Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-294/2025 04.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizədə qeyd edilən işin halları: O, xx.xx.1974-cü ildə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuş və hazırda da həmin kənddə yaşayır. Masallı rayonu Təzə Alvadı kəndində yerləşən “X7 İstehsalı və Emalı" müəssisəsinin xx.xx.1995-ci il tarixli, 23 saylı əmrinə əsasən Masallı rayonu Təzə Alvadı kəndində 0.06 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsini uzun illərdir ki, istifadə edir və reyestr xidmətində adlı siyahıda torpağın ona verilməsi təsdiq olunmuşdur. Lakin onun adına şəhadətnamə işlənilməmişdir. Mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin xx.xx.2024-cü il tarixli imtina məktubu verilərək, hüquqmüəyyənedici sənədlərdə Elsevən əvəzinə Elsevər yazılması göstərilmiş və imtina olunmuşdur. Onun adı Elsevəndir, lakin əmr və aktda adı səhvən Elsevər kimi qeyd olunmuşdur. Nəticədə onun mülkiyyət hüquqları məhdudlaşdırılmışdır. Onun Elsevən olmağı bütün sənədlərlə sübuta yetilir, doğum haqqında, təhsil haqqında sənədlərində şəxsiyyət vəsiqəsində, nikah sənədində hamısında Elsevən kimi qeyd olunmuşdur. Lakin təkcə torpağın verilməsi sənədlərində Elsevər kimi yazılmışdır. Nəticədə sənədlər arasında uyğunsuzluq yaranmışdır. Odur ki, məhkəməyə müraciət etmişdir. Ərizəçinin tələbi: “X7 İstehsalı və Emalı” müəssisəsinin torpaq sahəsinin ayrılması barədə xx.xx.1995ci il tarixli, 23 saylı əmri və xx.xx.1995-ci il tarixli aktın ona məxsus olması və həmçinin qeyd olunan X3 ilə Ərizəçi eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək “X7 İstehsalı və Emalı” müəssisəsinin torpaq sahəsinin ayrılması barədə xx.xx.1995-ci il tarixli, 23 saylı əmri və xx.xx.1995-ci il tarixli aktın ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin mövqeyi: Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsininin xx.xx.2024-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, ona Masallı rayonu ərazisində ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə adının yanlış yazılması faktının müəyyən edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 nikahı xx.xx.2006-cı il tarixdə 23 № ilə qeydə alınmışdır. Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə Masallı şəhərində anadan olmuşdur. “X7 İstehsalı və Emalı” müəssisəsi üzrə xx.xx.1995-ci il tarixli, 23 №-li əmrdən müəyyən olunur ki, ev tikmək üçün AR Nazirlər Sovetinin xx.xx.1992-ci il tarixli qərarına əsasən Masallı rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 7265 nömrəli vəsatətinə və Masallı rayon XDS Rəyasət heyətinin xx.xx.1992-ci il tarixli 12 №-li protokoluna əsasən sovxozun dəmyə örüş sahəsindən X2 0,06 ha torpaq sahəsi ölçülüb tanıtdırılmışdır. Masallı RİBH-nin Təzə Alvadı kənd İƏD-si üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 115 saylı arayışından görünür ki, “X7 İstehsalı və Emalı” müəssisəsi torpaq sahəsinin ayrılması barədə xx.xx.1995-ci il tarixli 23 saylı əmr və xx.xx.1995-ci il tarixdə verilmiş aktda onun adı Ərizəçi olduğu halda səhvən X1 yazılmışdır. Təzə Alvadı kənd ərazi dairəsində və onun ailə üzvlərində X3 adlı vətəndaş yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1. və 307.2.5-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının həmin şəxsə məxsus olması faktını müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 №-li Qərarının: 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndinə əsasən Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3-cü bəndinə əsasən Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə izahatı və iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan mötəbər və təkzibolunmaz sübutlara əsasən müəyyən olunur ki, “X7 İstehsalı və Emalı” müəssisəsinin torpaq sahəsinin ayrılması barədə xx.xx.1995-ci il tarixli, 23 saylı əmri və xx.xx.1995-ci il tarixli aktı üzrə Ərizəçi 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin sənədlərdə Ərizəçi adı və soyadı Ərizəçi yazılmalı halda səhvən adı və soyadı X1 qeyd edilmişdir. Halbuki, onun adı və soyadı şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamədə və digər sənədlərində Ərizəçi kimi qeyd edilmişdir. Beləliklə məhkəmə ərizəçinin qeyd olunan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini, hüquq haqqında mübahisə olmamasını, maraqlı şəxsin edilmiş müraciətdən imtina etməsini nəzərə alaraq hesab edir ki, “X7 İstehsalı və Emalı” müəssisəsinin torpaq sahəsinin ayrılması barədə xx.xx.1995-ci il tarixli, 23 saylı əmri və xx.xx.1995-ci il tarixli aktın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. “X7 İstehsalı və Emalı” müəssisəsinin torpaq sahəsinin ayrılması barədə xx.xx.1995ci il tarixli, 23 saylı əmrin və xx.xx.1995-ci il tarixli aktın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-294/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-294/2025
04.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver