Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2873/2025 02.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilən işin halları: Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 saylı qərarı ilə JN 272A Kod 80504038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona Masallı şəhərində 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd edir ki, yuxarıda göstərilən Şəhadətnamədə onların, yəni Ərizəçi1 adı Rabil əvəzinə səhvən Habil kimi, Ərizəçi2 ata adı Canəli əvəzinə səhvən Habil kimi və Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 soyadları Rüstəmova (Rüstəmov və Rüstəmzadə) əvəzinə səhvən Dadaşov (Dadaşova) və ata adları isə Rabil əvəzinə səhvən Habil kimi qeyd edilmişdir. Yol verilmiş bu səhv isə onların mülkiyyət hüquqlarını pozur. Baxmayaraq ki, həmin səhv onların deyil, həmin şəhadətnaməni tərtib etmiş şəxslərin səhvi ucbatından baş vermişdir. Hazırda həmin Şəhadətnaməni təqdim edib Dövlət Reyestrindən Çıxarış ala bilmirlər, çünki Şəhadətnamədə yanlışlıq vardır. Bnunla bağlı müvafiq dövlət orqanına müraciət etsələr də, onlara məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Ərizəçinin tələbi: Masallı rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 06 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahəsinin verilməsinə dair JN 272A Kod 80504038 nömrəli şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin mövqeyi: Ərizəçi1 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər ərizəçilərə və maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, digər ərizəçilər və maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsininin xx.xx.2025-ci il tarixli Ərizəçi1 ünvanlanmış məktubundan görünür ki, ona Masallı rayonu ərazisində ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə ad, soyad və ata adının qeyd olunmamasına görə sənədin ona məxsus olması faktının müəyyən edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. JN-272A kod 80504038 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından görünür ki, X13 və onun ailə üzvləri olan X4, Ərizəçi2 Habil qızının, X6, X7, X5 birgə mülkiyyətlərinə 0.08 ha torpaq sahəsi verilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 xx.xx.1976-cı ildə Masallı rayonunda anadan olmuşdur. X21, anası X2r. Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi5 xx.xx.2001-ci ildə Masallı rayonunda anadan olmuşdur. Atası Ərizəçi1, anası Ərizəçi2dır. Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi4 xx.xx.2000-ci ildə Masallı rayonunda anadan olmuşdur. Atası Ərizəçi1, anası Ərizəçi2dır. Doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1976-cı ildə Masallı rayonunda anadan olmuşdur. X3r. Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi3 xx.xx.1998-ci ildə Masallı rayonunda anadan olmuşdur. Atası Ərizəçi1, anası Ərizəçi2dır. Masallı RİBH-nin Banbaşı kənd İƏD-si üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli aktdan görünür ki, JN-272A kod 80504038 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında soyadları, adları və ata adları səhv qeyd olunmuşdur. Ərizəçi1 əvəzinə X13, Ərizəçi2 əvəzinə Ərizəçi2 Habil qızı, Ərizəçi4 əvəzinə X11, Ərizəçi5 əvəzinə X14, Ərizəçi3 əvəzinə X8 yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1. və 307.2.5-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının həmin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 №-li Qərarının: 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3-cü bəndinə əsasən Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə izahatı, şahid ifadələrini və iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan mötəbər və təkzibolunmaz sübutlara əsasən müəyyən olunur ki, JN-272A kod 80504038 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından görünür ki, X13 və onun ailə üzvləri olan X4, Ərizəçi2 Habil qızının, X6, X7, X5 birgə mülkiyyətlərinə 0,08 ha torpaq sahəsi ayrılmışdır. Həmin dövlət aktında hüquq sahiblərindən Ərizəçi1 yanlışlıqla X13, Ərizəçi2 yanlışlıqla Ərizəçi2 Habil qızı, Ərizəçi4 yanlışlıqla X11, Ərizəçi5 yanlışlıqla X14, Ərizəçi3 yanlışlıqla X1 qeyd edilmişdir. Beləliklə məhkəmə ərizəçinin qeyd olunan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini, hüquq haqqında mübahisə olmamasını, maraqlı şəxsin edilmiş müraciətdən imtina etməsini nəzərə alaraq hesab edir ki, Masallı rayon Aqrar İslahat Komissiyasının JN-272A kod 80504038 saylı qərarı ilə ərizəçilərə və ailə üzvünə 0,08 hektar torpaq sahəsinin verilməsinə dair JN-272A kod 80504038 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə ərizəçiyə və ailə üzvlərinə 0.08 hektar torpaq sahəsinin verilməsinə dair JN-272A kod 80504038 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi4, Ərizəçi5, Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-2873/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2873/2025
02.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver