Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2930/2025 16.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı maraqlı şəxs Masallı Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi X26, atası X27 və anası X9 miras qalmış Masallı rayonu, Xoşçobanlı kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-253A kod 80520069 saylı Şəhadətnamə ilə paylı mülkiyyətlərində olmuş 0,25 ha həyətyanı torpaq sahəsi və hüquqların daşınmaz əmlakın dövlət reyisterindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********43 reyestr nömrəli çıxarışla paylı mülkiyyətlərində olmuş 1,0052 ha payıbəlli torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nənəsi X26 ilə babası X23 nikahlarından atası Təlatim Məmmədov doğulmuşdur. Valideyinlərinin nikahından isə onunla yanaşı Lalə, Ədibə, Zükarə adlı bacıları, İnqılab, İsgəndər, Yunus və Raqif adlı qardaşları doğulmuşdur. Nənəsi xx.xx.2003-cü ildə, atası xx.xx.2009-cü ildə, anası isə xx.xx.2023-cü ildə vəfat etmişdir. Mərhumlardan Masallı rayonu, Xoşçobanlı kəndində 0,25 ha paylı həyatyanı torpaq sahəsi və 1,0052 ha paylı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. X54 İİ Dünya Müharibəsində döyüşlərdə iştirak edərək aprel 1944-cü il tarixdə itkin düşdüyündən, atası X28 ailədə yeganə uşaq olmaqla bacı və qardaşları olmadığından, həmçinin o da vəfat etdiyindən nənəsinə, eləcə də valideyinlərinə münasibətdə birinci növbəli vərəsə kimi onunla bacı-qardaşları qalmışdır. Onlar da miras əmlakı qəbul etməmiş və mirası əmlakın onun adına sənədləşməsinə etiraz etməmişlər. Nənəsinin və valideyinlərinin ölümündən sonra miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi barədə Notariat Kontoruna vaxtında müraciət etməmiş, sonradan Notariat Kontoruna müraciət etdikdə isə, mirasın qəbul müddətinin buraxıldığı üçün vərəsəlik işinin notarial qaydasında sənədləşdirilməsinin mümkün olmaması barədə məktub verilmişdir. Qanunvericiliyin tələbinə əsasən nənəsinin, eləcə də valideyinlərininn birinci növbəli vərəsəsi onunla bacı və qardaşları olsa da, onlar miras əmlakı qəbul etməmiş və həmin mirasın onun adına sənədləşməsinə etiraz etmirlər. O, isə mirası qəbul etmək istəsə də, uzun müddət Rusiya Federasiyasında yaşadığından kənddən kənarda olmuş, həmçinin işi ilə bağlı mütamadi gəlib-gedə bilməmişdir. Bu səbəbdən də mirasın qəbulu barədə notariat kontoruna vaxtında ərizə verməmişdir. İddiaçının nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Masallı Regional “Asan Xidmət” mərkəzində Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəməyə gəlməmişdir. Lakin, notarius Əlövsət İbrahimov məhkəməyə ünvanladığı məktubda məhkəmə iclasına iş yükünün ağırlığı ilə əlaqədar gələ bilmədiyi üçün işə onların iştirakı olmadan baxaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş: - Nikah haqqında arayışdan görünür ki, X28 ilə X35 arasında Masallı rayon Təklə kənd ərazi nümayəndəliyi tərəfindən bağlanmış 10 iyul 1967-ci il tarixli, 15 saylı nikah qeydi olmuşdur. - Nikah haqqında arayışdan görünür ki, ----- İsgəndər Yunus oğlu ilə -----Sərgül Allahyar qızı arasında Masallı rayon Təklə kənd ərazi mümayəndəliyi tərəfindən bağlanmış 07 fevral 1938-ci il tarixli, 05 saylı nikah qeydi olmuşdur. - Doğum haqqında arayışdan görünür ki, X28 15 avqust 1942-ci ildə Masallı rayonu, Xoşçobanlı kəndində anadan olmuş, atası X38, anası X17r. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X26 21 iyul 2003-cü il tarixdə hipertoniya səbəbindən Masallı rayonu, Xoşçobanlı kəndində ölmüşdür. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X28 19 sentyabr 2009-cu ildə yemək borusunun blastoması səbəbindən Masallı rayonu, Xoşçobanlı kəndində ölmüşdür. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X29 13 dekabr 2023-ci il tarixdə miokrad infarkt səbəbindən Masallı rayonu, Xoşçobanlı kəndində ölmüşdür. - Doğum haqqında arayışdan görünür ki, X30 10 mart 1972-ci ildə Masallı rayonu, Xoşçobanlı kəndində anadan olmuş, atası X28, anası X18r. - Doğum haqqında arayışdan görünür ki, X36 13 noyabr 1963-cü ildə Masallı rayonu, Xoşçobanlı kəndində anadan olmuş, atası X28, anası X18r. - Doğum haqqında arayışdan görünür ki, X41 03 avqust 1965-ci ildə Masallı rayonu, Xoşçobanlı kəndində anadan olmuş, atası X28, anası X18r. - Doğum haqqında arayışdan görünür ki, X39 24 iyul 1967-ci ildə Masallı rayonu, Xoşçobanlı kəndində anadan olmuş, atası X28, anası X18r. - Doğum haqqında arayışdan görünür ki, İddiaçı 06 fevral 1969-cu ildə Masallı rayonu, Xoşçobanlı kəndində anadan olmuş, atası X28, anası X24r. - Doğum haqqında arayışdan görünür ki, X42 14 iyun 1973-cü ildə Masallı rayonu, Xoşçobanlı kəndində anadan olmuş, atası X28, anası X18r. - Doğum haqqında arayışdan görünür ki, X43 08 iyul 1981-ci ildə Masallı rayonu, Xoşçobanlı kəndində anadan olmuş, atası X28, anası X18r. - Doğum haqqında arayışdan görünür ki, X37 13 yanvar 1978-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, atası X28, anası X18r. - X31 notariat qaydada təsdiq olunmuş 21 may 2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş anası X6 miras qalmış əmlakı faktiki olaraq qəbul etməmiş, qəbul etmək niyyətində də deyil. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. - X25 notariat qaydada təsdiq olunmuş 13 may 2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş anası X6 miras qalmış əmlakı faktiki olaraq qəbul etməmiş, qəbul etmək niyyətində də deyil. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür. - X10 notariat qaydada təsdiq olunmuş 11 sentyabr 2017-ci il tarixli ərizəsindən görünür ki, atasıl X11 xx.xx.2009-cu idə vəfat etməsindən və ona məxsus olan əmlakın miras qalmasından xəbərdardır. Həmin əmlakdan ona çatası miras payı qəbul etməmiş, bu barədə heç bir iddia və tələbi yoxdur. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəməyə müraciət etməyəcək və bu barədə heç bir mübahisə qaldırmayacaqdır. - X19 notariat qaydada təsdiq olunmuş 13 may 2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2024-ci il tarixdə vəfat etmiş anası X6 miras qalmış əmlakı faktiki qəbul etməmiş, qəbul etmək niyyətində də deyil. Bununla bağlı hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürür.. - X32 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, xx.xx.2009-cü il tarixdə Masallı rayonu, Təklə kəndində vəfat edən atası X12 vəfatından sonra vərəsəlik açılması ona məlumdur. - X33 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, 19 sentyabr 2009-cu il tarixdə vəfat etmiş atası X11 vəfatından sonra qalmış mirasın açılması ona məlumdur. - X20 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, 19 sentyabr 2009-cu il tarixində vəfat edən atası X12 vəfatından sonra vərəsəlik açılması ona məlumdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli, 3- 4344/2-214/2024 saylı arayışdan görünür ki, 1910-cu il təvəlüdlü X38 ikinci dünya müharibəsində döyüşlərdə iştirak etmiş və 1944-cü ildə itkin düşmüşdür. - Masallı Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2(050)-1639/2018 saylı qətnaməsindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli 06 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə 0.25 hektar torpaq sahəsinin verilməsinə dair JN253A, Kod 80520069 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X1 getmiş Abdulla ata adının İsgəndər kimi dəyişdirilib yazılmaqla sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. - Masallı Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 13 sentyabr 2024-cü il tarixli, 1280 nömrəli məktubdan görünür ki, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəniz və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olundu ki, vərəsəliyin qəbul müddəti keçdiyi və faktiki qəbul barədə heç bir sənəd olmadığı üçün, bundan əlavə digər vərəsələr barəsində tam məlumat aşkar edilmədiyi səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlərlə məhkəməyə müraciət etməyiniz xahiş olunur. - Masallı Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 13 sentyabr 2024-cü il tarixli, 1281 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəniz və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olundu ki, vərəsəliyin qəbul müddəti keçdiyi və faktiki qəbul barədə heç bir sənəd olmadığı üçün, bundan əlavə digər vərəsələr barəsində tam məlumat aşkar edilmədiyi səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlərlə məhkəməyə müraciət etməyiniz xahiş olunur. - Masallı Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 13 sentyabr 2024-cü il tarixli, 1282 nömrəli məktubdan görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X8 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəniz və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olundu ki, vərəsəliyin qəbul müddəti keçdiyi və faktiki qəbul barədə heç bir sənəd olmadığı üçün, bundan əlavə digər vərəsələr barəsində tam məlumat aşkar edilmədiyi səbəbindən vərəsəlik işini notarial qaydada rəsmiləşdirmək mümkün olmadığı üçün sənədlərlə məhkəməyə müraciət etməyiniz xahiş olunur. - JN-253A, KOD 80520069 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 12 fevral 1998-ci il tarixli, 06 nömrəli qərarı ilə X14, X21, X15, X16, X34 mülkiyyətinə 0.25 hektar həyətyanı torpaq sahəsi verilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X29 və ailə üzvlərinin mülkiyyətinə Masallı rayonu, Xoşçobanlı kəndində 1.0052 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə, 208 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Masallı RİHB-nin Təklə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 29 iyul 2024-cü il tarixli, 728/2 saylı arayışdan görünür ki, İddiaçı nənəsi X26 xx.xx.2003-cü il tarixdə vəfat etmiş, mərhumun daimi yaşayıs yeri Masallı rayonu, Xoşçobanlı kəndi olmuş, ölənədək İddiaçı onunla birlikdə yaşamışdır. X2 ailə tərkibindən qeydiyyatdan çıxıb gedən övladları nəvəsi X36 xx.xx.1963-cü il, nəvəsi X44 xx.xx.1965-ci il, nəvəsi X39 xx.xx.1967-ci il, nəvəsi İddiaçı xx.xx.1969-cu il, nəvəsi X30 xx.xx.1972-ci il, nəvəsi X42 xx.xx.1973-cü il, nəvəsi X37 xx.xx.1978-ci il, nəvəsi X43 xx.xx.1981-ci il. X2 qeyd olunan vərəsələrdən başqa vərəsələri yoxdur. - Masallı RİHB-nin Təklə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 29 iyul 2024-cü il tarixli, 729 saylı arayışdan görünür ki, İddiaçı atası X28 xx.xx.2009-cu il tarixdə vəfat etmiş, mərhumun daimim yaşayıs yeri Masallı rayonu, Xoşçobanlı kəndi olmuş, ölənədək İddiaçı onunla birlikdə yaşamışdır. X2 ailə tərkibinnən qeydiyyatdan çıxıb gedən övladları X36 xx.xx.1963-cü il, X44 xx.xx.1965-ci il, X39 xx.xx.1967-ci il, İddiaçı xx.xx.1969-cu il, X30 xx.xx.1972-ci il, X42 xx.xx.1973-cü il, X37 xx.xx.1978-ci il və X43 xx.xx.1981-ci il. X3 qeyd olunan vərəsələrdən başqa vərəsələri yoxdur. - Masallı RİHB-nin Təklə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 29 iyul 2024-cü il tarixli, 729/1 saylı arayışdan görünür ki, İddiaçı anası X29 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, mərhumun daimim yaşayıs yeri Masallı rayonu, Xoşçobanlı kəndi olmuş, ölənədək İddiaçı onunla birlikdə yaşamışdır. X2 ailə tərkibinnən qeydiyyatdan çıxıb gedən övladları X36 xx.xx.1963-cü il, X44 xx.xx.1965-ci il, X39 xx.xx.1967-ci il, İddiaçı xx.xx.1969-cu il, X30 xx.xx.1972-ci il, X42 xx.xx.1973-cü il, X37 xx.xx.1978-ci il və X43 xx.xx.1981-ci il. X4 qeyd olunan vərəsələrdən başqa vərəsələri yoxdur. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı Birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının nənəsi X26 ilə babası X23 nikahlarından atası Təlatim Məmmədov doğulmuşdur. İddiaçının valideyinlərinin nikahından isə onunla yanaşı Lalə, Ədibə, Zükarə adlı bacıları, İnqılab, İsgəndər, Yunus və Raqif adlı qardaşları doğulmuşdur. İddiaçının nənəsi xx.xx.2003-cü ildə, atası xx.xx.2009-cü ildə, anası isə xx.xx.2023-cü ildə vəfat etmişdir. Mərhumlardan Masallı rayonu, Xoşçobanlı kəndində 0,25 ha paylı həyatyanı torpaq sahəsi və 1,0052 ha paylı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. İddiaçının X54 İİ Dünya Müharibəsində döyüşlərdə iştirak edərək aprel 1944-cü il tarixdə itkin düşdüyündən, atası X28 ailədə yeganə uşaq olmaqla bacı və qardaşları olmadığından, həmçinin o da vəfat etdiyindən nənəsinə, eləcə də valideyinlərinə münasibətdə birinci növbəli vərəsə kimi onunla bacı-qardaşları qalmışdır. Onlar da miras əmlakı qəbul etməmiş və mirası əmlakın iddiaçının adına sənədləşməsinə etiraz etməmişlər. İddiaçı nənəsinin və valideyinlərinin ölümündən sonra miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi barədə Notariat Kontoruna vaxtında müraciət etməmiş, sonradan Notariat Kontoruna müraciət etdikdə isə, mirasın qəbul müddətinin buraxıldığı üçün vərəsəlik işinin notarial qaydasında sənədləşdirilməsinin mümkün olmaması bildirilmişdir. İddiaçı mirası qəbul etmək istəsə də, uzun müddət Rusiya Federasiyasında yaşadığından kənddən kənarda olmuş, həmçinin işi ilə bağlı mütamadi gəlib-gedə bilməmişdir. Bu səbəbdən də mirasın qəbulu barədə notariat kontoruna vaxtında ərizə verməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mərhum nənəsi X14, atası X23 və anası X15 birinci növbə vərəsəsidir. Həmçinin digər birinci növbə vərəsələr miras əmlakdan imtina etdiklərindən və onların aralarında mübahisə olmadığından iddia təmin edilməli və mərhumlar X7, X22 və X6 miras qalmış əmlakın qəbul edilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilərək uzadılmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 21 iyul 2003-cü il tarixdə ölmüş X5, 19 sentyabr 2009-cu il tarixdə ölmüş X8 və 13 dekabr 2023-cü il tarixdə ölmüş X6 miras qalmış JN-253A, KOD 80520069 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Masallı rayonu, Xoşçobanlı kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin və Hüquqların dövlət qeydiyyatlı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 aprel 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********43 reyestr nömrəli çıxarışa əsasən Masallı rayonu, Xoşçobanlı kəndində yerləşən paylı mülkiyyətində olmuş 1,0052 ha payıbəlli torpaq sahəsindən ibarət mirasın qəbul edilməsi üçün buraxılmış müddət üzrlü hesab edilsin və İddiaçı mirası qəbul etməsi müddəti 3 (üç) ay uzadılsın. 3 (üç) aylıq müddət qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-2930/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2930/2025
16.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver