Məhkəmə qərarları › İş №2(050)-2797/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2797/2024

10.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2797/2024 10.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək Masallı rayon Həsənli Sovxozunun xx.xx.1987ci il tarixli 463 nömrəli əmrinin ona münasibətdə qəbul edilmiş olması, əmrdə səhv qeyd edilmiş adın - X1 Ərizəçi kimi oxunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Masallı rayon Həsənli sovxozuna (xx.xx.1992-ci ilədək “Şən Həyat” sovxozu) 1987-ci ildə təsərrüfatdan ayrılma barədə ərizə təqdim etmişdir. Azərbaycan SSR Masallı rayon Həsənli kənd XDS İcraiyyə Komitəsinin 20 noyabr 1987-ci il tarixində keçirilmiş iclasında təsərrüfatının atası X7 aid təsərrüfatından ayrılması barədə qərar qəbul edilmiş, həmin tarixli 14 nömrəli protokolla rəsmiləşdirilmişdir. Daha sonra Masallı rayon Həsənli sovxozunun xx.xx.1987-ci il tarixli, 463 nömrəli əmri ilə ona atası X5 öhdəsində olan 0.2 ha həyətyanı torpaq sahəsindən 0.10 ha ölçülüb ev tikmək üçün torpaq verilmişdir. Lakin, 2020-ci ildə ilk dəfə torpağına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı alarkən ona məlum olmuşdur ki, Həsənli sovxozunun Masallı rayon Dövlət Arxivində mühafizə olunan sənədlərində ona torpaq verilməsinə dair xx.xx.1987-ci il tarixli 463 nömrəli əmrində Ərizəçi yox, X9 yazılmışdır. X9 onun qardaşıdır. O, 08 noyabr 1970-ci ildə vaxtsız vəfat etmişdir. Dəfələrlə PHŞ-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etsə də, mülkiyyət hüquqlarının qeydiyyat alınmasından imtina edilmişdir. Lakin, 8 saylı Cəlilabad Ərazi İdarəsi hər dəfə imtina edərək bildirmişdir ki, bu əmr əsasında çıxarışın verilməsi mümkün deyil, çünki əmrdə şəxsiyyət vəsiqələrindən fərqli adlar - Vəlikram əvəzinə Əlikram adı göstərilmişdir. Dəfələrlə bunun Həsənli sovxozunun səhvi olmasını bildirmiş və onun təqsiri üzündən baş verməməsi barədə məlumat vermişdir. Masallı rayon İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Dairəzi üzrə nümayəndəliyi tərəfindən akt tərtib olunmuş, həqiqətən əmrdə səhvliyin olduğu qeyd olunmuşdur. Lakin, buna baxmayaraq onların müraciətlərinə müsbət cavab verilməmişdir. Artıq illərdir şəxsi əmlakına dair sənəd ala bilmir. Təsərrüfatdan ayrılmaq haqqında ərizədə, ayrılma haqqında qərarda və protokolda Ərizəçi qeyd olunur, təsərrüfatbaşına kitabda Ərizəçi adına yeni şəxsi hesab açılır. Lakin, bundan günlər sonra ev tikmək üçün verilən qərarda bircə “V” hərfini əskik yazmaqla 17 il öncə vəfat etmiş X6 torpaq sahəsi verilmiş olur. Qanunçuluğun ciddi qorunduğu, kommunist rejimdən qorxunun olduğu bir dövrdə illər öncə vəfat etmiş şəxsə torpaq verilməsi mümkünsüz olmuşdur. Odur ki, Masallı rayon Həsənli sovxozunun xx.xx.1987-ci il tarixli, 463 nömrəli əmrində olan mövcud yanlışlığın aradan qaldırılmasına dair məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Yuxarda göstərilənlərə əsasən hesab edir ki, Masallı rayon Həsənli Soxvozunun xx.xx.1987-ci il tarixli, 463 nömrəli əmrində mövcud olan yanlışlıq düzəldilməli və X2 Vəlikram Həzi oğlu olaraq oxunmalıdır. Belə ki, şəxsiyyəti təsdiq edən sənədlərə və ölüm haqqında arayışlara baxmaq kifayətdir ki, əmrdə qeyd olunan - X4 əvəzinə Ərizəçi yazılması nəzərdə tutulumş, sadəcə olaraq texniki yanlışlığa yol verilmişdir. Masallı rayon İcra Hakimiyyəti Başçısının Həsənli Kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsi tərəfindən tərtib olunmuş 01 may 2024-cü il tarixli, 453 nömrəli arayışda qeyd olunur ki, xx.xx.1987-ci il tarixli 463 nömrəli arayışda qeyd olunan X4 adı səhv yazılmışdır, Ərizəçi yazılmalıdır. Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. Onun 5 qardaşı olmuşdur. Onlardan üçü vəfat etmiş, Vəlikram və Qulu adlı qardaşları qalmışdır. Vəfat edənlərdən biri də X9 olmuşdur. O, 08 noyabr 1970-ci ildə avtoqəza nəticəsində vəfat etmişdir. Sözügedən torpaq sahəsində Vəlikramın evi olmuşdur. Maraqlı şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PŞH-nin 8 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndələri məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini bildirməmişlər. Odur ki, məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş: Azərbaycan SSR Masallı rayon Həsənli kənd XDS İcraiyyə Komitəsinin 20 noyabr 1987-ci il tarixində keçirilmiş iclasının protokolundan görünür ki, Ərizəçi təsərrüfatının atası X7 aid təsərrüfatından ayrılması barədə qərar qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 8 saylı Cəlilabad Ərazi İdarəsinin Ərizəçi müraciətindən imtina məktubundan görünür ki, təqdim edilmiş sənədlərdə çatışmamazlığın olması və mübahisəyə görə torpaq sahəsinin qeydiyyata alınması mümkün olmamışdır. Masallı rayon Dövlət Arxivi tərəfindən verilmiş 12 oktyabr 2020-ci il tarixli, Ç-376 saylı arxiv çıxarışından ki, Azərbaycan SSR Masallı rayon Həsənli kənd XDS İcraiyyə Komitəsinin 20 noyabr 1987-ci il tarixində keçirilmiş iclasının protokolundan görünür ki, Ərizəçi təsərrüfatının atası X7 aid təsərrüfatından ayrılması barədə qərar qəbul edilmişdir. Masallı rayon Dövlət Arxivi tərəfindən verilmiş 12 oktyabr 2020-ci il tarixli, Ç-376/1 saylı arxiv çıxarışından ki, Masallı rayon Həsənli sovxozunun xx.xx.1987-ci il tarixli, 463 nömrəli əmri ilə X6 atası X5 öhdəsində olan 0.2 ha həyətyanı torpaq sahəsindən 0.10 ha ölçülüb ev tikmək üçün torpaq verilmişdir Masallı RİHB-nın Həsənli kənd İƏDÜN-nin 01 may 2024-cü il tarixli, 453 saylı arayışından görünür ki, Masallı Rayon Dövlət arxivi tərəfindən verilmiş Həsənli sovxozu üzrə əmrdən (xx.xx.1987-ci il əmr№-463) 12 dekabr 2020-ci il Ç376/1 saylı arxiv çıxarışında Ərizəçi adı X3 yazılmışdır. Yazılmalıdır Ərizəçi. Ərizəçi X9 adında qardaşı olmuş və X9 xx.xx.1970-ci ildə vəfat etmişdir. Ölüm haqqında arayışdan görünür ki, X9 16 noyabr 1970-ci ildə ölmüşdür. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyərək, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan mötəbər və təkzibolunmaz sübutlara əsasən müəyyən olunur ki Masallı rayon Həsənli sovxozuna (xx.xx.1992-ci ilədək “Şən Həyat” sovxozu) 1987-ci ildə təsərrüfatdan ayrılma barədə ərizə təqdim etmişdir. Azərbaycan SSR Masallı rayon Həsənli kənd XDS İcraiyyə Komitəsinin 20 noyabr 1987-ci il tarixində keçirilmiş iclasında təsərrüfatının atası X7 aid təsərrüfatından ayrılması barədə qərar qəbul edilmiş, həmin tarixli 14 nömrəli protokolla rəsmiləşdirilmişdir. Daha sonra Masallı rayon Həsənli sovxozunun xx.xx.1987-ci il tarixli, 463 nömrəli əmri ilə ona, Ərizəçi atası X5 öhdəsində olan 0.2 ha həyətyanı torpaq sahəsindən 0.10 ha ölçülüb ev tikmək üçün torpaq verilmiş, sadəcə olaraq texniki yanlışlıq səbəbindən “Vəlikram” adının əvəzinə əmrdə ölmüş qardaşının adı “Əlikram” yazılmışdır. 2020-ci ildə ilk dəfə torpağına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı alarkən Həsənli sovxozunun Masallı rayon Dövlət Arxivində mühafizə olunan sənədlərində ona torpaq verilməsinə dair xx.xx.1987-ci il tarixli 463 nömrəli əmrində Ərizəçi yox, X9 yazıldığı məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1. və 307.2.5-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyən edici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnəmələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308 və 310-cu maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, ərizəçilər məhkəmdə hüquqi əhəmiyyətli olan fakt müəyyən olunmadan, lazım olan sənədi başqa formada əldə edə bilmir. Torpaq sahəsində ərizəçinin mülkiyyət hüququ vardır, ona görə də ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Masallı rayon Həsənli Sovxozunun xx.xx.1987-ci il tarixli 463 nömrəli əmrində qeyd edilmiş “X9” sözlərinin əvəzinə “Ərizəçi” sözləri olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar