Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2910/2024 03.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi xx.xx.1969-cu il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilən işin halları: Ərizəçi xx.xx.1974-cü il tarixdə Masallı rayonunda anadan olmuşdur. Heç bir psixi qüsuru və ya digər yoluxucu xəstəlikləri yoxdur. Qardaşı xx.xx.1969-cu il təvəllüdlü X12 Bakı şəhərində anadan olmuş və hazırda Masallı rayonu, Çaxırlı kəndində onunla birlikdə yaşayır. Qardaşı X1 xəstəliyindən əziyyət çəkir. Beyin atrofiyası, ifadəli koqnitiv funksiyaların pozulması, psixotik epizodlarla gedən ağır dərəcəli ağıl zəifliyi, hiperkinetik pozuntular müəyyən edilir. Qeyd etmək istəyir ki, qardaşı, öz hərəkətlərini ölçüb-biçə bilmir, onların nə ilə nəticələnəcəyini dərk etmir, psixi qüsurları vardır. Ona başqa bir şəxs tərəfindən qulluq edilməlidir. Odur ki, Hentinqton xəstəliyindən əziyyət çəkən qardaşının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun qardaşına qəyyum təyin edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin tələbi: xx.xx.1969-cu il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin mövqeyi: Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Masallı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X10 izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: xx.xx.2024-cü il tarixli, 03-16-5/8-3458-06/24 saylı doğum haqqında arayışın surətindən görünür ki, X12 xx.xx.1969-cu ildə doğulmuşdur. X4, anası X11r. xx.xx.2024-cü il tarixli, 03-16-5/8-3457-06/24 saylı doğum haqqında arayışın surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə doğulmuşdur. X4, anası X11r. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasının arayışından görünür ki, X8 “Hentinqton xəstəliyindən əziyyət çəkir. Beyin atrofiyası, ifadəli koqnitiv funksiyaların pozulması, psixotik epizodlarla gedən ağır dərəcəli ağıl zəifliyi, hiperkinetik pozuntular” müəyyən edilir. Əmək qabiliyyətsizdir. Birinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Pulblik Hüquqi X2 barəsində ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 18 sentyabr 2024-cü il tarixli, 2718 saylı rəyindən görünür ki, X8 “Qentinqton” xəstəliyi ilə əlaqədar yaranmış demensiya müəyyən edilir. Öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Buna görə də, X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.1969-cu il təvəllüdlü X7 fəaliyyət qabiliyyətsiz olması ekspert rəyi və digər iş materialları ilə sübuta yetirilir. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.1969-cu il təvəllüdlü X12 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü X12 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-2910/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2910/2024
03.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver