Məhkəmə qərarları › İş №2(050)-2872/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2872/2025

27.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2872/2025 27.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsi üzrə tələb: İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz İB”-nin Lənkəran regional qaz istismarı idarəsinin Masallı XS tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin aktlar əsasında hesablanmış ziyan kimi 8640 m3 və 15336 m3 qaz sərfiyyatının və həmin aktlara əsasən hesablanan borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək “Azəriqaz İB”-nin Lənkəran regional qaz istismarı idarəsinin Masallı XS tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış ziyan kimi 15336 m3 qaz sərfiyyatına əsasən hesablanan borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Onun Masallı rayonu, Qəriblər kəndində fərdi yaşayış evi vardır və ev təbii qazla təchiz olunmuşdur. Həmin ev əvvəlcə X4 məxsus olmuş, xx.xx.2018-ci ildə bağışlama müqaviləsi əsasında həyat yoldaşı X1 bağışlanmış, daha sonra xx.xx.2019-cu il tarixdə yoldaşı evi ona bağışlamışdır. Hazırda həmin ev onun mülkiyyətindədir. Lakin Cavabdeh İB xx.xx.2021-ci il tarixdə akt tərtib edərək guya sayğacdan kənar qeyri-qanuni birləşmə olmasını göstərmiş, xx.xx.2021-ci il tarixli tələbnamə əsasında 15336 kub metr sərfiyyat hesablanmış, daha sonra xx.xx.2022-ci il tarixli akt əsasında eyni tarixli tələbnamə ilə 8640 kub metr sərfiyyat hesablanmış və borc kimi yazılmışdır. O, həmin evdə yaşamır, onun özünün daimi yaşadığı yer Masallı şəhəri, C.Cabbarlı küçəsində yerləşən evidir. Həmin borcdan ümumiyətlə xəbəri yoxdur, o, heç vaxt sayğacdan kənar qazdan istifadə etməmişdir. Həmin ev əvvəlcə Rizvan Şükürova məxsus olmuşdur, yəqin ki həmin şəxsin borcu olmuş, sonradan sayğac onun adına keçərkən borc da onun adına keçmişdir. O, heç vaxt sayğacdan kənar qazdan istifadə etməmiş, bununla bağlı sübut ola bilməz, olması mümkün deyildir. Masallı RİHB-nin Qəriblər ərazi nümayəndəliyi tərəfindən verilmiş arayışdan da görünür ki, o, uzun müddətdir ki, həmin evdə yaşamır. Həmin ev 2011-ci ildə tikilmiş və arayışlardan görünür ki, 2022-ci ilin may ayına kimi həmin evdə yaşayış belə olmamışdır. Bu halda hazırkı aktlar əsassız olaraq yazılmışdır, sayğaca müdaxilə olunması və sayğacdan kənar qazdan istifadə olunması barədə hər hansı sübut mövcud deyildir. Sübut varsa həmin sübutlar ona da verilməlidir, onun xəbəri olmadan aktlar yazılmışdır. Sayğac həyətdən kənarda yerləşir və onu qorumaq qaz paylayıcının üzərinə düşür. Bundan başqa, onun müdaxilə etməyi barədə hər hansı sübut yoxdur. Həmçinin Azəriqaz İB-nin qanunsuz müdaxilə barədə qərar qəbul etmək səlahiyyəti yoxdur, bununla bağlı Energetika Nazirliyi qərar qəbul etməlidir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin iddiaya münasibəti: İddia ərizəsində mübahisələndirilən xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt və xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktlar üzrə qanuni qüvvəsini almış qətnamələr vardır. Belə ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt üzrə Masallı rayon Məhkəməsinin 2(050)- 550/2023 saylı xx.xx.2023-cü il tarixli, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt üzrə isə Masallı Rayon Məhkəməsinin 2(050)248/2023 saylı, xx.xx.2023-cü il tarixli, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-846/2023 saylı xx.xx.2023-cü il tarixli qətnamələri vardır. Odur ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 261.0.2-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa) və 261.0.6-ci (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin arbitraj məhkəməsinin qərarının tanınmasından və ya məcburi icrasının təmin edilməsindən imtina etdiyi hallar istisna olmaqla, arbitraj məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı olarsa) maddələrini rəhbər tutaraq icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2019-cu ildən etibarən o və ailə üzvləri Bakı şəhərində yaşayır. Cavabdeh əməkdaşları tərəfindən ona heç bir məlumat verilmədən sayğaca baxış keçirilmiş və evdə yaşayış olmadığı üçün akt qonşudakı qadına imza etdirilmişdir. Odur ki, məhkəmədən akt üzrə yazılmış cərimənin silinməsini xahiş edir. Cavabdeh nümayəndəsi X8 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisə edilən akt üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacdan kənar qeyriqanuni birləşmə vardır. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə X3 adının qarşısında aktı imzalamaqdan imtina etdi qeyd edilmişdir xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən 15336 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği müəyyən edilməklə X6 tərəfindən ödənilməsi tələb olunmuşdur. Masallı Rayon Məhkəməsinin Masallı rayon Məhkəməsinin 2(050)-248/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-846/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(050)-248/2023 saylı qətnaməsi qismən ləğv edilmiş, cavabdeh X2 dəymiş maddi ziyana görə 1533,60 manat məbləğdə pul vəsaiti alınaraq iddiaçı Cavabdeh hesabına ödənilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-846/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(050)-248/2023 saylı qətnaməsi qismən ləğv edilmiş, cavabdeh X2 dəymiş maddi ziyana görə 1533,60 manat məbləğdə pul vəsaiti alınaraq iddiaçı Cavabdeh hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 846/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, hazırki mülki iş üzrə icraata xitam verilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar