Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-29/2023 04.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, iddiaçı Masallı rayonu Masallı Bələdiyyəsinin nümayəndəsi Nümayəndə, üçüncü şəxs X6, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Masallı rayonu Masallı Bələdiyyəsinin Cavabdeh qarşı (üçüncü şəxs X6) qanunsuz tikilmiş fərdi yaşayış evinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Masallı rayonu Masallı Bələdiyyəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Masallı rayonu Masallı Bələdiyyəsinə məxsus Masallı rayonu, İsgəndərli massivində yerləşən kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsində qanunsuz inşa etdiyi fərdi yaşayış evinin və dəmir tordan ibarət hasarın onun hesabına sökülərək, torpağın əvvəlki vəziyyətə gətirilməsi və zəbt olunmuş 2 ha torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Masallı şəhəri, İsgəndərli massivində bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsini zəbt edərək orada qanunsuz olaraq fərdi yaşayış evi tikmiş və evin yaxınlığında olan örüş sahəsində əkin əkməsini müəyyən edildiyindən ona bələdiyyə tərəfindən 11 may 2022-ci il tarixdə məktub ünvanlanaraq torpağın əvvəlki vəziyyətə gətirilməsi, tikidiyi fərdi yaşayış evini söküb ərazidən kənarlaşdırılması tələb edilmişdir. Lakin 24 may 2022-ci il tarixdə əraziyə baxış keçirilərkən cavabdehin nəinki tələbə əməl etməməsi, əksinə əlavə 1 hektar da olmaqla cəmi 2 hektar torpaq sahəsini dəmir tordan ibarət çəpərlə hasara alaraq orada əkin əkməsi müəyyən edilmişdir. Odur ki, həmin tarixdə cavabdehə bir daha xəbərdarlıq məktubu yazılmışdır. İyun ayının 6-sı və 20-si tarixlərində də əraziyə baxış keçirilərkən eyni mənzərə aşkar edilmiş və müvafiq aktlar tərtib edilmiş, həmçinin cavabdehə bir daha xəbərdarlıq məktubu göndərilmişdir. Lakin bunların heç bir nəticəsi olmamış, cavabdeh bütün bunlara əhəmiyyət verməmişdir. Cavabdeh bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsini dəmir tordan ibarət çəpərlə hasara almaqla və həmin torpaq sahəsində özbaşına inşa etmiş olduğu tikilidən hazırda da istifadə etməklə bələdiyyənin həmin torpağa mülkiyyət hüquqlarını, sahiblik və istifadə hüquqlarını, eləcə də Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsini kobud şəkildə pozur. Belə ki, Torpaq Məcəlləsinin 110-cu maddəsinə sasən torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliynin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qanunvericiliyin tələbindən göründüyü kimi cavabdeh Masallı rayonu Masallı Bələdiyyəsinə məxsus torpaq sahəsini özbaşına tutduğundan həmin torpaq sahəsində çəkdiyi xərclər ona ödənilmədən torpaq əvvəlki vəziyyətinə gətirilməklə oradan çıxmalıdır. Lakin hazırda da cavabdeh qeyd olunan torpaq sahəsini zəbt etməkdə davam etdiyindən həmin torpaq sahəsi üzərində bələdiyyənin sahiblik, istifadə, sərəncam və mülkiyyət hüquqlarını pozur və bu pozuntu davam etməkdədir. Bu hərəkətlərini dayandırması, zəbt etdiyi torpaq sahəsini tərk etməsi barədə dəfələrlə ona edilmiş müraciətlər nəticəsiz qalmışdır. Hazırda da cavabdeh qanunsuz hərəkətlərini davam etdirməklə göstərilən torpaq sahəsini zəbt etdiyindən bələdiyyənin qanuni mülkiyyətindən istifadə etməsi mümkün deyildir. Halbuki, Konstitusiyada və qanunlarda mülkiyyət hüququnu pozan hərəkətlərin yolverilməz olduğu göstərilmişdir. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, 164.1ci, 164.2-ci, 165.1-ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110cu, 111-ci maddəsinin 2 və 3-cü bəndlərinə istinad edilmişdir. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Masallı rayonu Masallı Bələdiyyəsinə məxsus Masallı rayonu, İsgəndərli massivində yerləşən kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsində qanunsuz tikilmiş fərdi yaşayış evinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmədə iddianı müdafiə edərək, bildirdi ki, Cavabdeh Masallı rayonu Masallı Bələdiyyəsinə məxsus Masallı rayonu, İsgəndərli massivində yerləşən kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsində qanunsuz fərdi yaşayış evi tikmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra onun tərəfindən zəbt edilmiş 2 ha torpaq sahəsi zəbtdən azad edilmiş, lakin fərdi yaşayış evi sökülməmiş və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmamışdır. Yaranmış vəziyyətlə bağlı dəfələrlə ona müraciət edilsədə, məsələ həllini tapmamışdır. Mübahisəli fərdi yaşayış evi əvvəllər inşa edilmişdir. İddiaya cavab verməli olan şəxs Cavabdehdır. Sonda Nümayəndə Cavabdeh tərəfindən Masallı rayonu Masallı Bələdiyyəsinə məxsus Masallı rayonu, İsgəndərli massivində yerləşən kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsində qanunsuz tikilmiş fərdi yaşayış evinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs iddianı qəbul etməyərək, bildirdi ki, 1992-ci ildə “Nizami” adına sovxoza ərizə ilə müraciət edərək, evi, həyətyanı torpağı olmadığı üçün sovxozun fondundan torpaq sahəsi verilməsini xahiş etmişdir. “Nizami” adına sovxozun əmri ilə sovxozun tərtib etdiyi 1992-ci il tarixli akta və komissiyanın qərarına müvafiq olaraq boş qalmış istifadə edilməyən edilməyən sahədən sərhədləri müəyyən edilməklə 0.06 ha torpaq sahəsi ev tikmək üçün ona verilmişdir. Mübahisəli ev ona məxsisdur, həmin evi 20 il əvvəl tikdirmişdir. Həmin vaxt bələdiyyə adlı qurum yox idi. Bacısı Cavabdeh ev sahibsiz ev kimi görünməsin deyə, arada-bir evə gedib baxır. Evin tikintisinə başlamazdan əvvəl rayonun baş arxitektorunun, yerquruluşu mühəndisinin razılıqları olmuşdur. Məhz buna görədir ki, həmin evə qaz, su və konalizasiya xətlərinin çəkilişinə icazə verilmişdir. Uzun müddət hərbiçi olmuş və indidə hərbidə xidmət edir. Doğulduğu rayonda qanuni yolla torpaq alıb, ev inşa etdirmişdir. Həmin evdə qaz, su və kanalizasiyadan istifadəyə görə pul ödəmiş, ödəniş qəbzləri vardır. Tikdirdiyi yaşayış evi heç bir təhlükə mənbəyi yaratmayan təhlükəsiz bir yerdədir. Sonda Ə.B.Qarayev iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxsin vəkili və nümayəndəsi X6 ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, mübahisəli fərdi yaşayış evinin ona aidiyyəti yoxdur. Həmin ev qardaşı X2 məxsusdur. Sonda Cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Masallı rayonu Masallı Bələdiyyəsi tərəfindən Cavabdeh ünvanlanmış 11 may, 24 may və 06 iyun 2022-ci il tarixli məktublardan görünür ki, Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və əkin işi aparılmış torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Masallı rayonu Masallı Bələdiyyəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 24 may, 06 iyun və 20 iyun 2022-ci il tarixli aktlarda göstərilir ki, Qarayeva X4 mülkiyyətinə aid olan örüş torpaq sahəsində inşa etmiş fərdi yaşayış evini sökməmiş və torpaq sahəsini əvvəlki vəziyyətə qaytarmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli, 10/2886 nömrəli ekspert rəyindən görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-1423/2023 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatlarına görə Masallı şəhəri, R.Abbasov küçəsi İsgəndərli massivində mübahisəli fərdi yaşayış evinin altında və ətrafında yerləşən ərazi bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaq sahəsi olduğu müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən iddiaçının iddia etdiyi cavabdeh X3 faktiki istifadəsində olan ərazi kimi plana alınmış, Masallı rayonu Masallı Bələdiyyəsinin mülkiyyətinə aid olan 0.1867 ha torpaq sahəsinin 0.1744 hektaradək hissəsi həyətyanı, 0.01 hektaradək hissəsi isə ümumi istifadəli yol təyinatlı torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Mübahisələndirilən həyətyanı torpaq sahəsinin faktiki yerləşmə vəziyyəti, ölçüləri tərtib olunmuş yerquruluşu planında göstərilmişdir. X6 tərəfindən imzalanaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədə göstərilir ki, xx.xx.2022-ci il tarixli, 2(050)-2239/2022 saylı qərardadda göstərilən torpaq və ev mülkiyyəti ona məxsusdur. Masallı Rayon Dövlət Arxivinin 13 iyul 2023-cü il tarixli 3-48-33RA/2-91/2023 saylı arxiv arayışından görünür ki, Masallı rayonu ərazisində fəaliyyət göstərmiş sabiq “Nizami” adına sovxozun 1992-ci ildən (torpaq aktının tarixi 1992-ci il göstərildiyinə görə) 1996-cı ilə kimi (1996-cı ildə “Nizami” adına sovxoz ləğv olunduğu üçün) əmr kitablarına baxış keçirilmiş, lakin X8 (Bəyiş) oğluna “Nizami” adına sovxoz tərəfindən torpaq sahəsi verilməsi barədə əmrə rast gəlinməmişdir. (Təqdim edilmiş əmrdə də, nə tarix, nə nömrə qeyd edilməyib). Əsas: Masallı Rayon Dövlət Arxivində mühafizə olunan sabiq “Nizami” adına sovxozun əmr kitabları. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Masallı rayonu, H.Aslanov küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə abonentin adı, soyadı kimi - X6, abonent kodu kimi - **********08320 göstərilmişdir. “MilliÖN” elektron ödəmə sistemi vasitəsi ilə edilmiş ödənişdən görünür ki, abonent kodu - **********070 olan Əliməddin Qarayev tərəfindən "xxxx" ASC-nin hesabına 2 manat ödəniş edilmişdir. İşin araşdırılması zamanı mübahisəli fərdi yaşayış evinin tikildiyi ərazidə olunmuş, müvafiq çəkiliş aparılaraq, müəyyən edilmişdir ki, abonent kodu - **********08320 olan qaz sayğacı, abonent kodu - **********070 olan su sayğacı mübahisəli fərdi yaşayış evi üçün quraşdırılmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakıları qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) müvafiq olaraq mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddı 157.4). Hazırkı mübahisə ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007- ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. İş materiallarından mübahisəli fərdi yaşayış evinin Cavabdeh məxsus olması müəyyən edilmir. Hər bir halda iddiaçı bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Əksinə, üçüncü şəxs X6 tərəfindən imzalanaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədə göstərilir ki, xx.xx.2022-ci il tarixli, 2(050)-2239/2022 saylı qərardadda göstərilən torpaq və ev mülkiyyəti ona məxsusdur. Bu halı iş üzrə Cavabdeh da məhkəmə iclasında vermiş olduğu izahatı ilə təsdiq etmişdir. İş materiallarından görünür ki, mübahisəli fərdi yaşayış evinə quraşdırılmış qaz və su sayğacları abonent kimi X1 adına sənədləşdirilmişdir. İş üzrə cavadehin düzgün müəyyən edilməsi əhəmiyyət kəsb edir. Məhkəmə aktının hazırki formada olması iddia təmin ediləcəyi halda cavabdeh üçün müəyyən vəzifə yaradır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1 və 54.2-ci maddələrinin tələbləri baxımından iddiaçıya iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verilərkən cavabdehin əsl cavabdehlə əvəz edilə bilməsini ona izah etmiş, lakin iddiaçı buna razılıq verməmişdir. Bu səbəbdən məhkəmə işə irəli sürülmüş tələb üzrə baxmışdır. Sadalanan hüquqi mövqelərdən irəli gələrək məhkəmə hesab edir ki, cavabdeh hazırki iddia üzrə cavab verməli olan şəxs deyil. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsalanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Masallı rayonu Masallı Bələdiyyəsinin Cavabdeh qarşı (üçüncü şəxs X6) Cavabdeh tərəfindən Masallı rayonu Masallı Bələdiyyəsinə məxsus Masallı rayonu, İsgəndərli massivində yerləşən kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsində qanunsuz tikilmiş fərdi yaşayış evinin sökülməsi və torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə iddiası təmin edilməsin. Mütəxəssis rəyinə görə ödənilmiş vəsait Masallı rayonu Masallı Bələdiyyəsinə aid edilsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Masallı rayonu Masallı Bələdiyyəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-29/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-29/2023
04.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver