsmi və faktiki olaraq qəbul etməmiş, qəbul etmir, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqdır. İş materiallarında olan X21 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, mərhum nənəsi X32 xx.xx.2001-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra miras qalan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakdan ona çatası vərəsəlik payını faktiki olaraq qəbul etməmiş, buna ehtiyacı yoxdur və gələcəkdə də olmayacaqdır. Gələcəkdə müddətin bərpası üçün məhkəməyə də müraciət etməyəcəkdir. İş materiallarında olan X12 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, mərhum nənəsi X32 xx.xx.2001-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra miras qalan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakdan ona çatası vərəsəlik payını faktiki olaraq qəbul etməmişdir, buna ehtiyacı yoxdur və gələcəkdə də olmayacaqdır. Gələcəkdə müddətin bərpası üçün məhkəməyə də müraciət etməyəcəkdir. İş materiallarında olan X22 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, mərhum X32 xx.xx.2001-ci il tarixində ölmüşdür. Onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüşdür, yəni buraxılmışdır. Mərhumun ölümündən sonra mirası nədən ifadə edilməsindən asılı olmayaraq qəbul etmir və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyildir. İş materiallarında olan X13 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, mərhum X32 xx.xx.2001-ci il tarixində ölmüşdür. Onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüşdür, yəni buraxılmışdır. Mərhumun ölümündən sonra mirası nədə ifadə edilməsindən asılı olmayaraq qəbul etmir və buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyildir. İş materiallarında olan X23 və X37 notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, mərhum X32 xx.xx.2001-ci il tarixində ölmüşdür. Onların tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüşdür, yəni buraxılmışdır. Mərhumun ölümündən sonra mirası nədə ifadə edilməsindən asılı olmayaraq qəbul etmirlər və buna görə də öz vərəsəlik hüquqularını rəsmiləşdirmək niyyətində deyildirlər. İş materiallarında olan JN-010A Kod 80526028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli, 23 saylı qərarı ilə Masallı rayonu Səmidxan kənd sakini X24 0.20 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Masallı RİHB-nin Səmidxan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 661 nömrəli arayışından görünür ki, İddiaçı nənəsi X32 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri Masallı rayon İ Səmidxan kəndi olmuş, ölənədək onunla birlikdə yaşamış və hazırda həmin evdə yaşayan ailə üzvü İddiaçı qalmışdır. X3 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları-nəvəsi X38, nəvəsi-X25, nəvəsi-X47 və nəvəsi-X29r. X3 qeyd olunun vərəsələrindən başqa digər vərəsələri yoxdur. İş materiallarında olan Masallı RİHB-nin Səmidxan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 665 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən İ Səmidxan kənd qeydiyyatında yaşamış, mərhum X32 xx.xx.2001-ci il tarixdə vəfat etdikdən sonra onun təsərrüfatını nəvəsi X41 idarə etmişdir. X41 xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra X11 təsərrüfatını nəticəsi İddiaçı idarə edir. İşdə materiallarında olan Masallı rayon Səmidxan Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 68 nömrəli arayışından görünür ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi Ev-15, mənzil 55 qeydiyyatında olan İddiaçı həqiqətən mərhum Masallı rayonu İ-ci Səmidxanlı kəndində qeydiyyatda olmuş X32 xx.xx.2001-ci il tarixdə vəfat etdikdən sonra onun istifadəsində olmuş torpaq sahəsinin vergisini nəticəsi İddiaçı ödəyir. İş materiallarına əlavə olunan Masallı Rayon “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin xüsusi notariusu Əlövsət İbrahimov tərəfindən tərtib edilmiş 19 noyabr 2023-cü il tarixli, 1487 nömrəli məktubdan görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X11 miras əmlakların qəbulu ilə əlaqədar notariat ofisinə xx.xx.2023-cü il tarixdə yazılmış ərizəyə baxılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə (vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.) əsasən, mirasın qəbul edildiyi müddəti buraxıldığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133-cü maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı oğlu mərhum nənəsi X11 birinci növbə vərəsəsidir. Odur ki, iddia ərizəsi təmin edilməli və X2 miras qalmış əmlakın qəbul edilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilərək uzadılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X2 miras qalmış Masallı rayonu Səmidxan kəndində yerləşən 0.20 hektar fərdi yaşayış evinin tikilisi üçün torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzürlü hesab edilərək uzadılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-279/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-279/2024
25.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver